Məmnun Hüseyn (23 dekabr 1940[1], Aqra, Britaniya Hindistanı – 14 iyul 2021[2], Kəraçi[2]) — Pakistanın 12-ci prezidenti.
Məmnun Hüseyn | |
---|---|
urdu ممنون حُسین | |
2013 – 9 sentyabr 2019 | |
Sonrakı | Arif Alvi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 dekabr 1940[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 2021[2] (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi[3] |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, sahibkar |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Məmnun Hüseyn 1940-cı ildə 23 dekabrda Hindistanda anadan olub.
Məmnun Hüseynin hakim Pakistan Müsəlman Liqasının Nəvaz Şərif fraksiyasından namizədliyi verilmişdir. Məmnun Hüseyn iş adamı, Sind əyalətinin sabiq qubernatoru idi.
Məmnun Hüseynin namizədliyini parlamentin aşağı və yuxarı palatalarının deputatları, həmçinin bütün əyalətlərin parlamentləri dəstəkləyib.
Məmnun Hüseynin andiçmə mərasimi 2013-cü il sentyabrın 9-na təyin edilib. Məmnun Hüseyndən əvvəlki prezident Asif Əli Zərdarinin səlahiyyət müddəti sentyabrın 5-də baş çatmışdır.
2013-cü il iyulun 30-da Pakistanın 12-ci prezidentini seçilib[4].
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |