Ənvər Fərəcov (28 iyun 1952, Sarov, Qasım İsmayılov rayonu – 11 sentyabr 1991, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Ənvər Fərəcov | |
---|---|
Ənvər Səyyad oğlu Fərəcov | |
Doğum tarixi | 28 iyun 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 11 sentyabr 1991 (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Mükafatları |
Ənvər Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanikləşdirmə fakültəsini bitirir və Goranboy rayonunun "Azərbaycan" kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayır. 1981-ci ildə həyatını daxili işlər orqanları ilə bağlayır.[1] 1990-cı ildə Özbəkistan Ali Milis Məktəbini bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir.
18 avqust 1991-ci il. Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. 14 sentyabr 1991-ci il…Yağı düşmən böyük qüvvə ilə Goranboy rayonunun Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Bu, Ənvər Fərəcovun son döyüşü idi. O, bu döyüşdə Todam milis bölməsinin daha 3 əməkdaşı — mayor Hümbətov Rizvan Məşədi oğlu, kapitan Əliyev Nəsrəddin Yunis oğlu, kapitan Kamandarov Mövsüm Qasım oğlu ilə bərabər qəhrəmancasına şəhid oldu. Goranboy rayonunun Sarov kəndində dəfn edilib, şəhərdə büstü qoyulub.
Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülmüşdür.
Goranboy rayonunda dəfn edilmişdir.
Goranboy rayonunda büstü qoyulmuşdur.
Haqqında Zamin Məmmədov "Vətənə dönənim" adlı film çəkmişdir. Film 2016-cı ildə Nizami Kino Mərkəzində nümayiş olunmuşdur.[2]