My Mental Choices are Completely Interfering with my School Romantic Comedy, Yaponiyada tanınan adı ilə Ore no Nounai Sentakushi ga, Gakuen Love Comedy wo Zenryoku de Jama Shiteiru (俺の脳内選択肢が、学園ラブコメを全力で邪魔している?, azərb. Mənim zehni seçimlərim romantik məktəb komediyama tamamilə mane olur) və ya qısaca Noucome (のうコメ, Nōkome?) — Yukivonun rəssamlığı ilə Takeru Kasukabe tərəfindən yazılmış ranobe seriyası. 2012-ci ilin yanvarında 2016-cı ilin fevralına kimi Kadokawa Shoten nəşriyyatı tərəfindən Kadokawa Sneaker Bunko imprinti altında 12 cildi buraxılmışdır. Sayaka İtsukinin rəssamlığı ilə hazırlanmış manqa adaptasiyası Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında 2013-cü ildən 2015-ci ilə kimi nəşr olunmuşdur.
Noucome | |
Birinci ranobe cildinin üzlüyü. Personaj: Şokolad | |
俺の脳内選択肢が、学園ラブコメを全力で邪魔している (Ore no Nōnai Sentakushi ga, Gakuen Rabu Kome o Zenryoku de Jama Shiteiru) azərb. Mənim zehni seçimlərim romantik məktəb komediyama tamamilə mane olur | |
---|---|
Janr | harem, romantik komediya |
Manqa | |
Manqaka | Takeru Kasukabe |
Rəssam | Yukivo |
Nəşriyyat | Kadokawa Shoten |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 31 yanvar 2012 – 1 fevral 2016 |
Cildlər | 12 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Takeru Kasukabe |
Rəssam | Sayaka İtsuki |
Nəşriyyat | Enterbrain |
Tərcümə jurnalı | Famitsu Comic Clear |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 1 fevral 2013 – 1 may 2015 |
Cildlər | 5 (cild siyahısı) |
Anime | |
Rejissor | Takayuki İnaqaki |
Ssenarist | Hiroko Kanasuqi |
Bəstəkar | Sakay Asuka |
Studiya | Diomedéa |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, Sun TV, TVQ, Mie TV, Gifu Broadcasting, BS11, CTC |
Digər kanallar | |
Buraxılış tarixi | 9 oktyabr 2013 – 11 dekabr 2013 |
Seriyalar | 10 (seriya siyahısı) |
Anime | |
Rejissor | Takayuki İnaqaki |
Studiya | Diomedéa |
Digər lisenziyalar | |
Vaxt | 24 dəq. |
Takayuki İnaqakinin rejissorluğu ilə Diomedéa studiyası tərəfindən 10 seriyalıq anime adaptasiyası istehsal olunmuş və 2013-cü ilin oktyabrından dekabrına kimi yayımlanmışdır.
Kanade Amakusa "Mütləq seçim" (絶対選択肢, Zettai Sentakushi?) adlandırılan lənətdən əziyyət çəkən lisey tələbəsidir. Bu lənət günün istənilən vaxtında ona qarşısına çıxan 2 və ya 3 zehni seçimdən birini seçməsini tələb edir. Hətta bu seçimlər biabırçı olsa belə. Əgər hər hansı seçimdən birini seçməsə, bu, onda güclü baş ağrısına səbəb olur. Seçimlərin çoxu tərbiyəsiz və ədəbsiz xarakter daşıdığından Kanadenin sinif yoldaşları və ətrafındakı insanlar arasındakı nüfuzuna xələl gəlir və həyatı çətinləşir. Lakin günlərin bir günü etdiyi bir seçim sayəsində göydən üzərinə müəmmalı, gözəl gənc qız düşür. Kanade kəşf edir ki, özünü Şokolad adlandırılan bu qız tanrı tərəfindən ona kömək etmək üçün göndərilmişdir. Belə ki, Kanade "Mütləq seçim" lənətindən qurtulmaq üçün tanrı tərəfindən verilmiş missiyaları yerinə yetirməlidir. Əgər missiyaların birində uğursuzluğa düçar olsa, lənət həmişəlik onda qalacaq.
Ranobe seriyası Yukivonun rəssamlığı ilə Takeru Kasukabe tərəfindən yazılmışdır. Kadokawa Shoten 31 yanvar 2012-ci ildən 1 fevral 2016-cı ilə kimi Kadokawa Sneaker Bunko imprinti altında 12 cildini buraxmışdır.[1][2]
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 31 yanvar 2012[1] | ISBN 978-4-04-100181-3 |
2 | 31 may 2012[3] | ISBN 978-4-04-100307-7 |
3 | 31 oktyabr 2012[4] | ISBN 978-4-04-100541-5 |
4 | 30 mart 2013[5] | ISBN 978-4-04-100720-4 |
5 | 1 iyul 2013[6] | ISBN 978-4-04-100891-1 |
6 | 1 oktyabr 2013[7] | ISBN 978-4-04-101022-8 |
7 | 1 fevral 2014[8] | ISBN 978-4-04-101197-3 |
8 | 1 iyun 2014[9] | ISBN 978-4-04-101432-5 |
9 | 1 oktyabr 2014[10] | ISBN 978-4-04-101697-8 |
10 | 1 aprel 2015[11] | ISBN 978-4-04-101696-1 |
11 | 1 avqust 2015[12] | ISBN 978-4-04-103541-2 |
12 | 1 fevral 2016[2] | ISBN 978-4-04-103542-9 |
Sayaka İtsukanın rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 1 fevral 2013-cü ildən 1 may 2015-ci ilə kimi Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" onlayn jurnalında yayımlanmışdır. Enterbrain 13 iyul 2013-cü ildən 15 iyun 2015-ci ilə kimi manqanın beş tankobon cildini buraxmışdır.[13][14]
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 13 iyul 2013[13] | ISBN 978-4-04-729029-7 |
2 | 15 oktyabr 2013[14] | ISBN 978-4-04-729205-5 |
3 | 13 iyun 2014[15] | ISBN 978-4-04-729695-4 |
4 | 15 noyabr 2014[16] | ISBN 978-4-04-730061-3 |
5 | 15 iyun 2015[17] | ISBN 978-4-04-730555-7 |
Takayuki İnaqakinin rejissorluğu ilə Diomedéa studiyası tərəfindən 10 seriyalıq anime serialı adaptasiyası istehsal olunmuşdur.[18] Anime Yaponiyada 9 oktyabr 2013-cü ildən 11 dekabr 2013-cü ilə kimi yayımlanmışdır.[19] Crunchyroll vasitəsilə də nümayiş etdirilmişdir.[20] Ssenari Hiroko Kanasuqi tərəfindən yazılmışdır, baş animasiya rejissoru Hiroyuki Saydadır. Personaj dizaynları üçün Yukivonun orijinal dizaynlarından istifadə edilmişdir. Səs rejissoru Takayuki Yamaquçi, bəstəkar Mages-dir. Açılış mahnısı Afiliya Saqa tərəfindən ifa olunan "S・M・L☆" (Sweet Melty Love) mahnısı, bağlanış mahnısı isə "Taiyō to Tsuki no Cross" (太陽と月のCROSS?) mahnısı olmuşdur. 20 may 2014-cü ildə ranobenin 8-ci cildi ilə birlikdə OVA seriyası buraxılmışdır.[20]
№ | Azərbaycanca başlıq Yaponca başlıq |
Yayım tarixi |
---|---|---|
1 | "Kanade Amakusanın xoş olmayan gündəlik həyatı" "Amakusa Kanade no Amakunai Nichijō" (甘草奏の甘くない日常) | 9 oktyabr 2013 |
"Kanade Amakusanın yaxşı qoxu verməyən nattosu" "Amakusa Kanade no Kusakunai Nattō" (甘草奏の臭くない納豆) | ||
2 | "Gizli texnika! Donuz zarafatı etməklə onları güldür!" "Higi Ari! Butakkujōku de Warawasero!" (秘技あり!ブタックジョークで笑わせろ!) | 16 oktyabr 2013 |
"Etiraz! Buttaku sınağı" "Igi Ari! Burakku Saiban" (異議あり!ブタック裁判) | ||
3 | "Qızlar və tumanlar" "Gāruzu & Panchirā" (がーるず&ぱんちらー) | 23 oktyabr 2013 |
"Sən hələ də tumanlara baxacaqsan, hətta kişinin belə olsa?" "Otokomono demo Pantsu ga Mitai?" (男物でもパンツが見たい?) | ||
4 | "Harem möhtəşəmdir!" "Hāremu wa SubaraC!" (ハーレムはスバラC!) | 30 oktyabr 2013 |
"Dünyanın ən böyük hissi!" "Sekai de Ichiban KimochiE!" (世界で一番キモチE!) | ||
5 | "Balaca bacı duş qəbul edir" "Imōto, Arawaru" (妹、あらわる) | 6 noyabr 2013 |
"Mədə dilxor olur" "I, Motareru" (胃、もたれる) | ||
6 | "Pələng! Pələng! Pələng!" "Tora Tora Tora!" (トラトラトラ!) | 13 noyabr 2013 |
"Donuz! Donuz! Donuz!" "Buta Buta Buta!" (ぶたぶたぶた!) | ||
7 | "Seyra hücumu!" "Seira Shutsugeki!" (清羅出撃!) | 20 noyabr 2013 |
"Seyra, mənə soyunmağa məcbur etmə" "Seira, Fuku o Nugasanaide" (清羅、服を脱がさないで) | ||
8 | "Mənim hesabıma dolanan insan belə ağıllı ola bilməz!?" "Ore no Isōrō ga Konna ni Kashikoi Hazu ga Nai!?" (俺の居候がこんなに賢いはずがない!?) | 27 noyabr 2013 |
"Mənim şeyim belə böhtəşəm ola bilməz!?" "Ore no Ichibutsu ga Konna ni Sugoi Hazu ga Nai!?" (俺の一物がこんなに凄いはずがない!?) | ||
9 | "Düyün! Gözəl qızlarla dolu üzgüçülük turniri" "Doki! Bishōjo Darake no Suiei Taikai" (ドキッ!美少女だらけの水泳大会) | 4 dekabr 2013 |
"Ah! Qızlarla dolu üzgüçülük müsabiqəsi" "Muki! Aniki Darake no Kinniku Taikai" (ムキッ!アニキだらけの筋肉大会) | ||
"Elastik! Qardaşlarla dolu əzələ müsabiqəsi" "Doki! Jōmonshiki Darake no Hakkutsu Taikai" (土器っ!縄文式だらけの発掘大会) | ||
10 | "Həyat seçimlər seriyasıdır" "Jinsei wa, Sentaku no Renzoku de aru" (人生は、選択の連続である) | 11 dekabr 2013 |
"Həyat xorlar seriyasıdır" "Jinsei wa, Sentaku no Renzoku de aru" (人生は、洗濯の連続である) | ||
OVA | "Kataomoi ☆ Otome" (カタオモイ☆乙女) | 20 may 2014 |
"Kata Omoi ☆ Tome" (肩重い☆トメ) | ||
"Katahō Gei ☆ Katahō Homo" (片方ゲイ☆片方ホモ) |