Nəriman Allahverdiyev (tam adı: Nəriman Əmir oğlu Allahverdiyev; 11 oktyabr 1939, Narışlar, Laçın rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Nəriman Allahverdiyev | |
---|---|
Nəriman Əmir oğlu Allahverdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Narışlar, Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Əmir |
Anası | Bilqeyis |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Bənna |
11 oktyabr 1939-cu ildə Laçın rayonunun Narışlar kəndində anadan olmuşdur. Ailədə olan 5 uşaqdan ən kiçiyi olmuşdur.[2] Atası Əmir Böyük Vətən Müharibəsində həlak olduğu üçün anası Bilqeyis uşaqları özü böyütmüşdür. Sonradan ailə Ağdam rayonunun Şahbulaq kəndinə köçmüş, Nəriman isə qardaşı ilə Bakıya təhsil almağa gəlmişdir. Burada o, Dərnəgül peşə məktəbinə sənəd verərək qəbul olmuş, məktəbi bitirərək bənnalıq sənətinə yiyələnmişdir. Bir çox tikinti obyektlərinin, o cümlədən də Respublika Sarayının tikintisində iştirak etmişdir.
1972-ci ildə ailə qurmuş, ailə həyatından 6 övladı yadigar qalmışdır.
1990-cı il 19 yanvardan 20 yanvara keçən gecə Qırmızı Ordunun Bakıya hücumu və təcavüzü zamanı qətlə yetirilmişdir.
Şəhidlər Xiyabanında dəfn edilmişdir.