Şahid Xaqan Abbasi

Şahid Xaqan Abbasi (urdu شاہد خاقان عباسی; d. 27 dekabr 1958-ci il) 2017-ci ilin avqust ayından etibarən Pakistan İslam Respublikasının Baş naziri, pakistanlı siyasətçi.[1] Pakistan Müsəlman Liqasının üzvü, 2008-ci ildən etibarən Pakistan Milli Assambleyasının üzvüdür.

Şahid Xaqan Abbasi
ing. Shahid Khaqan Abbasi
 – və ya:
PrezidentMəmnun Hüseyn
ƏvvəlkiNəvaz Şərif
SonrakıNəsirul Mülk
Şəxsi məlumatlar
Doğum tarixi (65 yaş)
Doğum yeri Kəraçi, Sind əyaləti, Pakistan
Milliyyəti Pakistan Pakistan
Partiya Pakistan Müsəlman Liqası
Təhsili
Fəaliyyəti siyasətçi, mühəndis, iş adamı
Atası Xaqan Abbasi
Dini İslam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abbasi öz siyasi karyerasına 1988-ci ildə başlamış və ard-arda altı dəfə Milli Assambleyaya üzv seçilmişdir. Pakistan Müsəlman Liqası 1997-ci ildə baş tutmuş seçkilərdə qalib gəldikdən sonra Pakistan Beynəlxalq Hava Yollarının sədri vəzifəsinə təyin olunmuş və 1999-cu ildə dövlət çevrilişi baş verənə qədər bu vəzifəni icra etmişdir. 2008-ci ildəki seçkilərdən sonra koalisiya hökumətinin tərkibində Kommersiya naziri vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildəki seçkilər nəticəsində isə Neft və Təbii Resurslar naziri təyin olunmuş və 2017-ci ilin iyul ayında Nəvaz Şərif istefaya göndərilənə qədər bu vəzifəni icra etmişdir. 1 avqust 2017-ci il tarixində istefaya göndərilmiş Nəvaz Şərifin əvəzinə Baş nazir təyin olunmuşdur.[2][3]

İlk illəri və təhsili

[redaktə | mənbəni redaktə et]

1958-ci ildə Pakistanın Sind əyalətində yerləşən Kəraçi şəhərində Xaqan Abbasinin ailəsində anadan olmuşdur.[4][5][6] Orta təhsilini Lourens Kollecində almışdır.[7]

1978-ci ildə ABŞ-nin Los-Anceles Kaliforniya Universitetində elektrik mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almışdır.[8] Bunun ardınca elektrik mühəndisi kimi peşəkar karyerasına başlamışdır. 1985-ci ildə Corc Vaşinqton Universitetində isə yenə də elektrik mühəndisliyi ixtisası üzrə magistr təhsili almışdır.[9]

Ali təhsilini başa çatdırdıqdan sonra ABŞ-da ardınca isə neft və qaz sənayesində enerji layihələri üzrə Səudiyyə Ərəbistanında işləmişdir.[1]

Ailəsi və şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Abbasi evlidir və üç oğlu var. Onun atası Xaqan Abbasi Pakistan Hərbi Hava Qüvvələrində aviasiya komandiri vəzifəsində xidmət etmişdir. Bacısı Sədiə Abbasi Pakistan Senatının üzvüdür. Qayınatası general Məhəmməd Riaz Abbasi 1977-ci ildən 1979-cu ilə qədər ölkənin Şöbələrarası Kəşfiyyat Xidmətinin rəisi olmuşdur.

Abbasi aviasiyaya olan marağı ilə tanınır.[10] O, Pakistan HHQ-nin tərkibində əməliyyatda iştirak edən, F-16 döyüş təyyarəsini və T-129 helikopterini idarə edən ilk Pakistan Baş naziridir.[11][12] Müsahibələrinin birində 40 ildən çoxdur pilot olduğunu açıqlamışdır.[13]

  1. 1 2 Kartikeya Ramanathan and Rezaul H Laskar. "Who are Shehbaz Sharif and Khaqan Abbasi, PLM-N's replacements for Nawaz Sharif as Pakistan PM". Hindustan Times (ingilis). 29 iyul 2017. 12 noyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2017.
  2. "Pakistan: Supreme Court hears Panama leaks case". Al Jazeera. 1 noyabr 2016. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
  3. "Maryam Safdar named in Panama Papers as beneficiary". Al Jazeera. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
  4. "Detail Information". www.pildat.org. The Pakistan Institute of Legislative Development and Transparency. Archived from the original on 19 aprel 2014. İstifadə tarixi: 12 noyabr 2017.
  5. M Bilal Baseer Abbasi. "Murree People welcome Shahid Khaqan Abbasi nomination as interim Premier – The Frontier Post". The Frontier Post. 30 iyul 2017. 30 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2017.
  6. Zubair Qureshi. "It's party time for Murree residents as PM nominated from their constituency – PakObserver". PakObserver. 31 iyul 2017. 31 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
  7. "PML-N, allies likely to take PM slot with huge support". Pakistan Today. 31 iyul 2017. 31 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
  8. "All you need to know about the next interim PM–Shahid Khaqan Abbasi". Samaa TV. 29 iyul 2017. Archived from the original on 31 iyul 2017. İstifadə tarixi: 12 noyabr 2017.
  9. "Profiles: Shahbaz Sharif and Shahid Khaqan Abbasi". DAWN (ingilis). 29 iyul 2017. 29 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
  10. Zahra-malik, Mehreen. "Pakistan's Interim Leader Says He's No 'Bench Warmer'". The New York Times. 1 avqust 2017. 1 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
  11. "Shahid Khaqan Abbasi Becomes First Pakistani PM To Fly In F-16 Fighter Jet". NDTV. 10 sentyabr 2017. 9 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
  12. "Shahid Khaqan Abbasi becomes Pakistan's first PM to fly military helicopter". DAWN. 23 oktyabr 2017. 23 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
  13. "Did you know? PM Abbasi used to be a total daredevil". Dawn Images. 21 sentyabr 2017. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.