Musiqi məcəlləsi risaləsi (ərəbcə "Məcəllə fil musiqa", yəni "Musiqi məcmuəsi, toplusu") — Azərbaycanın ХV əsr böyük ensiklopedik alimi Fətullah Şirvaninin musiqiyə aid yeganə əsəri.
Əsərin yalnız bir tam nüsxəsi tapılmışdır. Alman alimi Ekhard Nöybauer bu əsəri tədqim etmiş, Fuad Sezgin isə 1986-cı ildə, alimin ölümündən düz 500 il sonra Frankturt-Mayn şəhərində əsərin faksimilesini alman şərqşünasın tədqiqatı ilə birlikdə nəşr etmişdir. Nəşr edilmiş müqəddimədə Ekhard Nöybauer Şirvaninin adının saxlanmasına, onun Şamaxıda anadan olduğunu göstərməsinə baxmayaraq, alimin əslən iranlı olduğunu iddia edirdi.
Əsərin cəmi 29 vərəqdən ibarət digər əlyazma nüsxəsi Rampur kitabxanasında qeydə alınmışdır ki, Nöybauer onu qüsurlu sayır.
Şirvaninin "Məcəllə" risaləsi dövrünün çox qiymətli əsəri olub, Ekhard Nöybauerin dediyi kimi, bütünlükdə musiqi nəzəriyyəsinə ətraflı və istiqamətlənmiş bir baxışdır.[1]
Fətullah Şirvaninin musiqi təhsili aldığı vaxt onun hansısa bir musiqi alətində çaldığı haqqında məlumat yoxdur. O dövrün mükəmməl musiqi aləti olan udun araşdırılmasına alimin nə "Məcəllə"sində, nə də digər əsərlərində rast gəlirik.
"Məcəllə" risaləsi müqəddimə, iki hissə və yekundan ibarətdir. Hər hissə beş fəsildir.
Müqəddimə forma və məzmunca digər orta əsr risalələrindən xeyli fərqlidir. Allah-təalaya və Məhəmməd peyğəmbərə xeyir-dua və salavat hissəsindən sonra, risalənin ithaf edildiyi şəxsə, yəni Sultan Muradın oğlu II Sultan Məhəmmədə həsr olunmuş tərif hissəsi gəlir.
Bütün bu hissə səc, yəni qafiyəli nəsrlə yazılmışdır. Risalənin müxtəlif səhifələrində ərəb və fars dillərində yazılmış şeirlər vardır. Bu şeirlər F. Şirvaninin həm də istedadlı şair olduğundan xəbər verir.
Müəllif əsərdə musiqinin yaranmasından, onun mənasından, başqa elmlərlə əlaqəsindən, xüsusilə riyaziyyat və astranomiya elmləri ilə bağlılığından danışır. Alim elmin bu bağlılıqdan yaranan bir sıra şübhələrini göstərir: misahə (sahə, coğrafiya, geodeziya) elmi, hiyəl (mehanika) elmi, yüklərin qaldırılması və dartılması elmi, çəkilər (ağırlıqlar) və tərəzilər elmi, hərbi alətlər vja mənazir (müşahidəçilik) elmi, jeczjecljar (optika) vja meliorasija elmi, zizhljar (astronomik cədvəllər) və təgvimlər elmi, təfriq, cəbr və müqabilə (məhsulların islahı) elmi, alətlərin və ljashhnljarin sechilmjasi elmi vja sair.
F. Şirvani «ləhn» sözünün terminoloji mənasını «müəyyən bir qayda ilə tərtib edilən, mənalara malik sözlərin qoshulduğu tonların məcmusu» kimi başa salır. O deyir ki, Quran oxuyanların və xütbə söyləyənlərin öz səslərinə verdikləri rövnəg avaz adlanır, onlara «iqa» adlanan vəznlərə bölünmüş zamanlarda şeir goşulduğu səslsr də deyilir.
Müqəddimədə böyük alim Pifaqorun yuxusundan və onun ixtirasından, Ərəstunun ərğənun (organ) alətini icad etməsindən, Əflatunun mahnını kamil şəkildə dinlənməsi ilə əlaqədar fəlsəfi fikirlərindən bəhs edilir. Daha sonra müəllif musiqi sözü və musiqi elmi haqqında öz mülahizələrini irəli sürür. «Görünür, bu elm ona görə «musigi» adlanır ki, öz lüğəti mənasına əsasən elmi əhəmiyyət kəsb edir. Belə də deyilmişdir ki, insana zövq verən vəznli melodiyalar ona görə «musiqi» adlandırılmışdır ki, «musiqi» sözü onların (yunanların) dilində melodiyalar mənasında olan «musi» və «vəznlərə bölünmüş zövq verən» mənasında olan «qa» və ya «qı» sözlərinin birləşməsindən yaranmışdr. Belə də deyilmişdir ki, «musiqagiya» ən böyük fələyin adı ilə, onların ikisinin (melodiya və vəznin) mütənasibliyinə görə belə adlandırılmışdır. Sonralar ondan bir neçə hərf düşmüşdür».
I hissə «Nəğmənin (tonun) tərifi və onu əhatə etdikləri haqqında fəsil» adlanır. Şirvani tonu hiss olunan bir zaman kəsiyində çıxan səs kimi xarakterizə edir və ona «hiss olunan qədər uzunluqda olan» ifadəsini artırır. O qeyd edir ki, səsin tərifə ehtiyacı yoxdur, ancaq onların (yəqin ki, ondan əvvəl gələn alimlərin) səsə havada sərt toxunulmasından olan zərbə, yaxud sərt qopma nəticəsində suyun çırpınnması və nazik parçanyn cırılması zamanı olduğu kimi, vurulanın vurana, qopulanın qopana mügavimət göstərilməsi sayəsində havanın dağılması səbəbi ilə baş verən keyfiyyət kimi tərif verməsini göstərmişdir. Sonra Şirvani insan boğazından yaranan səslər və simli alətlərdən çıxan tonlar haqqında danışır və bəzi şərhçilərin «Kitabül-ədvar»da Səfiəaddin Urməvinin tona verdiyi tərifə münasibətlərini, həm də etirazlarını bildirir, ancaq alimin digər əsəri «Şərəfiyyə»də bu haqqda deyilənlərlə razılaşdıqlarını qeyd edir. Ümumiyyətlə, Fətullah Şirvaninin «Məcəlləsi»ndə əsas qaynag əsərləri S. Urməvinin «Kitabül-ədvar» və «Şərəfiyə» risalələridir. Alim əsərindja bu risalələrə dəfələrlə müraciət etmiş və bəzi məsələlərdə onları təkrar etmişdir.
I hissənin ikinci fəsli intervallar («bud», cəmdə «əbad») haqqındadır. F. Şirvani intervalı öz jüksəkliyinə və ağırlığına (bəmliyinə) görə müxtəlif olan iki tonun məcmmusu kimi xarakterizə edir və göstərir ki, sanki onların ikisinin arasında aşağıdan yuxarıya qədər bir məsafə (ara) vardır. F. Şirvani S. Urməvinin «Kitabül-ədvar»ının bəzi şərhçilərinin intervallar haqqında təriflərini və həmçinin İbn Sinanın «Əş-Şifa» əsərində intervallara verilən tərifləri və təsnifatı sitat göstərir. Məsələn, burada deyilir ki, tonların birləşmələrinin toplusu «cins» ady ilə xüsusiləşir. Cinsin intervallarının sayı birdən az olmur. Cəmin tonlarının sayının uyğun düzümdə, uyğun keçid (modulyasiya) və ritmlər üzrə idarə olunmasına gəlincə, o, «təlhin» - kompozisiya, mahnı adlanır. Cəmin iki növ vardır: mülayim (konsonans) və mütənafir (dissonans). Mülayim cəm «ləhn» - melodiya, təranə adlanyr.
Sonra müəllif ikili oktava, oktava, kvinta, kvarta və kiçik intervallar haqqında danışır, tənini intervalını cingiltili, rezonans verən interval kimi xarakterizə edir.
F. Şirvani də S. Urməvi kimi, simi 17 dastana, yəni pərdəyə bölərək, onu müvafiq hərflərə ayırır. S. Urməvinin cədvəlindən başqa, Şirvani digər iki cədvəli də göstərir: biri aşağy tonlar, öz ekvivalentləri ilə, yəni öz bənzərləri ilə və digəri də yuxarı oktavada – jüksəkliklərin öz ekvivalentləri, öz jüksəklikdə bənzərləri ilə olan cədvəllərdir.
III fəsil intervalların toplanması, çıxılması, yarıya bölünməsi və ikiyə vurulması haqqındadır. Bu hesablamalar «Şərəfiyyə» risaləsində əhatəli şəkildə şərh edilmişdir. Bu hesabın daha çox rijaziyyat elminə aidiyyatı vardır.
IV fəsil «cəm»in, yəni səslər sisteminin və kompozisiyanın uyumsuzluğunun (dissonanslığının) səbəbləri haqqındadır. Bu fəsli Fətullashh Şirvani orta əsr risalələrinin çohları üçün xarakterik olan xitabdan, ənənəvi «bil ki» müraciətindən başlayır. Şirvani yazır: «Bil ki, intervalların qarşılıqlı əlaqəsini yaratmag və onları bir-birinin üstünə gəlmək sonucunda mülayim (konsonans) səslər də alınır, mütənafir (dissonans) səslər də; «əl-Ədvar» kitabında yazıldığına görə, dissonanslığın dörd səbəbi var». Burada F. Şirvani S. Urməvinin gətirtirdiyi dörd səbəbi göstərir.[2]