Muradin Ölməzov (qaraç.-balk. Ёлмезланы Мурадин Мусса улу; 20 mart 1949, Taldıkurqan) — Balkar şairi, dramaturq, yazıçı, tərcüməçi, Kabardin-Balkar Respublikası Dövlət Mükafatı laureatı (2000).
Muradin Ölməzov | |
---|---|
qaraç.-balk. Ёлмезланы Муссаны жашы Мурадин | |
Doğum tarixi | 20 mart 1949 (74 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | qaraçay-balkar |
Təhsili | Maksim Qorki adına Ədəbiyyat İnstitutu |
Fəaliyyəti | şair, yazıçı, dramaturq, tərcüməçi |
Fəaliyyət illəri | 1969-cu ildən |
Əsərlərinin dili | qaraçay-balkar |
Janrlar | şeir, poema, povest, hekayə, dram |
Mükafatları | Kabardin-Balkar Respublikası Dövlət Mükafatı laureatı |
Muradin Musa oğlu Ölməzov 20 mart 1949-cu ildə sürgündə — Qazaxıstanın Taldı Kurqan vilayətinin Ernazar kəndində anadan olub.
İbtidai təhsilini doğulduğu kənddə alıb. 1958-ci ildə Balkar xalqının reabilitasiyasından sonra Muradinlər ailəsi vətənlərinə — Kabardin-Balkar Muxtar Respublikasına dönmüşlər. Orta təhsilini Nalçikdə tamamladıqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Muradin Ölməzov yaradıcılığa 1969-cu ildə başlamışdır. Onun əsərləri janr baxımından rəngarəngdir: şeir, poema, hekayə, povest, pyes, ədəbi tənqid, tərcümə və s[1].
Şimali Qafqaz Milli Teatrlarının II “Sərhədsiz səhnə” festivalında dramaturqun “Tahir və Zöhrə” pyesi (Vladikavkaz, 2002) ən yaxşı milli tamaşa kimi qiymətləndirilib.
Muradin Ölməzovun “Sükutun içi” («Изнанка тишины») pyesinin konflikti yüksək dağlıq ərazidə yerləşən Balkar kəndindəki hadisələr fonunda cərəyan edir. Şəhərdə yaşayan uşaqların maddi problemlərini aradan qaldırmaq üçün yaşlıları doğma evlərini satmağa çağırışlarından bəhs olunur. Pyesdə mürəkkəb dramatik münaqişə fonunda kimsəsiz qalan qoca çətin vəziyyətdə olan nəvəsinə kömək etmək üçün evini satmağı qərara alır və qocalar evində köçür.
“Sükutun içi” adlı pyesinin tamaşaları hazırda Şimali Qafqazın bir neçə teatrında uğurla ifa olunur. Bu tamaşa Ümumrusiya qrantı almış və Cənubi Rusiya Teatr festivalında Teatrları festivalında 2017-ci ilin ən yaxşı milli pyesi olaraq mükafata layiq görülüb.
Yaradıcılığında uşaq ədəbiyyatı ilə bağlı örnəklər xüsusi yer tutur.
Tərcümə yaradıcılığı ilə də məşğul olmuş, İran şairi Ömər Xəyyamın “Rübailər” kitabını balkar dilinə çevirərək nəşr etdirib (Nalchik, 2002).
Bütövlükdə Muradin Ölməzov 20-dən artıq şeir və poema kitabının, 12 pyesin müəllifidir. Əsərləri rus, fransız, türk, serb, xorvat dillərinə tərcümə olunub. Onun şeir, nəsr və dram əsərlərini ayrı-ayrı dillərə Nikolay Starşinov, Yaqub Akim, Georgi Yaropolski, Lera Muraşova, Xysa Durtubaev, Lado Mestiç, Aleksey Prokopyev və başqaları tərcümə etmişlər.
Rus şairi və tərcüməçisi Nikolay Starşinov onun istedadını dəyərləndirərək yazır:
Muradin Ölməzovda şairə lazım olan hər şey var - həyat bilgisi, iti müşahidə, düşüncə, hiss. Şeirlərində həm milli bir həzz, həm də kiçik bir vətən hüdudlarından kənarda olan dünyaya əhatəli bir baxış var. Ciddi və sağlam düşüncəyə mailik maraqlı bir şairlə tanış olduğum üçün çox şadam |