Muxtar Məmmədov (səfir)

Muxtar Məmməd oğlu Məmmədov (1983[1], Bakı[1]) — ictimai xadim, Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2023-cü ildən).

Muxtar Məmmədov
bayraq
Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri
bayraq2
Vəzifədədir
11 yanvar 2023-cü ildən
Prezidentİlham Əliyev
28 iyul 2022 – 11 yanvar 2023
NazirEmin Əmrullayev
29 aprel 2021 – 28 iyul 2022
NazirEmin Əmrullayev
Şəxsi məlumatlar
Doğum tarixi 1983[1]
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2011
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000–2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006–2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb.

2007–2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

2005–2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009–2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

2013–2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb.

2021-ci il Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

2022-ci ildə elm və təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib[2]

İngilis, rus və türk dillərini bilir.

Evlidir, iki övladı var.

  1. 1 2 3 4 https://www.yeniavaz.com/en/news/209135/who-is-mukhtar-mammadov-the-first-azerbaijani-ambassador-to-israel-file (ing.).
  2. "M. M. Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]