Nəsrəddin Yunis oğlu Əliyev (21 oktyabr 1951, Qasım İsmayılov – 14 sentyabr 1991, Goranboy rayonu) — Qarabağ müharibəsi şəhidi.
Nəsrəddin Yunis oğlu Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qasım İsmayılov rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəhid |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan |
Hərbi hissə | Todan Milis bölməsi |
Xidmət illəri | 1991 |
Rütbəsi | kapitan |
Döyüşlər | Todan, Erkəc, Mənəşli, Buzluq |
Təltifləri | Qırmızı Ulduz ordeni |
Nəsrəddin Əliyev 21 oktyabr 1951-ci ildə Goranboy şəhərində anadan olmuşdur. 1968-ci ildə Goranboy şəhər 1 saylı orta məktəbi bitirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Goranboy rayon Milis Mühafizə bölməsində xidmət etmişdir. 1974-cü ildə Bakı Milis Məktəbinə daxil olaraq 1977-ci ildə həmin məktəbi yüksək nəticələrlə bitirərək hüquqşünaslıq ixtisasına yiyələnmişdir. Müxtəlif illərdə Goranboy Milis şöbəsində əməliyyatçı və sahə müvəkkili vəzifələrində çalışmışdır. 1991-ci ildə Goranboy rayon Todan kəndində Milis bölməsi yaradılandan sonra Nəsrəddin Əliyev kapitan rütbəsi ilə həmin bölmənin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir.
1991-ci ildə erməni hərbi birləşmələri aramsız olaraq Todan, Erkəc, Mənəşli və Buzluq kəndlərini atəşə tuturdu. Nəsrəddin Əliyev və bölmənin digər əməkdaşları həmin kəndlərin müdafiəsində yüngül silahlarla, az bir qüvvə ilə döyüşürdülər. 02 sentyabr 1991-ci ildə Erkəc kəndinə erməni hərbi qüvvələrinin hücumunun dəf olunmasında, yaralıların döyüş meydanından çıxarılmasında Nəsrəddin Əliyevin çox böyük şücaəti olmuşdur.
14 sentyabr 1991-ci il tarixdə Buzluq kəndi uğrunda gedən döyüşlərdə Nəsrəddin Əliyev Todan milis bölməsinin daha 3 əməkdaşı – bölmə rəisi mayor Fərəcov Ənvər Səyyad oğlu, mayor Hümbətov Rizvan Məşədi oğlu, kapitan Kamandarov Mövsüm Qasım oğlu ilə bərabər qəhrəmancasına şəhid olmuşdur.
Ailəli idi. 3 qızı, 1 oğlu yadigar qalıb. Qardaşı Əliyev Ziyafəddin Yunis oğlu da 1992-ci ilin iyun ayında Ağcakənd uğrunda gedən döyüşlərdə şəhid olub.
19 dekabr 1991-ci ildə Nəsrəddin Əliyev ölümündən sonra Qırmızı Ulduz ordeni ilə təltif olunub. Goranboy şəhərindəki küçələrdən birinə Nəsrəddin Əliyevin adı verilib.