Nəcəfqulu Rəfiyev

Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev (22 mart 1915 və ya 1912[1], Ordubad, Naxçıvan qəzası24 dekabr 1970 və ya 1970[1], Bakı) — Sovet İttifaqı Qəhrəmanı.

Nəcəfqulu Rəfiyev
Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1915(1915-03-22) və ya 1912[1]
Doğum yeri
Vəfat tarixi 24 dekabr 1970(1970-12-24) və ya 1970[1]
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Rütbəsi mayor
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəcəfqulu Rəfiyev 1915-ci il martın 22-də Ordubad şəhərində anadan olmuşdur. 1935-ci ildə Sovet Ordusuna çağırılmış, 1937-ci ildən ali hərbi məktəbdə təhsil almağa başlamışdır. Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün keçdikdən sonra sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi Cənub—Qərb, Şimali Qafqaz, 1-ci Belorusiya cəbhələrində alman faşist işğalçılarına qarşı vuruşmalarda iştirak etmişdir. 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən vuruşmalarda, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdir.[2]

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq etmiş, 1955–1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, Culfa rayon hərbi komissarı işləmişdir. 1959-cu ildə ordudan tərxis olunmuş, Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirmişdir. 1970-ci il dekabrın 24-də vəfat etmişdir.[3]

N. R. Rəfiyevin adı hələ sağlığında əbədiləşdirilmişdir. Adına Minsk, Ordubad və Bakıda küçə, Ordubadda zavod, Babək rayonunda sovxoz, texnikum və s. var, Ordubad şəhərində büstü qoyulmuşdur.

Azərbaycan Respublikasında N. R. Rəfiyevin adına futbol yarışları keçirilir.

  1. 1 2 3 4 Faceted Application of Subject Terminology.
  2. Azərbaycanın qızıl ulduzları, Bakı, 1995, səh. 240.
  3. "Naxçıvanın Sovet İttifaqı Qəhrəmanları". 2020-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.