Nəcməddin Sadıkov

Nəcməddin Hüseyn oğlu Sadıkov və ya Sadıqov (24 may 1956, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik (2005).

Nəcməddin Sadıkov
2 noyabr 1993 – 2020 [1]
ƏvvəlkiNurəddin Sadıqov
SonrakıKərim Vəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 24 may 1956(1956-05-24) (68 yaş)
Doğum yeri
Təhsili
Hərbi xidmət
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Silahlı Qüvvələri
Rütbəsi
General-polkovnik

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 1995 "Azərbaycan Bayrağı" ordeni — 2009 1-ci dərəcəli "Rəşadət" ordeni — 2018 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2007 "Vətən uğrunda" medalı — 2003 "Hərbi xidmətlərə görə" medalı — 2009 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Ailəlidir, 3 övladı var.

  • 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib;
  • 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna gəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib;
  • Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib;
  • Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb;
  • Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib;
  • Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrinası ilə bağlı sənədlər hazırlayan və Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 858 nömrəli Sərəncamı ilə N. Sadıkov general-polkovnik rütbəsinə layiq görülmüşdür.
  • 2020-ci ilin iyulunda Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması iddiası barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb.[2]
  • 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı adı Müdafiə Nazirliyinin rəsmi saytının struktur bölməsindən çıxarılıb.[3]
  • 2021-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.[4]
  1. "Azərbaycan Müdafiə Nazirliyi: "Nəcməddin Sadıkov ehtiyata buraxılıb"". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.
  2. "Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarılması ilə bağlı iddialara aydınlıq gətirib". 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
  3. ""Nəcməddin Sadıkov hərbi xidmətdə deyil" — Müdafiə Nazirliyi". 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
  4. "Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov ordu sıralarından ehtiyata buraxılıb". Meydan TV (az.)). 28.01.2021. 2022-05-16 tarixində arxivləşdirilib.
  5. "AR Müdafiə Nazirliyi". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-20.
  6. ""Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"". 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.