Musa Qəribli (25 iyun 1992, Ərəbocağı, Ağdaş rayonu – 30 oktyabr 2016, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşləri şəhidi.[1]
Musa Qəribli | |
---|---|
Musa Nafil oğlu Qəribli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 iyun 1992 |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 2016 (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014–2016 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Manqa komandiri |
Döyüşlər | Aprel döyüşləri |
Təltifləri |
Musa Nasil oğlu Qəribli 25 iyun 1992-ci il Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olub. 2009-cu ildə orta məktəbi bitirdikdən sonra 2010-cu ildə hərbi xidmətə gedib və qayıtdıqdan sonra isə 2013-cü ildə MAXE işləmək qərarına gəlir və MAXE işləyir.[1]
Əsgər Maxe Musa Qəribli 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı başından yaralanır. Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsi davam edib. Uzun müddət müalicədən sonra 30 oktyabr 2016-cı ildə şəhid olur.[1]
Oktyabrın 31-i isə Musa Qəribli doğulduğu Ağdaş rayonunun Ərəbocağı kəndində dəfn olundu. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı.[mənbə göstərin]