Overlord (ranobe)

Overlord (オーバーロード, Ōbārōdo?, azərb. Hökmdarlar hökmdarı‎) — so-bin-in rəssamlığı ilə Kuqane Maruyama tərəfindən yazılan ranobe seriyası. Enterbrain tərəfindən çap olunana qədər onlayn şəkildə yayımlanmışdır. 30 iyul 2012-ci ildən bu yana 16 cildi çapdan çıxmışdır. Huqin Miyamanın rəssamlığı ilə Satoşi Oşio, tərəfindən yazılan manqa adaptasiyası 26 noyabr 2014-cü ildən Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunur. Həm ranobe, həm də manqa Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.[3] Madhouse tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 7 iyuldan 29 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. 30 sentyabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2017-ci ildə iki hissəli yığma anime filmi adaptasiyası istehsal olunmuşdur. 2018-ci ilin yanvarında anime serialının ikinci mövsümü yayımlanacaq.

Overlord

Birinci cildin üzlüyü.
オーバーロード
(Ōbārōdo)
azərb. Hökmdarlar hökmdarı
Janr döyüş, fentezi
Manqa
ManqakaKuqane Maruyama
Rəssamso-bin
NəşriyyatEnterbrain
Demoqrafiyakişilər
Nəşr tarixi30 iyul 2012 – hazırda
Cildlər16
Manqa
YazıçıSatoşi Oşio
RəssamHuqin Miyama
NəşriyyatKadokawa Shoten
Tərcüməçi nəşriyyat
Demoqrafiyaseynen
Nəşr tarixi26 noyabr 2014 – hazırda
Cildlər19
Anime
RejissorNaoyuki İto
ProdüsserŞo Tanaka
Kazufumi Kikuşima
Satoşi Fukao
Noritomo İsoqay
Yuki Yoşida
SsenaristYukie Suqavara
BəstəkarŞuuci Katayama (Team-MAX)
StudiyaMadhouse
Digər lisenziyalar
Madman Entertainment
Funimation
Anime Limited
KanalAT-X, Tokyo MX, SUN, KBS, TVA, BS11, MBS
Buraxılış tarixi7 iyul 2015 – hazırda
Seriyalar13 (seriya siyahısı)
Anime
Overlord: Ple Ple Pleiades
Vaxt30 dəq.
Anime
Overlord: The Undead King
Overlord: The Dark Warrior
RejissorNaoyuki İto
SsenaristYukie Suqavara
BəstəkarŞuuci Katayama (Team-MAX)
StudiyaMadhouse
Vaxt117 dəq.(I hissə)[1]
108 dəq.(Part 2)[2]
  Anime və manqa portalı

2126-cı ildə virtual reallıq oyunları böyük populyarlıq əldə edir. Belə məşhur oyunlardan biri də "Yggdrasil" olur. Baş qəhrəman Momonqa "Yggdrasil" oyununda ən güclü gildiyanın — Böyük Nazarik Məzarlığı gildiyasının lideridir. 42 üzvü olan bu gildiya oyunda mümkünsüz hesab edilən uğurlar qazanmış, oyunun ən güclü gildiyası olmuşdur. Zaman ötdükcə "Yggdrasil" populyarlığını itirir və 2138-ci ildə oyunun idarəçiləri oyunu bağlamağa qərar verirlər. Momonqa çox sevdiyi bu oyunun bağlanmasına görə oyunu tərk edəcək son oyunçu olmaq istəyir və oyunun bağlanacağı saata qədər oyunda qalmağa qərar verir. Ən son gildiya üzvünün də oyunu tərk etməsi ilə Momonqa təkbaşına qalır və oyunun bağlanmasını gözləməyə başlayır.

Oyun serverlərinin bağlanarkən oyundan çıxması lazım olan Momonqa bir surprizlə qarşılaşır. Oyundan çıxmaq əvəzinə oyunda ilişib qalır. Bundan əlavə NPC-lərin öz iradələrinə sahib olduğunun, ətrafındakı dünyanın dəyişdiyinin fərqinə varır və bu dünyanı Yeni dünya adlandırır. Beləliklə, bu dünya artıq Momonqanın reallığına çevrilir. Xidmətçilərinin köməyinə də arxalanan Momonqa bu yeni dünyanı fəth etmək qərarına gəlir.

Yeni dünyada 3 əsas dövlət var: Re-Estize krallığı, Baharut imperiyası və Sleyn teokratiyası. Re-Estize krallığı Azerlisiya dağlarının qərbində yerləşir, paytaxtı Re-Estize şəhəridir. Baharut ilə sərhədə yaxın yerləşən E-Rantel şəhəri də bu dövlətin tərkibindədir. Baharut imperiyası Azerlisiya dağlarının şərqində yerləşir və paytaxtı Arvintar şəhəridir. Sleyn teokratiyası isə bu iki dövlətin cənubunda yerləşir. Bu üç dövlətdən əlavə Azerlisiya dağlarının şərqində Cırtdanlar krallığı, Re-Estize krallığının cənub-şərqində Müqəddəs Robl krallığı, Baharut krallığının cənubunda Əjdaha krallığı yerləşir. Yerləri dəqiq bilinməyən dövlətlər Böyük Minotavr dövləti, Bədheybətlər ölkəsi, Troll krallığı və Elf ölkəsidir.

Bundan əlavə Yeni dünyada bir neçə coğrafi yer daha ön plana çıxır: Re-Estize krallığı ilə Baharut imperiyası arasında Azerlisiya dağları, Azerlisiya dağlarının cənub qurtaracağında diametri 20 km olan Böyük göl, Böyük gölün cənubunda Kəntənkələ adamlar kəndi, Azerlisiya dağlarının və Böyük gölün cənubunda Tob meşələri, Tob meşələrinin cənubunda Katze düzənlikləri, Sleyn teokratiyası ilə Müqəddəs Robl krallığı arasında Aberion təpələri yerləşir.

Yeni dünyada istifadə olunan əsas pullar mis, gümüş, qızıl və platin pullardır.

Bir mis Bir gümüş Bir qızıl Bir platin
1 mis 10 mis 100 mis 1000 mis
0,1 gümüş 1 gümüş 10 gümüş 100 gümüş
0,01 qızıl 0,1 qızıl 1 qızıl 10 qızıl
0,001 platin 0,01 platin 0,1 platin 1 platin

Yeni dünyadan fərqli olaraq "Yggradsil" oyunçuları pul vahidi kimi ancaq qızıl istifadə edirlər.

Böyük Nazarik Məzarlığı

[redaktə | mənbəni redaktə et]
Eynts Ooal Qaun (アインズ・ウール・ゴウン, Ainzu Ūru Goun?) / Momonqa (モモンガ?)
Səsləndirən: Satoşi Hino (Drama CD, anime)
Albedo (アルベド, Arubedo?)
Səsləndirən: Yumi Hara (Drama CD, anime)
Şalltir Bladfollen (シャルティア・ブラッドフォールン, Sharutia Buraddofōren?)
Səsləndirən: Sumire Uesaka (Drama CD, anime)
Kokitos (コキュートス, Kokyūtosu?)
Səsləndirən: Kenta Miyake (Drama CD, anime)
Demiurq (デミウルゴス, Demiurugosu?)
Səsləndirən: Masayuki Kato (Drama CD, anime)
Sebas Tyan (セバス・チャン, Sebasu Chan?)
Səsləndirən: Şiqeru Çiba (Drama CD, anime)
Aura Bella Fiore (アウラ・ベラ・フィオーラ, Aura Bera Fiōra?)
Səsləndirən: Emiri Kato (Drama CD, anime)
Mare Bello Fiore (マーレ・ベロ・フィオーレ, Māre Bero Fiōre?)
Səsləndirən: Yumi Uçiyama (Drama CD, anime)
Narberal Qamma (ナーベラル・ガンマ, Nāberaru Ganma?)
Səsləndirən: Manami Numakura (Drama CD, anime)
Yuri Alfa (ユリ・アルファ, Yuri Arufa?)
Səsləndirən: Hiromi İqaraşi (Drama CD, anime)
Lyupusreqina Beta (ルプスレギナ・ベータ, Rupusuregina Bēta?)
Səsləndirən: Mikako Komatsu (Drama CD, anime)
Ş32128 Delta (シズ・デルタ, Shizu Deruta?)
Səsləndirən: Asami Seto (Drama CD, anime)
Solyuşen Epsilon (ソリュシャン・イプシロン, Soryushan Ipushiron?)
Səsləndirən: Ayane Sakura (Drama CD, anime)
Entoma Vasilissa Zeta (エントマ・ヴァシリッサ・ゼータ, Entoma Vuashirissa Zēta?)
Səsləndirən: Key Şindo (Drama CD, anime)
Pandora Aktyoru (パンドラズ・アクター, Pandorazu Akutā?)
Səsləndirən: Mamoru Miyano (Drama CD, anime)
Qazef Stronoff (ガゼフ・ストロノーフ, Gazefu Sutoronōfu?)
Səsləndirən: Hiroşi Şirokuma (anime)
Niqun Qrid Luin (ニグン・グリッド・ルーイン, Nigun Guriddo Rūin?)
Səsləndirən: Takehito Koyasu (anime)
Enri Emmot (エンリ・エモット, Enri Emotto?)
Səsləndirən: M·A·O (anime)
Nemu Emmot (ネム・エモット, Nemu Emotto?)
Səsləndirən: Marika Kono (anime)
Enfri Barel (ンフィーレア・バレアレ, Nfīrea Bareare?)
Səsləndirən: Ayumu Murase (anime)
Brita (ブリタ, Burita?)
Səsləndirən: Satsuki Yukino (anime)
Lizzi Barel (リィジー・バレアレ, Ryijī Bareare?)
Səsləndirən: İkuko Tani (anime)
Klementina (クレマンティーヌ, Kuremantīnu?)
Səsləndirən: Aoy Yuuki (Drama CD, anime)
Kacit Deyl Badantel (カジット・デイル・バダンテール, Kajitto Deiru Badantēru?)
Səsləndirən: Minoru İnaba (Drama CD, anime)
Hamske, Meşənin müdrik kralı (ハムスケ, Hamusuke?)
Səsləndirən: Akeno Vatanabe (Drama CD, anime)
Breyn Unqlaus (ブレイン・アングラウス, Burein Angurausu?)
Səsləndirən: Koci Yusa (anime)

Qaranlığın qılıncları

[redaktə | mənbəni redaktə et]

Qaranlığın qılıncları (漆黒の剣, Shikkoku No Ken?)

Piter Mork (ペテル・モーク, Peteru Mōku?)
Səsləndirən: Kazuyuki Okitsu (anime)
Lukluter Volve (ルクルット・ボルブ, Rukurutto Borubu?)
Səsləndirən: Natsuki Hanae (anime)
Ninya (ニニャ, Ninya?)
Səsləndirən: Mutsumi Tamura (anime)
Dayn Vuduander (ダイン・ウッドワンダー, Dain Uddowandā?)
Səsləndirən: Ryota Takeuçi (anime)

Huqin Miyamanın rəssamlığı ilə Satoşi Oşio tərəfindən yazılan manqa adaptasiyası 26 noyabr 2014-cü ildən Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunur.[4] Kadokawa Shoten indiyə qədər manqanın 18 cildini buraxmışdır.[5] İlk cildi 16 iyun 2015-ci ildə buraxılmışdır.[6] Yen Press manqanı Şimali Amerika üçün lisenziyalaşdırmış və ilk cildi 28 iyun 2016-cı ildə buraxmışdır.[7]

Orijinal versiyasının nəşr tarixiOrijinal ISBNİngilis versiyasının nəşr tarixiİngilis ISBN
1 26 iyun 2015[6]ISBN ISBN 978-4-04-103071-428 iyun 2016[7]ISBN 978-0-31-627227-8
2 25 iyul 2015[8]ISBN ISBN 978-4-04-103072-127 sentyabr 2016[9]ISBN 978-0-31-639766-7
3 26 dekabr 2015[10]ISBN ISBN 978-4-04-103857-413 dekabr 2016[11]ISBN 978-0-31-643425-6
4 25 iyun 2016[12]ISBN ISBN 978-4-04-104399-831 oktyabr 2017[13]ISBN 978-0-316-47643-0
5 26 avqust 2016[14]ISBN ISBN 978-4-04-104400-123 yanvar 2018[15]ISBN 978-0-316-51724-9
6 26 dekabr 2016[16]ISBN ISBN 978-4-04-104679-117 aprel 2018[17]ISBN 978-0-316-51727-0
7 24 may 2017[18]ISBN ISBN 978-4-04-105764-324 iyul 2018[19]ISBN 978-1-9753-5335-3
8 26 dekabr 2017[20]ISBN ISBN 978-4-04-106389-713 noyabr 2018[21]ISBN 978-1-9753-2813-9
9 26 aprel 2018[22]ISBN ISBN 978-4-04-106390-319 fevral 2019[23]ISBN 978-1-9753-8284-1
10 26 iyul 2018[24]ISBN ISBN 978-4-04-107168-721 may 2019[25]ISBN 978-1-9753-5739-9
11 26 fevral 2019[26]ISBN ISBN 978-4-04-107896-924 sentyabr 2019[27]ISBN 978-1-9753-3230-3
12 24 sentyabr 2019[28]ISBN ISBN 978-4-04-108688-919 may 2020[29]ISBN 978-1-9753-1296-1
13 24 mart 2020[30]ISBN ISBN 978-4-04-108689-61 iyun 2021[31]ISBN 978-1-9753-2309-7
14 25 nentyabr 2020[32]ISBN ISBN 978-4-04-110815-416 noyabr 2021[33]ISBN 978-1-9753-2335-6
15 26 iyul 2021[34]ISBN ISBN 978-4-04-111589-323 avqust 2022[35]ISBN 978-1-9753-4485-6
16 26 yanvar 2022[36]ISBN ISBN 978-4-04-111590-922 noyabr 2022[37]ISBN 978-1-97-535994-2
17 24 iyun 2022[38]ISBN ISBN 978-4-04-112615-823 may 2023[39]ISBN 978-1-97-536640-7
18 25 mart 2023[5]ISBN ISBN 978-4-04-113501-320 fevral 2024[40]978-1-97-537954-4
19 26 dekabr 2023[41]ISBN ISBN 978-4-04-114353-7

Madhouse studiyası tərəfindən istehsal olunmuş 13 seriyalıq anime serialı 7 iyuldan 29 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır.[42] Animenin açılış mahnısı OxT tərəfindən ifa olunmuş "Clattanoia", bağlanış mahnısı isə Myth & Roid tərəfindən ifa olunan "L.L.L." mahnısı olmuşdur. Anime serialı ranobenin 1-3-cü cildlərinin adaptasiyasıdır.

Studio Puyukai tərəfindən "Overlord: Ple Ple Pleiades" (オーバーロード ぷれぷれぷれあです?) adlı xüsusi mini-anime serialı istehsal olunmuş və Media Factory tərəfindən yayımlanmışdır.[43]

Ranobe seriyasının 11-ci cildinin məhdud nəşrinə OVA seriyasının daxil edilmiş və 30 sentyabr 2016-cı ildə buraxılmışdır.[44]

11-ci cild vasitəsilə yığma anime filmi adaptasiyası anons edilmişdir.[45] "Overlord: The Undead King" (オーバーロード 不死者の王, Ōbārōdo: Fushisha no Ō?) adlı ilk film 25 fevral 2017-ci ildə, "Overlord: The Dark Warrior" (オーバーロード 漆黒の戦士, Ōbārōdo: Shikkoku no Senshi?) adlı ikinci film isə 11 mart 2017-ci ildə buraxılmışdır. Hər iki filmin açılış mahnısı Myth & Roid tərəfindən ifa olunmuşdur.[46]

Anime serialının ikinci mövsümü 9 yanvar 2018-ci ildə yayımlanmağa başlanacaq. İkinci mövsümün açılış mahnısı OxT tərəfindən ifa olunan "Go Cry Go" mahnısı, bağlanış mahnısı isə Myth & Roid tərəfindən ifa olunan "Hydra" mahnısıdır.[47]

Seriya siyahısı

[redaktə | mənbəni redaktə et]
Başlıq Yayım tarixi İst.
1 "Son və başlanğıc"
"Owari to Hajimari" (終わりと始まり) 
7 iyul 2015[48]
2 "Mərtəbə mühafizəçiləri"
"Kaisō Gādian" (階層守護者) 
14 iyul 2015[49]
3 "Karne kəndi döyüşü"
"Karune-mura no tatakai" (カルネ村の戦い) 
21 iyul 2015[50]
4 "Ölüm hökmdarı"
"Shi no shihai-sha" (死の支配者) 
28 iyul 2015[51]
5 "İki macəraçı"
"Futari no bōken-sha" (二人の冒険者) 
4 avqust 2015[52]
6 "Səyahət"
"Tabiji" (旅路) 
11 avqust 2015[53]
7 "Meşənin müdrik kralı"
"Mori no ken-ō" (森の賢王) 
18 avqust 2015[54]
8 "Əkiz şiddətli ölüm qılıncları"
"Shi o kirisaku sōken" (死を切り裂く双剣) 
25 avqust 2015[55]
9 "Qara döyüşçü"
"Shikkoku no senshi" (漆黒の戦士) 
1 sentyabr 2015[56]
10 "Sədaqətli vampir"
"Shinso" (真祖) 
8 sentyabr 2015[57]
11 "Etiraf və başa düşmə"
"Konran to haaku" (混乱と把握) 
15 sentyabr 2015[58]
12 "Qanlı valkiriya"
"Senketsu no ikusaotome" (鮮血の戦乙女) 
22 sentyabr 2015[59]
13 "Oyunçu NPC-yə qarşı"
(PVN) 
29 sentyabr 2015[60]
OVA "Ple Ple Pleiades"
(ぷれぷれぷれあです) 
30 sentyabr 2016

2015-ci ilin iyununda — anime və manqa yayımlanmazdan qabaq ranobe seriyasının 8 cildinin 600 min nüsxəsi dövriyyədə idi. 2015-ci ilin avqustuna qədər ranobe və manqa seriyalarının ümumi nüsxələrinin sayı 1 milyon olmuşdur. 4 avqustda ranobenin yenidən çap olunacaq 600 min nüsxəsi anons edilmişdir. 20 avqust 2015-ci ildə ranobenin cild sayı 9-a, manqanın cild sayı 2-yə çatmışdır və ümumi nüsxələrinin sayı 1,5 milyonu ötmüşdür.[61] 18 sentyabr 2015-ci ildə bu rəqəm 2 milyona çatmışdır.[62] "Overlord" 2015-ci ilin ən yaxşı satan ranobelərindən biri olmuşdur.[63]

  1. "劇場版総集編 オーバーロード 不死者の王 (2017)". allcinema (Japanese). Stingray. 2018-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
  2. "劇場版総集編 オーバーロード 漆黒の英雄 (2017)". allcinema (Japanese). Stingray. 2018-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
  3. "[[Yen Press]] Adds Space Dandy, Dimension W, Overlord, Boy & the Beast". Anime News Network. October 10, 2015. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
  4. "Over Lord Fantasy RPG Light Novels Gets Manga". Anime News Network. October 25, 2014. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
  5. 1 2 "オーバーロード (18)" (Japanese). Kadokawa Shoten. 20 fevral 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 february 2023.
  6. 1 2 "オーバーロード (1)" (Japanese). Kadokawa Shoten. 2016-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
  7. 1 2 "Overlord, Vol. 1". Hachette Book Group. 2016-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
  8. "オーバーロード (2)" (Japanese). Kadokawa Shoten. 2016-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
  9. "Overlord, Vol. 2". Hachette Book Group. 2016-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
  10. "オーバーロード (3)" (Japanese). Kadokawa Shoten. 2016-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
  11. "Overlord, Vol. 3". Hachette Book Group. 2016-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
  12. "オーバーロード (4)" (Japanese). Kadokawa Shoten. 2016-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
  13. "Overlord, Vol. 4". Yen Press. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  14. "オーバーロード (5)" (Japanese). Kadokawa Shoten. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  15. "Overlord, Vol. 5". Yen Press. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  16. "オーバーロード (6)" (Japanese). Kadokawa Shoten. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  17. "Overlord, Vol. 6". Yen Press. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  18. "オーバーロード (7)" (Japanese). Kadokawa Shoten. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  19. "Overlord, Vol. 7". Yen Press. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  20. "オーバーロード (8)" (Japanese). Kadokawa Shoten. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  21. "Overlord, Vol. 8". Yen Press. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  22. "オーバーロード (9)" (Japanese). Kadokawa Shoten. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  23. "Overlord, Vol. 9". Yen Press. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  24. "オーバーロード (10)" (Japanese). Kadokawa Shoten. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  25. "Overlord, Vol. 10". Yen Press. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  26. "オーバーロード (11)" (Japanese). Kadokawa Shoten. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  27. "Overlord, Vol. 11". Yen Press. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  28. "オーバーロード (12)" (Japanese). Kadokawa Shoten. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  29. "Overlord, Vol. 12". Yen Press. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  30. "オーバーロード (13)" (Japanese). Kadokawa Shoten. 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  31. "Overlord, Vol. 13". Yen Press. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  32. "オーバーロード (14)" (Japanese). Kadokawa Shoten. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  33. "Overlord, Vol. 14". Yen Press. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  34. "オーバーロード (15)" (Japanese). Kadokawa Shoten. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  35. "Overlord, Vol. 15". Yen Press. 7 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2022.
  36. "オーバーロード (16)" (Japanese). Kadokawa Shoten. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  37. "Overlord, Vol. 16". Yen Press. 26 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 february 2023.
  38. "オーバーロード (17)" (Japanese). Kadokawa Shoten. 31 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2022.
  39. "Overlord, Vol. 17". Yen Press. 26 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 february 2023.
  40. "Overlord, Vol. 18". Yen Press. 30 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 september 2023.
  41. "オーバーロード (19)" (Japanese). Kadokawa Shoten. 6 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 september 2023.
  42. "Cast, Staff, Premiere Date Announced for Over Lord Fantasy RPG TV Anime". Anime News Network. March 24, 2015. 2015-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
  43. "Overlord Chibi Character Anime's 1st Episode Streamed". ANN (ingilis). 7 avqust 2015. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
  44. Green, Scott. ""Overlord" Light Novel To Include Super Deformed "Pleiades" Blu-ray". Crunchyroll. May 30, 2016. May 31, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
  45. "Overlord Anime Has Compilation Film in the Works". ANN (ingiliscə). 29 sentyabr 2016. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2016.
  46. "Overlord Anime's Compilation Project Split Into 2 Films With Myth&Roid Music". Anime News Network (ingiliscə). 24 noyabr 2016. 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2016. (#apostrophe_markup)
  47. "Overlord II Anime's New Videos Reveal More of Cast, January 9 Debut". ANN (ingiliscə). 17 dekabr 2017. 2018-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2017.
  48. "第1話 『終わりと始まり』". Overlord (rəsmi anime saytı) (yapon). 2016-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2016.
  49. "第2話 『階層守護者』". Overlord (rəsmi anime saytı) (yapon). 2016-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2016.
  50. "第3話 『カルネ村の戦い』". Overlord (rəsmi anime saytı) (yapon). 2016-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2016.
  51. "第4話 『死の支配者』". Overlord (rəsmi anime saytı) (yapon). 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2016.
  52. "第5話 『二人の冒険者』". Overlord (rəsmi anime saytı) (yapon). 2016-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2016.
  53. "第6話 『旅路』". Overlord (rəsmi anime saytı) (yapon). 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2016.
  54. "第7話 『森の賢王』". Overlord (rəsmi anime saytı) (yapon). 2016-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2016.
  55. "第8話 『死を切り裂く双剣』". Overlord (rəsmi anime saytı) (yapon). 2016-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
  56. "第9話 『漆黒の戦士』". Overlord (rəsmi anime saytı) (yapon). 2016-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
  57. "第10話 『真祖』". Overlord (rəsmi anime saytı) (yapon). 2016-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
  58. "第11話 『混乱と把握』". Overlord (rəsmi anime saytı) (yapon). 2016-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
  59. "第12話 『鮮血の戦乙女』". Overlord (rəsmi anime saytı) (yapon). 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
  60. "第13話 『PVN』". Overlord (rəsmi anime saytı) (yapon). 2016-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
  61. "Arxivlənmiş surət". 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-19.
  62. "Arxivlənmiş surət". 2023-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-19.
  63. "Arxivlənmiş surət". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]