Nəsir Əhmədli

Nəsir Əhmədli (1 iyul 1942, Alakol, Tovuz rayonu7 iyun 2022[1], Bakı) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü.[2]

Nəsir Əhmədli
Doğum tarixi 1 iyul 1942(1942-07-01)
Doğum yeri
Vəfat tarixi 7 iyun 2022(2022-06-07)[1] (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti jurnalist, universitet müəllimi[d]
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2010
3-cü dərəcəli "Əmək" ordeni — 2018"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı — 2019

Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir. 8 iyun 2022-ci ildə anadan olduğu Tovuz rayonunun Alakol kəndində dəfn olunmuşdur[3].

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışır. Tədris etdiyi fənlər: "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində". 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. 10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlamış, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlamışdır.

"Media açarı-2006"-ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülmüşdür.

Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin , Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvüdür.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]
  • Jurnalistin nitq mədəniyyəti
  • KİV xaricə siyasi informasiya yayımı sistemində
  • Beynəlxalq radio yayımı
  • Televiziya jurnalistikası
  • Beynəlxalq jurnalistika və s.
  • 2006 – "Media açarı"
  • 2009 – Təhsil Nazirliyinin Fəxri fərmanı
  • 2010 – "Cəsarətli qələm"
  • 2010 – Əməkdar jurnalist[4]
  • 2011 – BDU-nun Fəxri fərmanı
  • 2012 — BDU-nun Fəxri fərmanı
  • 2012 – I dərəcəli Ali Media Mükafatı
  • 2014 — Mətbuat Şurasının diplomu
  • 2016 – Mirzə Cəlil Ali Media Mükafatı
  • 2017 – BDU-nun Fəxri fərmanı
  • 2019 — III dərəcəli "Əmək" ordeni[5]
  • "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı
  • Səsimiz, sorağımız (Xarici publisitikada Azərbaycan mövzusu). Bakı: Azərnəşr, 1988, 135 s.
  • Səslər içində (Azərbaycan radiosu ellərarası efirdə). Bakı: "İşıq", 1990, 112 s.
  • Jurnalistin vizual nitq mədəniyyəti.Bakı: "Yeni nəsil", 2002, 120 s.
  • Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə (rusca). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2003, 220 s.
  • Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2004, s.
  • Средства массовой информации в системе внешнеполитической информации. Баку: изд-во "Bakı Universiteti", 2004, с.
  • Jurnalistin nitq mədəniyyəti. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2005.
  • Korifeylərin portretləri. Bakı: "Nurlan", 2008, 280 s.
  • Ürəkdə bəslənən sevdaya şükür (şeirlər). Bakı, MBM, 2008,176 s.
  • "Jurnalistika" ixtisası üzrə buraxılış işinin yazılması, tərtibi və müdafiəsi. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2010, 24 s.
  • Con Milton və onun "Areopagitika" əsəri.Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2011, 120 s.
  • Jurnalistin nitq mədəniyyətinin əsasları. Bakı: "Elm və təhsil", 2014, 280 s.
  • M.Y.Lermontov 200. 26 yaşlı şairdən 26 şeir / Nəsir Əhmədlinin tərcüməsində. Bakı: Mütərcim, 2014, 100 s.
  • Azərbaycan Beynəlxalq Radiosu: tarix və müasirlik. Bakı: "Nural-nəşr", 2020, 45 s.
  • Sən oldun (Seçilmiş şeirlər və tərümələr). Bakı: ADNSU-nun mətbəəsi, 2021, 100 s.
  1. 1 2 Əməkdar jurnalist Nəsir Əhmədli vəfat etdi. Oxu.az, 2022.
  2. Əsgər İsmayılov. Nəzmin, nəsrin "itirdiyi" Nəsir Əhməd // Bütöv Azərbaycan (qəzet). № 21 (448). 10.06.2022. S. 4.
  3. APA TV. "Nəsir Əhmədli doğma kəndində torpağa tapşırıldı" (az.). Youtube.com. 08.06.2022. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  4. "Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.
  5. Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]