Nəhrəvan döyüşü

Nəhrəvan döyüşü (ərəb. معركة النهروان‎, Ma’rakat an-Nahrawān) — 658-ci il iyulun 16-da xəlifə Əli ibn Əbu Talibin ordusu ilə “xarici” üsyançı qrup arasında baş vermiş döyüş.

Nəhrəvan döyüşü
Nəhrəvan
Nəhrəvan
Tarix 15 iyul 648 M
Nəticəsi Əlinin qalibiyyəti
Münaqişə tərəfləri

Raşidi xilafəti

Xaricilər

Komandan(lar)

Əli

Abdullah ibn Vahab

Tərəflərin qüvvəsi

80,000

2800

İtkilər

8 nəfər Şəhid

2791 ölü

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu döyüş, Əli ilə Suriyanın üsyançı valisi Müaviyə ibn Əbu Süfyan arasında olan Birinci Fitnə zamanı məsələni sülh yolu ilə həll etmək cəhdinin nəticəsi idi. Beləki ki, Əlinin ordusundakı bir sıra döyüşçülər xəlifəni Allah yolunda xəyanət etməkdə ittiham edərək qiyam qaldırır. Sonralar bəzi mənbələrə görə, “xaricilər”, yəni “gedənlər” ləqəbli bu döyüşçülər dinc əhaliyə qarşı zorakılıq hərəkətləri edərək Əlini əsas qüvvələrini üsyanı yatırmağa yönəltməyə məcbur etmişlər. Əlinin ordusundan say baxımından xeyli az olan üsyançılar onun qoşunları tərəfindən mühasirəyə alınaraq tamamilə məğlub edilirlər. Onların əksəriyyəti döyüşdə öldürülür[1].

Döyüş öncəsi

[redaktə | mənbəni redaktə et]

656-cı ildə xilafətin başçısı kimi əvvəllər qəbul edilmiş mübahisəli qərarlara görə üsyançılar üçüncü saleh xəlifə Osmanı öldürdülər. Mədinə sakinləri və Osmanın İraqdakı bəzi keçmiş sadiq təbəələri Məhəmməd peyğəmbərin kürəkəni və əmisi oğlu Əli ibn Əbu Talibi onun varisi elan etdilər. Lakin belə bir varislik peyğəmbərin bəzi səhabələrinin, xüsusən də Təlhə ibn UbeydullahZübeyr ibn ƏvvamınAişənin etirazına səbəb olur. Osmanın keçmiş müttəfiqi, əməvilər nəslindən olan Suriya valisi Müaviyə ibn Əbu Süfyan da Əlini xəlifə kimi tanımaqdan imtina edir və ondan sui-qəsdçilərin təhvil verilməsini tələb edir.

Əli ibn Əbu Talibin ilkin işi Təlhə, Zübeyr və Aişənin üsyanını yatırmaq olur. 656-cı ildə Cəməl döyüşündə onların ordusunu məğlub edilir. Növbəti il Əli Siffində Müaviyə ilə qarşılaşır. Döyüş dalana dirəndikdə, Əli danışıqlara başlamaq qərarına gəlir və Quran ayələrinə istinad edərək, müsəlmanların bir-birini öldürməməli olduğunu deyərək məsələni hakimlərin qərarı ilə çözülməsini təklif edir[2]. Bəzi sərkərdələrin Əlinin müqəddəs kitaba təkrar-təkrar istinad etməsinin sadəcə örtük və hiylə olduğuna inandırmağa çalışsalar da, Əlinin qüvvələri döyüşü dayandırır. Əli məhkəmə təşkil edir ki, onun qarşısına duran məsələ ixtilafı Quran əsasında həll etmək vəzifəsini qoyulur. Bu səbəbdən onun ordusunda parçalanma başlayır. 12 min nəfər əsgərdən ibarət qüvvə ordudan qaçaraq paytaxtdan çox uzaq olmayan Harura şəhərində cəmləşir.

Əlinin tərəfdarları ondan Siffeyndə mübahisəsiz qələbə gözlədiyi halda, danışıqların başlanması onun nüfuzuna ciddi zərbə vurur. 12.000 nəfər ibarət olan dəstə hakim olayına qarşı çıxan yeganə qüvvə deyildi[3]. Bir çoxları Əlinin bununla zəiflik göstərdiyinə və "özünün mübahisəsiz müqəddəs hökmranlıq hüququna xəyanət etdiyinə" inanırdı və yeganə mümkün məhkəmənin Allahın məhkəməsi olduğunu qəbul etməyi müdafiə edirdi. Bir müddət sonra Əli Haruraya baş çəkir və fərariləri etirazlarından əl çəkməyə inandıraraq paytaxta qayıdır. Əbu Mixnəfin dediyinə görə, bu qüvvə Müaviyə ilə müharibənin altı aydan sonra bərpa olunması və Əlinin özü də səhvini etiraf etməsi şərti ilə geri qayıtmağa razılaşır. Lakin Əli bundan imtina edir və dinc prosesi davam etdirir. Bununla əlaqədar olaraq, fərarilər xəlifənin yanından ayrılmaq qərarına gəlir və aşkarlanmamaq üçün kiçik qruplara bölünərək Dəclənin şərq sahilindəki Nəhrəvan kanalına yollanırlar. Yol boyu onlara Bəsrədən daha 500 nəfər qoşulur. Məhz o zaman onlar "xaricilər", yəni "gedənlər" ləqəblərini alırlar. Bəsrədən əlavə qüvvələr gəldikdən sonra üsyançılar Əlini qeyri-qanuni hökmdar, mürtəd və kafir elan edirlər.

Əlinin hakim məsələsinə razılığı onun Müaviyə ilə bərabər mühakimə olunacağı anlamına gəlirdi və bu Müaviyəyə Əlinin müsəlman icmasının lideri olması iddiasını rədd etməyə imkan verirdi. Hakim hadisəsinin təfərrüatları müxtəlif mənbələrdə geniş şəkildə dəyişir. Aydın olan budur ki, Əlinin müsəlman cəmiyyətindəki mövqeyi ciddi şəkildə zəifləmişdir. Xariclərin Əliyə qarşı açıq çıxması ordunun Suriyaya onlarsız getməsi ilə nəticələnir. Eyni zamanda bütün tayfa başçıları onun tərəfində qalır. Əlinin bəzi sərkərdələri və müşavirləri üsyançıların hərəkətlərindən narahat olduqlarını bildirir, lakin xəlifə Müaviyə ilə müharibənin birinci dərəcəli vəzifə olduğunu bəyan edir və qoşunlarına Suriyaya getməyi əmr edir.

Təxminən eyni vaxtda xaricilər dinc sakinlərin yaşadığı məskunlaşmalara gələrək yerli əhalini Əlinin siyasəti ilə bağlı fikirlərini sorğu-suala tutmuş, bununla razılaşmayanların hamısını edam etmişlər. Sünni tarixçisi Əli əs-Sallabi iddia edir ki, onlar Abdullah ibn Həbabın zadəgan yoldaşının hamilə cariyəsinin qarnını yırtırlar. Suriyaya gedərkən Əli dinc əhaliyə qarşı zorakılıq xəbərləri alır və adamlarından birini vəziyyəti araşdırmaq üçün ora göndərir. Lakin o da xaricilər tərəfindən öldürülür. Bundan xəbər tutan ordunun üzvləri ailələrinin təhlükəsizliyindən ehtiyat edərək Kufəyə getməyi və üsyançılardan gələn təhlükəni zərərsizləşdirməsi üçün xəlifəyə yalvarmağa başlayırlar. Əli razılaşır və ümumi sayı elmi mübahisələrə səbəb olan bir ordu ilə şəhərə daxil olur.

Xaricilərlə qarşılaşan Əli onlardan cinayəti törədən qatillərin təhvil verilməsini və onun şərtləri ilə sülhün qəbul edilməsini tələb edir. O, itaət olunacağı təqdirdə onları təqib etməyib Suriyaya gedəcəyini bəyan edir. Xaricilər meydan oxuyaraq bəyan edirlər ki, Əlinin tərəfdralarının qətlində cinayət görmürlər, çünki onların sıralarında bu hərəkət qanuni idi. Bundan əlavə, onlar xəlifənin öz xəlifə vəzifəsini qanuni olaraq tutduğuna bir vaxtlar şübhələndiyi üçün bunun əksinə əməli olaraq əmin olduqlarını bildirirdilər. Qısa bir münaqişədən sonra üsyançı liderlər öz ordularına imanları və Cənnətdə Allahla görüşmək üçün ölümə hazırlaşmağı əmr etdilər. Hər iki tərəfdə qoşunlar düzülmüşdü. Əli onun tərəfinə keçən və ya silahını yerə qoymuş hər kəsi rəsmən bağışlamağa hazır olduğunu bildirir və mərhəmət bayrağı ilə birlikdə Xaricilərə bir dəstə göndərir. 1200-ə yaxın adam onun təklifini qəbul edir, bəziləri Əlinin ordusuna qoşulur, bəziləri əl-Kufəyə qayıdır, bəziləri dağlara şəkilir. Üsyançıların tərəfində yalnız 2800 döyüşçü qalır.

Xaricilərin əksəriyyəti piyadalardan ibarət idi, Əlinin ordusu isə piyada, süvari və oxçulardan təşkil olunmuşdu. Xəlifə öz süvarilərini piyada qoşunların önünə qoyur. Əli öz ordusuna düşmənin çaydan keçməsini gözləməyi əmr edir. Hicr ibn Ədi sağ cinahı, Şəbəsə ibn Ribi ət-Təmimi isə sol cinahı idarə edir. Süvarilərə Əbu Əyyub əl-Ənsari, piyadalara isə Əbu Qatada əl-Ənsari başçılıq edirdi. Üsyançılar Əlinin qüvvələrinə qəzəblə hücum edərək süvari xəttini poza bilir və effektiv şəkildə onu iki hissəyə bölürlər. Lakin sonra oxatanlar onlara oxlar yağdırır. Bundan sonra piyada döyüşə girərək qılınc və nizə ilə düşmənə hücum edir və süvarilər yenidən toplanaraq düşmənin arxasına zərbələr endirir. Xaricilər əlinin ordusuna sayda çox uduzurdular, ona görə də tez mühasirəyə alındılar, əzildilər və öldürüldülər. Döyüşdə 2400 nəfər onların xarici öldürüldü, qalan 400 nəfər yaralandı və ya əsir götürüldü. Döyüş başa çatdıqdan sonra onlar ailələrinin yanına göndərildi. Xəlifənin döyüşçüləri ölülərin silahlarını və atlarını götürür, qulları və qab-qacaqları qanuni varislərinə təhvil verirdilər. Müxtəlif ərəb mənbələrinə görə, Əlinin tərəfində 7-dən 12-yə qədər insan şəhid olmuşdur.

Əli döyüşün sonuna qədər xaricilərə həqiqi müsəlman kimi yanaşır, xüsusən də yaralananları döyməyi, qaçanları qovmağı qadağan edirdi. Amma eyni zamanda, əs-Səllabinin fikrincə, Əlinin bu döyüşə münasibəti əvvəlkilərdən heyrətamiz şəkildə fərqlənirdi. Cəməl döyüşündən sonra ağlayıb, Siffeyn döyüşündən sonra isə ölülər üçün səmimi qəlbdən yas tutmuşdusa, Nəhrəvan döyüşündən sonra “Allaha şükür əlaməti olaraq səcdə etmişdir”.

Döyüş sonrası

[redaktə | mənbəni redaktə et]

Sünnilər və şiələr iddia edirlər ki, qələbə doğru olduğu kimi, Müslim ibn əl-Həccacın hədisində Məhəmmədin peyğəmbərliyini yerinə yetirməsi səbəbindən Əlinin tərəfində olub: “Müsəlman bir dəstədan üsyankar bir qrup çıxacaq və haqqa daha yaxın olan o dəstə onu öldürəcək” . Əslində bu qələbə Əli üçün nəinki həlledici ola bilərdi, həm də onun təsirini gücləndirməyə kömək edəcəkdi. Ancaq qələbə onu daha da sarsıdır. Əlinin təsiri ilə mübarizədən sonra “Quran oxuyanlar” simasında güclü və barışmaz müxalifət ortaya çıxır. Nəticədə xəlifənin hakimiyyətindən narazı olan çoxlu insanlar toplanır. Məhz onların arxasında “Xaricilər” adı güclənir ki, bu da əvvəlcə xəlifəni tərk edən hər hansı bir döyüşçü mənasını verirdi, baxmayaraq ki, vaxtaşırı gələcəkdə ilkin mənasında işlədilirdi. Döyüşdən sonra Əli dərhal Suriyaya köçmək niyyətində idi, lakin ordunun əksəriyyəti yorğun olduqları üçün kampaniyanı tərk edir. Onlar xəlifədən güclərinin bərpası üçün üçün bir müddət istəmişdilər ki, sonralar yenə də Müaviyəyə qarşı yürüşə çıxsınlar. Əli razılaşır və bu dəfə döyüşçülərə ailələrini ziyarət etməyə icazə verərək şəhərdən kənar Nuheyləyə köçür. Lakin zaman keçdikcə onun döyüşçüləri bu hərəkata daha az bir həvəsli olmağa başlayırlar və tezliklə düşərgə demək olar ki, boşalır. Əli planlarından əl çəkməli olur. Onun keçmiş müttəfiqlərinin və dindar müsəlmanların qətliamı Əlinin vahid icmanın xəlifəsi kimi mövqeyini sarsıdır. Nəhayət Əli 661-ci ildə bir xarici Əbdürrəhman ibn Mülcəm tərəfindən öldürülür.

Xaricilərin əsas qüvvələri məğlub olsa da, onların faktiki üsyanı daha bir neçə il davam edir və döyüş yalnız onlarla müsəlman icmasının qalan hissəsi arasında uçurumu gücləndirir. Bir çox üsyançılar şəhərlərdə yaşamaqdan imtina edərək, həm Əlinin, həm oğlunun, həm də qısa müddətli varisi Həsənin dövründə, həm də Müaviyənin (661-680) hakimiyyəti illərində çoxsaylı quldur hücumları edərək yaşayış məntəqələrini talanlar həyata keçirdilər. İkinci Fitnə zamanı onlar Ərəbistan və İranın çox hissəsini nəzarətdə saxladılar, lakin sonralar nəhayət İraq valisi Həccac ibn Yusif tərəfindən tabe edildilər. Yalnız X əsrdə Abbasilər nəhayət ki, “xarici təhlükəsi”nin öhdəsindən gələ bildilər.

  1. "Nəhrəvan döyüşü." Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc.
  2. Hinds Martin. The Siffin Arbitration Agreement // Journal of Semitic Studies. — Oxf.: Oxford University Press, 1972. — Vol. 17, no. 1. — P. 93—129. — ISSN 1477-8556. — doi:10.1093/jss/17.1.93
  3. "Nehrevan Savaşı ve Hz. Ali (r.a)'ın Şehit Edilmesi (658)". 2023-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-05.