Ərəbocağı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ərəbocağı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Qoşaqovaq kənd Sovetinin Ərəbocağı kəndi Pirkəkə kənd Sovetinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəbocağı kəndi Pirkəkə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəbocağı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Ərəbocağı | |
---|---|
40°44′09″ şm. e. 47°23′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 87 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Oykonim ərəb etnoniminə ocaq (pir, müqəddəs yer) sözünu əlavə etməklə yaranmışdır. Yaşayış məntəqəsi Ərəbocağı adlı pirin yanında salındığına görə belə adlanmışdır.[4]
1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Şəkili kənd cəmiyyətinə tabe idi.[5] 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Nuxa qəzasının Xaldan dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda bu kəndin də daxil olduğu Qoşaqovaq kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin inzibati bölgüsünə əsasən Ərəbocağı kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qoşaqovaq kənd sovetinə daxil idi.[6] 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Pirkəkə bələdiyyəsi təsis edilmişdir.
Kənd Bozdağ silsiləsinin ətəyində, Yuxarı Şirvan kanalının sahilində, rayon mərkəzindən 13 km, Bakıdan 251 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır.
Kənddə havanın orta illik temperaturu +14,9 C-dir. Kənddə semiarid iqlimi mövcuddur.
1886-cı il | 1989-cu il | 1999-cu il | 2009-cu il |
---|---|---|---|
406 | ▲ 800 | ▲ 853 | ▲ 952[7] |
Kənddə orta məktəb fəaliyyət göstərir.
Kənddə məscid mövcuddur.[8] xəstəxana, ambulatoriya, kitabxana yerləşir.
Ağdaş rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |