Nofəl Qasımov

Nofəl Qasımov (1 may 1961, Pirəhmədli, Füzuli rayonu) — Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, şəhid Səid Rəşidzadənin atası.

Nofəl Qasımov
Nofəl Rəşid oğlu Qasımov
bayraq
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
23 dekabr 1992 – 19 avqust 1993
ƏvvəlkiŞakir Abbasov
SonrakıNəbi Muxtarov
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1961(1961-05-01) (63 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı
  • Səid Rəşidzadə[d]

Nofəl Qasımov 1 may 1961-ci ildə Füzuli rayonunda anadan olmuşdur. İlk təhsilini Horadiz şəhər 1 nömrəli orta məktəbdə almışdır. Ali təhsilini Poltava Kooperativ İnstitunun Bakı filialında almışdır.

Nofəl Qasımov şəhid Səid Rəşidzadənin atasıdır.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nofəl Qasımov 23 dekabr 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 374 nömrəli fərmanı ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[2] O, 19 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 717 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[3]

  1. "Arxivlənmiş surət". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-17.
  2. "Arxivlənmiş surət". 2017-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-17.
  3. "Arxivlənmiş surət". 2017-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-17.