Muraz Gülməmmədov

Muraz Tariyel oğlu Gülməmmədov (12 sentyabr 1983, Qaçağan, Marneuli rayonu) — Aşina Türk Qarapapaq Xanı[3], Gürcüstan ictimai-siyasi xadimi. Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Ali Məclisinin Sədri[4][5]Gürcüstan Türkləri Konfederasiyası Mərkəzi Nəzarət Komitəsinin Sədri[6]

MURAZ GÜLMƏMMƏDOV
Muraz Tariyel oğlu Gülməmmədov
მურაზ გიულმამედოვი
bayraqAşina Türk Qarapapaq Xanı
20 iyul 2013 — ömürlük
Sələfi Titul verilib
bayraqGürcüstan Türkləri Konfederasiyası Mərkəzi Nəzarət Komitəsinin 1-ci Sədri
5 noyabr 2011 — 10 aprel 2014
Sələfi vəzifə təsis edilib
bayraqGürcüstan Azərbaycanlılarının Milli Assambleyası Ali Məclisinin Sədri[1]
20 avqust 2012 — vəzifədədir
Sələfi Əsəd Əliyev
bayraqGürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Baş katibi[2]
14 dekabr 2011 — 20 avqust 2012
Sələfi Eyyub Eyyubov
Xələfi Elmar Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 12 sentyabr 1983(1983-09-12) (39 yaş)
Doğum yeri
Atası Gülməmmədov Tariyel
Anası Gülməmmədova Müşgünaz
Uşaqları Gülməmmədova Aygün
Gülməmmədova Nuray

Həyatı[redaktə | mənbəni redaktə et]

Muraz Tariyel oğlu Gülməmmədov 12 sentyabr 1983-cü ildə Gürcüstan SSR-in Marneuli rayonunun Qaçağan kəndində ziyalı ailəsində anadan olub. Uşaqlığı Qaçağan kəndində keçib.

Təhsili[redaktə | mənbəni redaktə et]

  • 2000-ci ildə M.H.Mollayev adına Qaçağan 1 saylı orta məktəbini bitirib.
  • 2010-cu ildə Ə.Topçubaşov adına Ali Siyasi Məktəbiin (ASM) "İnformasiyanın idarə olumnası" kursunu bitirib.
  • 2012-cu ildə Qafqaz Siyasi Texnologiyalar Institutunun "Konfliktologiya" kursunu bitirib.

Muraz Gülməmmədov Azərbaycan, rus və türk dillərində sərbəst danışır.

İctimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Muraz Gülməmmədov ictimai-siyasi fəaliyyətə əmisi Daşqın Gülməmmədovun təsiri ilə çox gənc yaşlarından başlayıb. 2001-ci ildə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Təşkilat Şurasının yaradılmasında yaxından iştirak edib. Gürcüstanda yaşayan türdilli əhalinin konstitusion hüquqlarının qorunması yönümündə fəaliyyət göstərib. 2002-ci ildə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Müvəqqəti Ali Komitəsinin Katibliyinin tərkibinə daxil olub. 2005-ci ildən etibarən M.Saakaşvili müxalif mövqeydə durduğuna görə siyasi motivlərlə qondarma ittihamlar əsasında həbs edilib və ictimai təzyiq nəticəsində azadlığa buraxılıb. 24 noyabr 2002-ci ildə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Tbilisidə keçirilən Təsis qurultayının nümayəndəsi olub. 25 noyabr 2002-ci ildən 10 may 2006-cı ilədək Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Təhlükəsizlik Xidmətinin Rəisi vəzifəsini icra edib. Muraz Gülməmmədov 14 mart 2006-cı ildə M.Saakaşvili iqtidarına qarşı çıxdığı üçün Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərfindən həbs edilərək Tbilisiyə aparılıb. Lakin ciddi ictimai etiraz qalxdığından Gürcüstan hüquq-mühafizə orqanları 16 mart 2006-cı il tarixdə M.Gülməmmədovu azad etməyə məcbur oldular[7][8]. 2011-ci ildə M.Gülməmmədov GAMA Ali Məclisinin üzvü kimi Gürcüstan Türkləri Konfederasiyasının yardılmasında yaxından iştirak edib. 2 noyabr 2011-ci ildə Gürcüstan Türkləri Konfederasiyasının Azərbaycanın Gəncə şəhərində keçirilən Təsis Qurultayında GAMA nümayəndə heyətininə daxil olub və Qurultayda Gürcüstan Türkləri Konfederasiyası Mərkəzi Nəzarət Komitəsinin üzvü seçilib. 5 noyabr 2011-ci il tarixdə Gürcüstan Türkləri Konfederasiyası Mərkəzi Nəzarət Komitəsinin ilk iclasında MNK Sədri vəzifəsinə seçilib. 14 dekabr 2011-ci ildə GAMA Baş katibi Eyyub Eyyubov vəzifəsindən getdikdən sonra Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Baş katibi təyin edilmiş və 20 avqust 2012-ci il tarixədək GAMA Baş katibi vəzifəsini tutmuşdur[9]. 20 avqust 2012-ci ildə Gürcüstan Azərbaycanlılarının Milli assambleyası Ali Məclisinin növbədənkənar sesiyasında Ali Məclis Sədri seçilmişdir[10]. 20 iyul 2013-cü il tarixdə Aşina Türk Qarapapaq Şadı Öndər Aksunun fərmanı ilə Muraz Gülməmmədova Aşina Türk Qarapapaq Xanı ali titulu verilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Избран новый президент Национальной ассамблеи азербайджанцев Грузии - www.aze.az". 2013-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-27.
  2. "Избран новый президент Национальной ассамблеи азербайджанцев Грузии - www.day.az". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-21.
  3. Qarapapaq türklərinə titullar verildi - www.avropa.info[ölü keçid]
  4. Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının yeni prezidenti seçilib - www.azerinews.org.com[ölü keçid]
  5. "Избран новый президент Национальной ассамблеи азербайджанцев Грузии www.day.az". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-21.
  6. У Национальной ассамблеи азербайджанцев Грузии новый президент www.regnum.ru[ölü keçid]
  7. "Лидер грузинских азербайджанцев заявляет о преследовании со стороны спецслужб Тбилиси - www.axisglobe-ru.com". 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-02.
  8. "Грузия: этнические чистки продолжаются - www.apn.kz". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-02.
  9. Национальной ассамблеи азербайджанцев Грузии новый президент - www.regnum.ru[ölü keçid]
  10. "Азербайджанцы Грузии готовятся к выборам - www.haqqin.az". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-02.