Muxu Himbətoviç Əliyev (avar. Мухlу Гьимбатил Гlалиев; 6 avqust 1940, anadan olub, Tanusi kəndi, Xunzax rayonu, Dağıstan MSSR, RSFSR, SSRİ) — Sovet, Rusiya dövlət və siyasət xadimi. 6 mart 1990-cı ildən 23 avqust 1991-ci ilə qədər Dağıstan Sov.İKP-nın Vilayət Komitəsinin birinci katibi.
Muxu Əliyev | |
---|---|
Muxu Himbətoviç Əliyev | |
14 iyun 2013 – 4 aprel 2014 | |
Prezident | Vladimir Putin Dmitri Medvedyev |
Əvvəlki | Maqomedəli Maqomedov Dağıstan Respublikası Dövlət Şurasının sədri vəzifəsinə təyin edildi |
Sonrakı | Maqomedəli Maqomedov |
18 aprel 1995 – 20 fevral 2006 | |
Sonrakı | Maqomedsalam Maqomedov |
6 mart 1990 – 23 avqust 1991 | |
Əvvəlki | Maqomed Yusifov |
Sonrakı | Maqomedəli Maqomedov Dağıstan Respublikası Dövlət Şurasının sədri vəzifəsini ləğv etdi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 avqust 1940 (84 yaş) |
Partiya | |
Təhsili | Dağıstan Dövlət Universiteti |
İxtisası | filoloq |
Fəaliyyəti | siyasətçi, dövlət xadimi |
Dini | islam (sünni) |
Hərbi xidmət | |
Mənsubiyyəti |
SSRİ Rusiya |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
filologiya elmləri doktoru professor |
Elmi adı | |
Vikianbarda əlaqəli mediafayllar |
18 aprel 1995-ci ildən 20 fevral 2006-cı ilədək Dağıstan Respublikası Xalq Məclisinin sədri işləmişdir. 20 Fevral 2006-cı ildən 20 fevral 2010-cu ilə qədər Dağıstan Respublikasının Dövlət Başçısı vəzifəsini icra etmişdir.
Muxu Əliyev milliyətcə Avardır.
29 sentyabr 2006-cı ildən 16 mart 2007-ci ilə qədər Rusiya Federasiyası Dövlət Şurası Rəyasət Heyətinin üzvü olub.[1][2]
Muxu Əliyev evlidir. İki övladı var.
Muxu Əliyev filologiya elmləri doktoru, professordur.[3]
Onun elmi araşdırmaların əsas istiqamətləri Rusiya dövlətçiliyinin formalaşması problemləri, Şimali Qafqazdakı etnopolitik vəziyyət, vətəndaş cəmiyyətinin formalaşması və qanunun aliliyi prosesində vətəndaş, milli və konfessional razılığın öyrənilməsi, nəzəri, siyasi və hüquqi, mənəvi, əxlaqi və aksioloji razılıq problemləri istiqamətində olmuşdur.
Muxu Əliyev möhkəm ictimai mövqeyə və sərbəst siyasi görüşlərə malikdir. Dağıstan rəhbəri olduğu dövrdə o, hakimiyyətin problemləri barədə sərbəst danışırdı. Xüsusilə Şimali Qafqazda islam terroru və işsizlik barədə kifaqət qədər sərt çıxışlar etmişdir. Muxu Əliyev korrupsiyaya bulaşmış dövlət orqanlarının tənqidi ilə məşhurdur. 2006-cı ilin aprelində "Rossiyskaya qazeta"ya verdiyi müsahibədə Muxu Əliyev müxalifətin olmasının idarəetmənin və demokratiyanın əsas şərti adlandırmışdır: "Normal cəmiyyətdə dövlətin konstruktiv müxalifəti olmalıdır. Ümid edirəm ki, bizdə də olacaq. Onun olmaması yerini avtoritarizmlə doldurulur. Hakimiyyət özü demokratiyada maraqlı olmalıdır. Belə ki, ictimai sektor gücləndikdə hakimiyyəti də idarə etmək asan olur".[4]
Onun Dağıstan rəhbəri təyin olunması Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə xüsusi nümayəndəsi Dmitri Kozakın şəxsi təqdimatı ilə olmuşdur.[5] M Əliyevin namizədliyi veriləndə onu müxtəlif avar siyasi xadimləri (xüsusən Xasavyurt meri Sayqidpaşa Umaxanov) dəstəkləyirdi. Dağıstan hökumətinin əksər nazirləri təyinatlarını Əliyevə borclu idilər. Onların bir çoxu (məsələn, iqtisadiyyat naziri Alavudin Mirzabalayev) əvvəllər Əliyevin rəhbərlik etdiyi Dağıstan Xalq Məclisinin keçmiş deputatları idi.