Nəbi Muxtarov

Nəbi Muxtarov (1948) — Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Nəbi Muxtarov
Nəbi Muxtar oğlu Muxtarov
bayraq
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
19 avqust 1993 – 25 fevral 2011
ƏvvəlkiNofəl Qasımov
SonrakıAlı Alıyev
Şəxsi məlumatlar
Doğum tarixi 1948
Hərbi xidmət
Xidmət illəri 1974–1975

Nəbi Muxtarov 1948-ci ildə doğulub. 1966-cı ildə Martuni rayonundakı beynəlmiləl orta məktəbi bitirib. Həmin il Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub, institutu bitirdikdən sonra müəllim kimi fəaliyyətinə başlayıb. 1968-ci ildə Füzuli rayon komsomol komitəsində məktəbli gənclər şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1969-cu ildə Füzuli rayon komsomol komitəsinin ikinci katibi, 1971-ci ildə isə birinci katibi vəzifəsində çalışıb.[1]

Rayon partiya komitəsinin büro üzvü seçilən Nəbi Muxtarov 1974–1975-ci illərdə hərbi xidmətdə olur. Hərbidən qayıtdıqdan sonra, 1976-cı ildə rayon həmkarlar ittifaqları şurasının sədri, 1977-ci ildə Füzuli rayon ХDS İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində çalışıb. О, 1978-ci ilin sentyabr ayında Bakı Ali Partiya Məktəbinə təhsil almağa göndərilib. Elə həmin vaxtlar о, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini də bitirib. 1980-ci ildə təhsilini başa vurub yenidən Füzuli rayon Partiya Komitəsinə işə göndərilib, əvvəlcə şöbə müdiri vəzifəsində çalışıb, bir neçə ay sonra Füzuli rayon Aqrar Sənaye Kombinatının baş direktoru vəzifəsinə təyin olunub.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nəbi Muxtarov 19 avqust 1993-cü il tarixində Azərbaycan Prezidenti Heydər Əliyevin 717 nömrəli fərmanı ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[2]

25 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Nəbi Muxtar oğlu Muxtarov vəzifəsindən azad edilmişdir.[3]

Nəbi Muxtarov Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildikdən sonra 4 nəfərə külli miqdarda pul atdığına dair qalmaqalları ortaya çıxdı.[4]

2020-ci il fevralın 9-da keçirilən parlament seçkilərində iştirak etmək üçün öz namizədliyini 84 saylı Füzuli seçki dairəsindən irəli sürmüşdü, lakin səs toplaya bilməyib.[5][6]

  1. 1 2 "İcra Hakimiyyətininin yerini 8 dəfə dəyişən eks-icra başçısı..." modern.az (az.). 2024-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2024.
  2. "N. M. Muxtarovun Füzuli rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və N. R. Qasımovun həmin vəzifədən azad edilməsi haqqında". e-qanun.az (az.). 2017-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2024.
  3. "N.M.Muxtarovun Füzuli rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2024-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2024.
  4. "NƏBİ MUXTAROVUN PUL ATDIĞI ŞƏXSLƏRİN YENİ SİYAHISI ƏLİMİZDƏ". musavat.com (az.). 2024-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2024.
  5. "Nəbi Muxtarov da deputatlığa namizəd oldu-84-dən". yenixeber.org (az.). 2024-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2024.
  6. "Sahil Babayevin yüksək vəzifəyə təyin etdiyi xanım öz qohumudur". hurriyyet.az (az.). 2024-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2024.