Elmar Həsənov

Elmar Bayramalı oğlu Həsənov – Aşina Türk Qarapapaq Şadı, Qarapapaq türklərinin tanınmış liderlərindən biri, GürcüstanAzərbaycanın ictimai-siyasi xadimi. 2015-2017-ci illərdə Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının Prezidenti. Gürcüstan Qarapapaq Türkləri Birliyinin Sədri və WFMC Asiya Peşəkar Liqasının Baş katibi.

ELMAR HƏSƏNOV
Elmar Bayramalı oğlu Həsənov
bayraqQarapapaq Türk Şadı
Xələfi Əli Elmar-oğlu Həsənli
Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının 1-ci Prezidenti
10 oktyabr 2015 — 16 yanvar 2017
Sələfi vəzifə təsis edilib
bayraqGürcüstan Qarapapaq Türkləri Birliyinin 2-ci Sədribayraq
27 sentyabr 2014 — 27 iyul 2015
Sələfi Fərhad Xudiyev
Xələfi Tofiq Əkbərov
bayraqGürcüstan Türkləri Konfederasiyası Ali Şurasının 3-cü Sədri
10 yanvar 2013 — 12 iyun 2013
Sələfi Tamir Süleymanov
Xələfi Şura Ayvazov(s.i.e)
Şahin Həsənov (II)
bayraqTransmilli İnformasiya Təhlükəsizliyi Agentliyinin 3-ci İcraçı Direktorubayraq
20 iyun 2010 — 20 may 2012
Sələfi Mehdi Musayev (Gülməmmədli)
Şəxsi məlumatlar
Doğum tarixi (41 yaş)
Doğum yeri SSRİ SSRİ
Gürcüstan Sovet Sosialist Respublikası Gürcüstan SSR, Bolnisi rayonu, Faxralı
Vətəndaşlığı SSRİ SSRİ 1981-1991
Gürcüstan Gürcüstan 1991-dən
Atası Bayraməli Həsənov
Dini İslam

Həyatı[redaktə | mənbəni redaktə et]

Elmar Bayramalı oğlu Həsənov 2 dekabr 1981-ci ildə Gürcüstan SSR-in Bolnisi rayonun Faxralı kəndində ziyalı ailəsində doğulub. Uşaqlığı və erkən gəncliyi Faxralı kəndində keçib. Milliyətcə Qarapapaq türküdür.

Soyunun mənşəyi[redaktə | mənbəni redaktə et]

Aşina Türk Qarapapq Şadı Elmar Həsənov Borçalının Qıpçaq soylu qədim Hasanlı nəslindəndir. Qıpçaq soylu Qarapapaq nəsli olan Hasanlı nəslinin nümayəndələri 1124-cü ildə Cənubi Qafqaz ərazisinə indiki Volqa-Don çöllərindən, Dəşti-Qıpçaqdan köç etmişlər və Borçalının Faxralı elində məskunlaşmışlar. Səfəvi-Osmanlı müharibələri zamanı Hasanlı soyu dəfələrlə Səfəvi imperiyasının iç ərazilərinə köç etmiş və sonradan Borçalıya Faxralı elinə dönmüşlər. Hasanlı nəslidən Borçalı iri torpaq sahibkarlarından olan Təhməzqulu Ağa Hasanlı Elmar Həsnovun ulu babasıdır. Elmar Həsənov Gürcüstan Daxili İşlər Nazirliyinin kapitanı Bayramalı (Səyyad) Həsənovun aliəsində dünyay göz açmış və uşaqlığı Bolnisi rayonun Faxralı kəndində keçmişdir. 31 dekabr 2012-ci il tarixdə Elmar Həsənov Aşina Türk Qarapapaq Baş Şadı Öndər Aksunun fərmanı ilə Aşina Türk Qarapapaq Şadı elan edilmişdir.

Təhsili[redaktə | mənbəni redaktə et]

1987-1996-cı illərdə Bolnisi rayon Faxralı Natamam orta məktəbində təhsil alıb.

1998-ci ildə Faxralı orta məktəbini başa vurub.

2002-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

2008-ci ildə Ə.Topçubaşov adına Ali Siyasi Məktəbin “İdarəetmənin təşkili” kursunu keçib.

2012-ci ildə Qafqaz Siyasi Texnologiyalar İnstitutunun “Konfliktologiya kursunu bitirib.

Azərbaycan, türk, rus və gürcü dillərində sərbəst danışır.

İctimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Elmar Həsənov ictimai-siyasi fəaliyyətinə çox gənc yaşlarından başlamışdır. 1999-2003-cü illərdə Azərbaycan “Sabah” Gənclər Birliyi İdarə heyətinin üzvü, 2000-2003-cü illərdə Azərbaycan “Sabah” Gənclər Birliyi sədrinin müavini vəzivələrini tutmuşdur.

2004-cü ilin fevralında Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Beynəlxalq əlaqələr üzrə katibi təyin edilmiş və 2007-ci ilə gədər bu vəzifəni icra etmişdir. GAMA beynəlxalq əlaqələr üzrə katibi kimi E.Həsənov Gürcüstan türklərinin müxtəlif problemləri ilə bağlı BMT, ATƏT və Avropa Şurasında məsələlər qaldırmış və bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən tövsiyələrin verilməsinə nail olmuşdur.

2007-ci ildə Bakıda, Azərbaycan Gənclərinin Azadlıq və Demokratiya Liqasının (AGADL) Sədri seçilmişdir. 2010-cu ilə gədər Azərbaycan Gənclərinin Azadlıq və Demokratiya Liqasının Sədri vəzifəsini tutan Elmar Həsənov Azərbaycan gənclərinin demokratik ruhda təşkilatlanması istiqamətində fəaliyyət göstərmişdir.

5 may 2012-ci il tarixdə Elmar Həsənov Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının nümayəndəsi kimi Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının üzvü seşilmişdir.

2010-2012-ci illərdə Elmar Həsənov ikinci dəfə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Beynəlxalq əlaqələr üzrə katibi vəzifəsini icra etmişdir.

30 mart 2011-ci ildə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Ali Məclisinin üzvü seçilmişdir.20 aprel 2012-ci il tarixdə Elmar Həsənov Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Baş katibi təyin edilmiş və 25 dekabr 2012-ci il tarixə kimi bu vəzifəni icra etmişdir.

25 dekabr 2012-ci il tarixdə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Ali Məclisinin Növbədənkənar Sessiyasında Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) 4-cü prezidenti seçilmişdir.

11 yanvar 2013-cü il tarixdə Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının sədri vəzifəsinə seçilmişdir.

27 aprel 2013-cu il tarixdə isə Gürcüstan Türkləri Konfederasiyasının Rəyasət Heyətinin üzvü təyin edilmişdir. 12 iyun 2013-cü ildə Ankarda rəsmi səfərdə ikən Elmar Həsənov Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının Sədri vəzifəsindən könüllü olaraq istefa vermiş və bütün ictimai-siyasi fəaliyyətini Gürcüstan Qarapapaq Türkləri Birliyində davam etdirməyə başlamışdır.

27 sentyabr 2014-cü ildə Elmar Həsənov Gürcüstan Qarapapaq Türkləri Birliyinin Tbilisidə keçirilən 2-ci Qurultayında Gürcüstan Qarapapaq Türkləri Birliyinin Sədri seçilşmiş və həmçinin Rəyasət Heyətinin üzvü seçilmiş və 27 iyun 2015-ci ilə qədər bu vəzifəni icra etmişdir.

10 oktyabr 2015-ci ildə Elmar Həsənov Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının federativ əsasla formalaşdırılmış Rəyasət Heyətinin ilk iclasında Elmar Həsənov Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının 1-ci Prezidenti seçilmişdir.

Fəaliyyəti Azərbaycan, Rusiya və Gürcüstan ərazilərini əhatə edən Qafqaz Qarapapaq Türkləri Konfederasiyası (QQTK) 10 oktyabr 2015-ci ildə Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyi (AQTİB), Şimali Osetiya Qarapapaq Türkləri Milli Komitəsi (ŞOQTMK) və Gürcüstan Qarapapaq Türkləri Birliyi GQTB) arasında imzalanan Təsis Bəyəannaməsi ilə yardılmışdır.

Elmar Həsənov 24 fevral 2016-cı ildə Gürcüstan Qarapapaq Türkləri Birliyinin 3-cü Qurultayında yenidən Gürcüstan Qarapapaq Türkləri Birliyinin Sədri seçilmiş və hazırda bu vəzifəni icra edir.

2016-cı ildə Gürcüstanda keçirilən parlament seçkilərində iştirak edən Elmar Həsənov, müstəqil namizəd olaraq Marneuli 35-ci seçki dairəsindən millət vəkilliyinə namizədliyini vermişdir.

16 yanvar 2017-ci ildə Qafqaz Qarapapaq türkləri Konfederasiyasının Nizamnəməsinə uyğun olaraq Elmar Həsənov bu konfederativ qurumun prezidenti vəzifəsindən getmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Elmar Həsənov GAMA-nın yeni Prezidenti seçildi - www.veteninfo.az". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-08.