Əflatun

Platon (yun. Πλάτων; ən tezi e.ə. 428ən geci e.ə. 427[1][2][…], Afina[4][2]ən tezi e.ə. 348ən geci e.ə. 347[2][3], Afina[2]), şərq mənbələrində Əflatunqədim yunan filosofu, Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın şagirdi, Aristotelin müəllimi.

Platon
q.yun. Πλάτων
Doğum tarixi ən tezi e.ə. 428ən geci e.ə. 427[1][2][…]
Doğum yeri
Vəfat tarixi ən tezi e.ə. 348ən geci e.ə. 347[2][3]
Vəfat yeri
Dəfn yeri
  • bilinmir
Vətəndaşlığı
Dövr Qədim Yunanıstan
İstiqaməti Platonizm
Əsas maraqları fəlsəfə, ədəbiyyat, epistemologiya, hüquq, siyasət, təhsil, Ailə, Hərb, dostluq, sevgi, antik fəlsəfə[6], Antik[6]
Təsirlənib Sokrat, Efesli Heraklit, Parmenid, Homer, Hesiod, Aristofan, Protaqor, Pifaqor, Orfizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Platon Afinada aristokrat ailəsində dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. Platonun atası Ariston (m. ö. 465–424) Attika çarı Kodrunun, anası isə Afinalı islahatçı Solonun nəslindən idilər. Platonun Adimant və Qlavkon adında iki qardaşı və Poton adında bacısı var idi.[7]

Platon və Sokrat. Orta əsr rəsmi

Platonun İlk müəllimi Kratiles olmuş, sonra isə o Sokratdan dərs almışdır. Ona görə də Sokrat Platonun dialoq formasında yazılmış əsərlərinin iştirakçısıdır. Dioqenes Laertiusa görə, Platonun əsl adı Aristokl idi[8]. Platon (yunan sözü olan "Plato" — genişlik) adını isə ona Sokrat vermişdir. Ancaq bu rəvayətin ellinizim dövründə uydurulduğunu iddia edənlər də var[9].

M.ö. 389-cu ildə Sokratın ölümündən sonra Platon çoxlu səyahətlər etmişdir. Siciliya adasında olarkən orada təsəvvür etdiyi ideal dövləti qurmaq niyyətində olmuşdur[10]. Onun dünyagörüşünün formalaşmasına qədim Misir elmi, mədəniyyəti, inancı və düşüncəsi əhəmiyyətli dərəcədə təsir etmişdir[11]. Çünki, Platon bir zaman Misirdə olmuş, kahinlərdən dərs almış, sonra Siciliya və Cənubi İtaliyaya səfərlər etmişdir. Orada olarkən Elea məktəbinin və pifaqorçuların təlimləri ilə də tanış olmuş, sonra isə öz fəlsəfi fikirləri ilə çıxış etmişdir. M. ö. 387-ci ildə Afinaya qayıtdıqdan sonra orada Akademiya (yun. ‘Ακαδήμεια) adlanan bir məktəb təsis etmişdir[12].

Platon öz fəlsəfəsində əsas diqqəti ontoloji (varlıqla bağlı) məsələlərə; eləcə də, dövlət və cəmiyyət problemlərinə yönəltmişdir. Sokratın ideyalarını davam etdirərək o, sofistlərin iddialarına qarşı çıxmış və obyektiv biliyin əldə edilməsini mümkün hesab etmişdir.

İdeyalar haqqında

[redaktə | mənbəni redaktə et]

Platon özündən öncəki filosoflardan fərqli olaraq hər şeyin əsasını hər hansı bir maddədə deyil, ideyada (yun. ἰδέα) görürdü[13]. O hesab edirdi ki, bizim yaşadığımız və duyduğumuz dünya gerçək deyil, çünki dəyişkəndir. Bütün şeylərin əsl mahiyyəti onların görüntülərində yox, səbəblərində və ya ideyalardadır[14]. Deməli, bu dünyada hər bir şey ideya ilə müqayisədə tanınır. İdeyalar sanki qəliblərə bənzəyir, hər şey onların formalarında olur. Eyni zamanda, duyğu aləmində hər şey ideyalara doğru yönəlir, onlara can atır. İdeyaları duymaq olmaz, onları yalnız düşüncə ilə dərk etmək mümkündür.

Buna örnək kimi at, qoyun, bəbir və siçanı göstərmək olar. Onların hər biri fərqli varlıq olmasına baxmayaraq, biz onların hamısını "heyvan" adlandırırıq. Halbuki, onların hər biri fərqli varlıqlardır: biri at, başqası siçan və s. Ancaq Platona görə həmin "heyvan" anlayışı təkcə bizim beynimizin məhsulu deyildir. O müəyyən bir məkanda doğrudan da vardır. At, siçan, bəbir, qoyun və s. onun görüntüləridirlər. Deməli o "heyvan" bunların pərdə arxasında olan ideyasıdır.

Platona görə, bu dünyanı yalnız ideyalar aləmini dərk etməklə anlatmaq mümkün deyildir. Hər şey müvəqqəti və keçici olduğuna görə, burada "varlıq"dan başqa "yoxluq" da vardır. Bununla da o, Parmenidesin fəlsəfəsinə zidd getmiş, yoxluğun maddə olduğunu, ideyaların isə onda təcəssüm etdiyini iddia etmişdir. Deməli, yuxarıdakı örnəkdə sözü keçən at, qoyun, bəbir və siçan əslində yoxdur. Onlar ideya olan həqiqi varlığın yansımasıdırlar (əks olunmasıdırlar). Beləliklə, Platonun fəlsəfəsində varlıq ideya, yoxluq isə materiyadır[13]. Bu dünya əslində varlıq olan ideyalarla, yoxluq olan materiyanın (maddənin) arasındadır. Bir tərəfdən onun var olması ideyalar aləmindən xəbər verir; başqa tərəfdən isə o həm də yoxluqdur, çünki bu dünya keçicidir və onun üzərində olan hər şey ölümə, həmçinin məhv olmağa məhkumdur.

İdeyalar aləmi Platonun fəlsəfəsində çoxpilləli və piramida şəkilindədir. Bu piramidanın başında xeyir və həqiqət rəmzi olan Əql (yun. νοῦς) durur, hər şeyin məqsədi də odur[15]. Əbədi olan ideyalar da Əqldədir. Eyni zamanda, ideyalar yaradılmamış və ölməzdirlər, zaman və məkandan asılı deyil, dəyişməzdirlər. Duyğular aləmində isə hər şey əksinə cərəyan edir, orada hər şey keçici və ölümə məhkumdur. Bundan başqa bu dünya zaman və məkandan asılıdır. Həyatın məqsədi ideyalar aləminə (Tanrıya) yaxınlaşmaq, ona bənzəmək, müvəqqəti xarakter daşıyan maddi aləmdən uzaqlaşmaqdır[16].

Tanrı haqqında

[redaktə | mənbəni redaktə et]
Platon (solda) və Aristotel. Rafaelin rəsmi

Platon tanrı barəsində özəl fikirlərlə çıxış etmişdir. Onun fikrincə, ideyaları maddi aləmdə təzahür etdirən və onları əlaqələndirməyə çalışan bir tanrı vardır. Bu tanrı "Demiurqos"dur (yun. Δημιουργός — sənətkar)[17]. Ancaq nə ideyalar, nə də maddə ondan asılı deyildir. Çünki, onları o yaratmamışdır. Demiurqos əbədi olan ideyaları onun təzahürləri ilə uyğunlaşdırmışdır. Bu baxımdan Demiurqosu "yaradıcı" adlandırmaq olar. Bununla da, Platonun tanrısı hər şeyi heçdən yaradan monoteistik Tanrıdan fərqlənir. Eyni zamanda, Demiurqos hər şeyə qadir də deyildir. O yalnız materiyanın müqavimətini qıraraq onu ideyaya uyğunlaşdırmaq istəyir, ancaq bunu qismən edə bilir.

Gələcəkdə bəzi qnostik xristian cərəyanlarının təlimində Demiurqos "ikinci" və ya "saxta" tanrı kimi tanınmışdır. Onlara görə həqiqi Tanrı kainatı yaratdıqdan sonra, yerdə hakimiyyəti şər qüvvələr ələ keçirmişdirlər. Onların başçısı da Demiurqos olmuşdur. Bu səbəbdən də dünyada şər vardır.

Tanrı (Vahid) və dünya anlayışları Platon fəlsəfəsində həm də eyniləşir. "Parmenides" dialoqunda o, Vahidin mahiyyətini açmış və onun çoxluqla (başqa şeylərlə) əlaqəsi probleminə toxunmuşdur. Bunu edərkən o, Vahidin dərk olunmazlığı (transsendentliyi) ilə eyni zamanda dünyada təzahür etməsi məsələləri haqqında düşünmüşdür. Çünki, bir tərəfdən Vahid sonsuz uzaqlardadır və onu duymaq mümkün deyildir. Digər tərəfdən isə o dünyada da təzahür etməli və duyulmalıdır.

Burada Vahidin eyni zamanda həm var olması, həm də yoxluğu; həm bir, həm də çox olması kimi paradoksal nəticələrə gəlinir. Belə ki, Platon "Parmenides" dialoqunda[18] hipotezlər (ehtimallar) irəli sürmüşdür. Burada iddia edilir ki, əgər Vahid vahiddirsə, onda onun hissələri yoxdur. Çünki, bu anlayışda hissə bölgüsü ola bilməz. Deməli, o tamlıq deyil, çünki tam olan şeyin hissələri olmalıdır. Belədirsə, onda onun əvvəli, ortası, sonu yoxdur, yəni o hüdudsuzdur. O nə başqa şeydə, nə də özü özündə yoxdur; nə hərəkət edir, nə də sükunətdədir. O heç nəyə də bənzəmir, onu dərk etmək ya da duymaq olmaz. Onun haqqında nə bilik, nə fikir, nə də söz irəli sürmək mümkündür. Nəticədə isə Vahid haqqında hər bir iddia, fikir, söz və düşüncə yalnız inkara çevrilir. O bu dünya anlayışlarına sığmayan bir şeydir, olmamış kimidir, yəni yoxdur.

Başqa tərəfdən isə dünya varsa Vahid də var. Çünki, dünyanın başlanğıcı olmalıdır. Belədirsə, onda deməli bu dünya elə Vahidin özüdür və o mövcuddur. Bu da o deməkdir ki, bir tərəfdən Vahid özü-özü üçün var, digər tərəfdən isə dünya üçün mövcuddur. Deməli, Vahidi dərk etmək üçün çoxluq anlayışına keçilməlidir. Bu da "vardır" və "mövcuddur" ikiliyindən başlanır; ikilik isə çoxluğun başlanğıcıdır. Çoxluqda olduğuna görə Vahid haqqında fikir irəli sürmək də olar. Beləliklə, Vahidi ancaq o durumda dərk etmək və onun haqqında fikir yürütmək olar ki, o çoxluq olsun.

Daha sonra "Vahid yoxdur" iddiasının nəticələri onun özü və ondan ayrısı üçün araşdırılır. Sonda isə bu iddia Vahidə çoxluğun və çoxluğun çoxluğa münasibəti baxımından baxılır. Əgər Vahid yoxdursa, onda başqa şeylər nə tək, nə də cəm olaraq düşünülməz, çünki Vahidsiz çoxluq haqqında düşünmək mümkün deyildir.

Platon ruh haqqında da düşünmüş və onu bədənə qarşı qoymuşdur. Hər bir insan ideal aləmin və eyni zamanda materiyanın (maddənin) daşıyıcısıdır. Bədən keçici və ölümə məhkum olan materiya, ruh isə dəyişməz və ölməz ideyadır[19]. Ona görə də həyatın mənası əbədiliyə hazır olmaq, onu qazanmaqdan ibarət olmalıdır.

Platona görə ruhların ağıllı, qəzəblinəfsi səviyyələri vardır[20]. Ağıllı səviyyə insanı ideyalar aləminə yaxınlaşdırır, onun mənəviyyatının əsasında durur və onu həmişə xeyrə yönəldir. Qəzəbli səviyyə onu nizamlayır və çətinliklərə qarşı dözümlü edir. Nəfsi səviyyə isə insanı maddi aləmə bağlayır, onu geriyə çəkir və ideyalar aləmindən uzaqlaşdırır. Durumdan asılı olaraq insanlarda bəzən ağıllı, bəzən qəzəbli, bəzən isə nəfsli səviyyə üstün olur[21].

Ruhların köçməsi

[redaktə | mənbəni redaktə et]

Qeyd etmək lazımdır ki, Platon reinkarnasiyaya da inanırdı. O hesab edirdi ki, öz əməllərinə görə insan gələcək həyatda müxtəlif bədənlərdə yeni həyat qazanacaqdır[22]. Ancaq, yetkinlik səviyyəsinə çatmış ruhlar əbədi olaraq bu dünyadan ayrılır və ideyalar aləmi ilə qovuşur. Beləliklə, Platon ruhun maddə (bədən) ilə qovuşmasına bir mənalı baxmırdı. Onun üçün bədən ruhun zindanıdır. Ruh o zindandan qurtarmağa və öz azadlığına qovuşmağa can atır. Ona görə də, insan ruhunu azad etmək üçün dünya ilə bağlarını qırıb ən yüksək məqsəd olan "Xeyrə" yönəlməlidir.

Ruhun öncədən var olması

[redaktə | mənbəni redaktə et]

Bundan başqa, Platon ruhların insan bədənində olmasından öncə var olmasına da inanırdı[23]. Buna görə də, insan ideal aləmdə olanları xatırlayır. Orada ruh hər şeyi ən mükəmməl və gözəl şəkildə görürdü. O, maddi aləmdə hər şeyin həqiqi mahiyyətini dərk etməyə çalışır və onların ideyalarını yada salır. Sonralar, Platonun "ruhun xatirələri" haqqında fikri apriorizm adlanmışdır.

Ruhun ölməzliyi

[redaktə | mənbəni redaktə et]

Platona görə ruh ölməzdir, çünki insanın bilikləri onun ruhunun məhsuludur. Onlar səbəbsiz yaranmır, keçmiş həyatın xatirələridir. Bu baxımdan da bilik itmir və heç bir vaxt yaddan çıxarıla bilməz. Bu da unutma və xatırlama silsiləsini təşkil edir. Platon qeyd etmişdir ki, heç də hər bir insanın ruhu ölümdən sonra tanrılar aləminə ucalmır. Ancaq həyatı boyu özünü tanıma ilə məşğul olan, hər şey haqqında düşüncələrə qapına və həqiqəti axtaranların (filosofların) ruhları bu məqamlara çatır. Filosof olmayan insan isə saflaşaraq tanrılara bilməz. Filosoflar bədənin ölümündən sonra yeni bədəndə dünyaya gəlməzlər. Başqa insanların ruhları isə yaşadıqları həyat tərzinə uyğun olaraq yeni bədənlərə köçürlər.

Beləliklə, öncə dini məzmun daşıyan ölməzlik ideyası ilk dəfə fəlsəfəyə keçmişdir. Filosofun ölümü adi insanın ölümünə bənzər deyil. Onun ruhu ilahi əbədilik ideyasının təcəssümüdür. Yenə Platona görə yüksək məqamlara çatmaq üçün dini ayinlərə riayət etmək deyil, fəlsəfi məqamlara yüksəlməklə mümkündür. Ümumiyyətlə, ideyalar intuisiya (həqiqətə məntiqi təhlil və düşüncənin nəticəsində deyil, duyğu, öncədəngörənlik və təsəvvür vasitəsilə çatmaqdır) vasitəsilə dərk edilir və bu həqiqi bilikdir. Maddi aləmin təzahürləri isə yalnız təsəvvürlərdir. Bu təsəvvürlər isə heç də həqiqi bilik deyildir.

Sevgi haqqında

[redaktə | mənbəni redaktə et]
Platonun Symposiumu (Anselm Feuerbach, 1873)

Platon fəlsəfəsində sevgi hissinə də böyük əhəmiyyət verilir. Buna "Simposium" (rusca "Pir") adlı dialoq həsr edilib Onun təsiri o qədər böyükdür ki, onsuz heç nə təsəvvür edilməz. Hətta, gözəlliyə və xeyrə olan sevgi hissi insan ruhunun ideyasıdır. Ən böyük güc isə sevgi tanrısı Erotdur[24]. Onun verdiyi güc heç nə ilə müqayisə edilə bilməz. Erot təkcə insanda deyil, bütün təbiətdə yaşayır və onu idarə edir[25]. Hər şey sevgidən yaranır və ondan doğulur. Ona görə Erota ən böyük sayğı bəslənilməlidir. Eyni zamanda, Erot bəlkə də tanrı da deyildir. Sadəcə insan təbiətini tanrılarla bağlayan bir gücdür. Ola bilsin ki, Erot gözəl də deyildir, sadəcə gözəlliyə və xeyrə yönəlir. Çünki, onda olmayan bir şeyi əldə etməyə çalışır. Həmçinin Erot, cismani və mənəvi sevgini birləşdirən bir gücdür.

Bədənə qarşı olan bir sevgidə bayağılıq olsa belə, o lazımdır. Çünki, öncə gözəl bədənə vurulan insan, sonra onun ruhunda olan Xeyri və mənəvi gözəlliyi axtarır və ona qovuşmaq istəyir. Sonra isə sevgi gücü insanı İdeal Gözəlliyə yönəlməklə tərbiyələndirir, elmini artırır və onu yüksək dəyərlərlə yaşamağa vadar edir. Beləliklə, sevgi hissi bizi mənəvi cəhətdən də təkmilləşdirir. Nəticədə, bu hisslər ədəbiyyatda əks olunur. Ona görə də, sevgi xeyrin təcəssümüdür.

Platonun sevgi haqqındakı fikrini sonrakı dövrlərdə müxtəlif xristian və müsəlman (sufi) mistik təlimləri mənimsəmişdirlər. Ancaq, onlar sevgini yalnız mənəviyyatda görmüş, onu Tanrıya qovuşma yolunda əsas vasitə kimi dəyərləndirirdilər. Elmdə isə Platonun bu fikirlərini Ziqmund Freyd istifadə etmişdir. Onun psixoanalizində Sevgi hissi insan təbiətinin aparıcı güvəsidir.

Dövlət və cəmiyyət haqqında

[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Dövlət (Platon)

Platon öz fəlsəfəsində dövlət və cəmiyyət məsələlərinə də böyük əhəmiyyət vermişdir. Bu məsələlər əsasən insan və ruh fəlsəfəsi aspektində açıqlanır. O hesab edirdi ki, insanlar yetkin cəmiyyəti fərdi şəkildə qura bilməzlər. Ona görə də, dövlətə və qanunlara ehtiyac vardır. Ancaq dövlət öz vəzifəsini yerinə yetirmək üçün ideala yaxın olmalıdır. Bu məqama çatmaq üçün isə idarəçilik üsullarının və qanunun müəyyən tələblərə cavab verməsi lazımdır.

Oksirinxdə (Misir) tapılmış Platonun "Dövlət" dialoqunun fraqmenti

Ümumiyyətlə, Platon insanları üç təbəqəyə bölmüşdür. Birinci təbəqədə ağıl sahibləri olan insanlar yer almaqdadır[26]. Çünki, onların mənəviyyatında düşüncə digər duyğuları üstələyir. Bu səbəbdən də ağıl sahibi olan insanlarda ideyaların ardıcıllığı ilə ahəngi əks olunur və bu kimi insanlar ideal gözəlliyi də dərk edə bilirlər. Onlar həmçinin Xeyrə doğru yönələrək ədalət və həqiqət tərəfdarları olub, dünyanın aldadıcı özəlliklərinə aldanmırlar. Məhz, ağıl sahibi olan insanlar müdrik filosoflardır və onlar dövləti idarə etməlidirlər.

İkinci təbəqəni emosianal insanlar[27] təşkil edir. Onların mənəviyyatında emosianallıq (affektlik) payı daha çox olur. Bu kimi insanlar əsasən özlərinə qapanırlar. Ancaq, bu təbəqədən olanlar igidlik və mərdlik örnəyi də ola bilərlər. Onlar əsasən orduda qulluq etməli, ictimai asayışı qorumalı, öz xidməti borclarını yerinə yetirməlidirlər.

Üçüncü təbəqəni isə dünyaya bağlı olanlar təşkil edirlər[28]. Onların ruhları maddi aləmdən həzz almağa meyillidir. Bu təbəqədən olan insanlar əsasən fiziki əməklə məşğul olmalı, dövlətin maddi vəziyyətini yaxşılaşdırmalı, ölkəyə qulluq etməlidirlər.

Dövlət quruluşları

[redaktə | mənbəni redaktə et]

Platona görə bir neçə dövlət quruluşu vardır[29]. Bunlar əsasən aşağıdakılardır:

1. Aristokratiya (yun. ἀριστεύς-sayğın soydan olan + κράτος-hakimiyyət) — azlığı təşkil edən ən yaxşı vətəndaşların ədalətli hakimiyyəti;

2. Timokratiya (yun. τῑμή-dəyər + κράτος-hakimiyyət) — azlığı təşkil edən hərbçilərin və başqa dəyərli insanların ədalətsiz hakimiyyəti;

3. Oliqarxiya (yun. ὀλίγος-azlıq + κράτος-hakimiyyət) — azlığı təşkil edən varlıların ədalətsiz hakimiyyəti;

4. Demokratiya (yun. δῆμος-xalq + κράτος-hakimiyyət) — çoxluğun həm ədalətli, həm də ədalətsiz hakimiyyəti;

5. Tiranlıq (yun. τυραννίς-istibdad) — bir nəfərin ədalətsiz hakimiyyəti;

6. Monarxiya (yun. μοναρχία-təkhakimiyyətlilik) — bir nəfərin ədalətli hakimiyyəti.

Platonun fəlsəfəsində ədalətli və kamil dövlət ən yüksək idealdır. Bu dövlətdə hamı öz vəzifəsini yerinə yetirməlidir. O hesab edirdi ki, şəxsi mülkiyyət və ailə toplumda qarşıdurmaların yaranmasına gətirib çıxardır. Bu isə toplumun və dövlətin birliyini pozur. Ona görə də, hakimiyyətdə olan təbəqənin və əskərlərin mülkiyyəti və qadınları ümumi olmalıdır[30].

Qeyd etmək lazımdır ki, insanların təbəqələrə bölünməsi prinsipi hind fəlsəfəsində də vardır. Orada bu kimi təbəqələr "varna"lar adlanır. Varnalar dörddür: kahinlər (brahmanlar), hərbçilər (kşatriyalar), tacirlər və sənətkarlar (vayşyalar), aşağılanan və heç bir hüquqları olmayanlar (şudralar).

Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Platon korpusu (Corpus Platonicum) — daha doğrusu, antik dövrdən bəri Platonun adı ilə əlaqələndirilən və əksər hissəsi dialoq formasında yazılmış əsərlər külliyatı uzun müddət ərzində formalaşmışdır. Uzun zaman sürəsində bu əsərlərə əlavələr də edilmiş, bəziləri isə itirilmişdir. Platonun əsərlərinin bir yerə toplanılması işini m.ö. III yüzillikdə yaşamış antik dövrün tanınmış filoloqu Bizanslı Aristofan görmüşdür. Onun topladığı əsərlər Platon korpusunun əsasını təşkil edir.

Çox güman ki, Bizanslı Aristofanes, həmçinin Platonun əsərlərini sistemləşdirilməsinin də əsasını qoymuşdur. Belə ki, onun nəşrində əsərlər trilogiya şəklində verilmişdir. Trilogiyaların birində "Dövlət", "Timeus" və "Kritius", digərində "Qanunlar", "Minos" və "Qanundan sonrakı dövr", üçüncüdə isə "Kriton", "Fedon" və "Məktublar"ın birləşdirilməsi həmin əsərlərin tematik təsnifləşdirilməsini göstərir. Tematik analoqu tapılmayan əsərlər heç bir trilogiyaya daxil edilməmiş və pərakəndə şəkildə təqdim edilmişdir.

Platon korpusunun tarixinin digər mərhələsi Trasillusun (I yüzillik) fəaliyyəti ilə bağlıdır. Onun külliyatından müasir alimlər də istifadə edirlər. Trasillus Platonun əsərlərini tetralogiyalarda cəmləşdirmişdir.

Platon korpusunun müasir şəklə düşməsində həlledici rolu XVI yüzilliyin görkəmli fraznsız filoloq-ellinisti Stefan ounamışdır.

Platonun yaradıcılığını 4 mərhələyə bölmək mümkündür. Ancaq "İon", "Böyük Hippias", "Meneksen", həmçinin "Qanundan sonrakı dövr" mübahisəlidir.

Erkən mərhələ (təxminən m.ö. IV yüzilliyin 90-cı illəri)

  • Sokratın Apologiyası, Kriton, Evtifron, Lahet, Lisis, Harmides, Protaqor, Dövlət (1-ci kitab)

Keçid mərhələ (80-ci illər)

  • Qorgias, Menon, Evtidemos, Kratiles (2), Kiçik Hippius, İon, Böyük Hippias, Meneksen.

Yetkin mərhələ (70–60-cı illər)

Son mərhələ

  • Qanunlar (50-ci illər), Qanundan sonrakı dövr.
  1. 1 2 https://www.encyclopedia.com/humanities/encyclopedias-almanacs-transcripts-and-maps/plato-428427-bce-337336-bce.
  2. 1 2 3 4 5 6 7 8 Meinwald C. C. Plato // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Coppola G., Calogero G., Nardi B. PLATONE // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1935.
  4. 1 2 Platon Platon, Œuvres complètes. / red. L. Brisson Paris: 2008. S. IX. ISBN 978-2-08-121810-9
  5. 1 2 3 Biblioteca Virtual Miguel de Cervantes (isp.). 1999.
  6. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  7. Guthrie, W. K. C.A History of Greek Philosophy', IV, 10
  8. Диоген Лаэртский. О жизни, учениях и изречениях знаменитых философов, III Arxivləşdirilib 2016-04-05 at the Wayback Machine.
  9. Guthrie, W. K. C. A History of Greek Philosophy, IV, 10 (Tarán L., Plato’s Alleged Epitaph, 61)
  10. Соловьев В. С. Оправдание добра3,11, VI Arxivləşdirilib 2012-03-25 at the Wayback Machine
  11. Olympiodorus. Life of Plato Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine // The Works of Plato: A NEW and literal version. Vol. VI. London: Henry G. Bohn, 1865, pp. 232–233.
  12. Olympiodorus. Life of Plato Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine // The Works of Plato: A NEW and literal version. Vol. VI. London: Henry G. Bohn, 1865, p. 233.
  13. 1 2 Тимей / Перевод С. Аверинцева. // Платон. Собрание сочинений в 4-х томах. Том 3. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine: Мысль, 1994, s. 455–456.
  14. Тимей / Перевод С. Аверинцева. // Платон. Собрание сочинений в 4-х томах. Том 3. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine: Мысль, 1994, s. 246–248.
  15. Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Oxford University Press, 2002, pp. 17–19.
  16. Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Oxford University Press, 2002, pp. 37–38.
  17. Тимей / Перевод С. Аверинцева. // Платон. Собрание сочинений в 4-х томах. Том 3. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine: Мысль, 1994, s. 432.
  18. Парменид / Перевод H. И. Томасова. // Платон. Собрание сочинений в 4-х томах. Том 2.: Мысль, 1990, s. 368–411.
  19. Федон / Перевод С. П. Маркиша. // Платон. Собрание сочинений в 4-х томах. Том 2. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine М.: Мысль, 1993, s. 36.
  20. Государство / Перевод А. Н. Егунова. // Платон. Собрание сочинений в 3-х томах. Т. 3. М.: Мысль, 1994, s. 212–219.
  21. Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Oxford University Press, 2002, pp. 22–25.
  22. Федон / Перевод С. П. Маркиша. // Платон. Собрание сочинений в 4-х томах. Том .: Мысль, 1993, p. 38.
  23. Федон / Перевод С. П. Маркиша. // Платон. Собрание сочинений в 4-х томах. Том 2. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine М.: Мысль, 1993, s. 26.
  24. Пир / Перевод С. К. Апта. // Платон. Собрание сочинений в 4-х томах. Том 2.: Мысль, 1993, s. 86.
  25. Пир / Перевод С. К. Апта. // Платон. Собрание сочинений в 4-х томах. Том 2. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine: Мысль, 1993, s. 94–96.
  26. Государство / Перевод А. Н. Егунова. // Платон. Собрание сочинений в 3-х томах. Т. 3 Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine. М.: Мысль, 1994, s. 253.
  27. Государство / Перевод А. Н. Егунова. // Платон. Собрание сочинений в 3-х томах. Т. 3. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine М.: Мысль, 1994, s. 190.
  28. Государство / Перевод А. Н. Егунова. // Платон. Собрание сочинений в 3-х томах. Т. 3. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine М.: Мысль, 1994, s. 189.
  29. Государство / Перевод А. Н. Егунова. // Платон. Собрание сочинений в 3-х томах. Т. 3 Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine. М.: Мысль, 1994, s. 333–354.
  30. Государство / Перевод А. Н. Егунова. // Платон. Собрание сочинений в 3-х томах. Т. 3 Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine. М.: Мысль, 1994, s. 327.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 72-82. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 72-82. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Alican, Necip Fikri (2012). Rethinking Plato: A Cartesian Quest for the Real Plato. Amsterdam and New York: Editions Rodopi B. V.
  • Arieti, James A. Interpreting Plato: The Dialogues as Drama, Rowman & Littlefield Publishers, Inc.
  • Bakalis, Nikolaos (2005). Handbook of Greek Philosophy: From Thales to the Stoics Analysis and Fragments, Trafford Publishing
  • Barrow, Robin (2007). Plato: Continuum Library of Educational Thought. Continuum. ISBN 0-8264-8408-5.
  • Cooper, John M.; Hutchinson, D. S., eds. (1997). Plato: Complete Works. Hackett Publishing Company.
  • Corlett, J. Angelo (2005). Interpreting Plato's Dialogues. Parmenides Publishing.
  • Durant, Will (1926). The Story of Philosophy. Simon & Schuster.
  • Finley, M. I. (1969). Aspects of antiquity: Discoveries and Controversies The Viking Press, Inc., USA
  • Garvey, James (2006). Twenty Greatest Philosophy Books. Continuum.
  • Guthrie, W. K. C. (1986). A History of Greek Philosophy (Plato — The Man & His Dialogues — Earlier Period), Cambridge University Press.
  • Guthrie, W. K. C. (1986). A History of Greek Philosophy (Later Plato & the Academy) Cambridge University Press.
  • Harvard University Press publishes the hardbound series Loeb Classical Library, containing Plato's works in Greek, with English translations on facing pages.
  • Irvine, Andrew David (2008). Socrates on Trial: A play based on Aristophanes' Clouds and Plato's Apology, Crito, and Phaedo, adapted for modern performance. Toronto: University of Toronto Press.
  • Hermann, Arnold (2010). Plato's Parmenides: Text, Translation & Introductory Essay, Parmenides Publishing,
  • Jowett, Benjamin (1892). [The Dialogues of Plato. Translated into English with analyses and introductions by B. Jowett.], Oxford Clarendon Press, UK.
  • Бородай Т. Ю. Платон. // Античная философия: Энциклопедический словарь. — М.: Прогресс-Традиция. 2008. — С. 565–574.
  • Грот Н. Я. Очерк философии Платона. — М., 1869.
  • Асмус В. Ф. Платон. (Серия "Мыслители прошлого"). — М.: Мысль. 1969. 247 с. 25000 экз.
    • 2-е изд. 1975. 223 стр. 50000 экз.
  • Колчинский И.Г., Корсунь А.А., Родригес М.Г. Астрономы: Биографический справочник. — 2-е изд., перераб. и доп.. — Киев: Наукова думка, 1986. — 512 с.
  • Лосев А. Ф. История античной эстетики.
    • [Т. 2] Софисты. Сократ. Платон. — М., 1969.
    • [Т. 3] Зрелая классика. — М., 1975.
  • Лосев А. Ф., Тахо-Годи А. А. Платон. Жизнеописание. (Серия "Люди. Время. Идеи"). — М.: Дет. лит., 1977. — 223 с. 75000 экз.
    • = М.: Мол. гв., 1993. 2000.
  • Васильева Т. В. Путь к Платону. Любовь к мудрости или мудрость любви. — М.: Изд-во "Логос", изд-во "Прогресс-Традиция", 1999. — 206 с. — ISBN 5-8163-0001-6.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]