Necmeddin Eyyub (ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان) — "əl-Məlik əl-Əfdal Nəcməddin Əyyub ibn Şadi ibn Mərvan"; (d.? – ö. 9 avqust 1173). Əyyubi sülaləsinin əcdadı.
Nəcməddin Əyyubi | |
---|---|
ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان | |
| |
Böyük Səlcuq İmperiyasının Tikrit komandanı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XII əsr |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Atası | Şadi ibn Mərvan Əyyubi |
Uşaqları | Səlahəddin Əyyubi, I Adil, Turanşah, Tuğtəkin ibnn Əyyubi, Şahənşah, Əbu Səid Böri, Zümrüt xatun, Rabiə xatun[1] |
Ailəsi | Əyyubilər sülaləsi |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Şadi, Bağdad şəhərinin hakimi olan Bəhruzun yaxın dostu idi.[2] Bəhruz nüfuzundan yararlanaraq kullanarak Nəcməddin Əyyubinin Tikritin komandanlığına keçməsinə köməklik etdi. [3][4] Beləliklə Böyük Səlcuq sultanı Məhəmməd Təpər Şadini ailəsi ilə birlikdə Tikrit ətrafına yerləşdirdi. I İmadəddin Zənginin ordusu 1131-ci ildə Qaraca əl-Saki tərəfindan məğlup edildi və Zəngi, Tikritə sığındı. Səlahaddinin atası Nəcməddin Əyyubi ve əmisi Əsədüdüddin Şirkuh (fars. أسد الدين شيركوه بن شاذي; Şirkuh: farscada Dağ Aslanı anlamındadır), Zəngiyə kömək etdi və Tikritdə həbs edilen Əzidəddin əl-Müstəvfinin qaçmasına köməklik göstərdi. Əlavə olaraq Bəhruz ilə münasibətlər pozuldu, buna görə Mosul və Hələp atabəyi Zəngilərlə yaxınlaşmışdı. Şirkuhun Selcuq dövlət məmurunu qətlə yetirməsindən sonra isə hər iki qardaş Zəngiyə sığındı. 1138-ci ildə vəzifəsindən çıxarılan Nəcməddin Əyyubi və ailəsi İmadəddin Zənginin xdimətinə girdi.[5].