Nəzakət Ağazadə

Nəzakət Həsən qızı Ağazadə (13 fevral 1910, Yelizavetpol10 aprel 1979, Bakı)— dilçi alim, filologiya elmlər doktoru, professor, Həsən bəy Ağayevin qızı [1]

Nəzakət Ağazadə
Nəzakət Həsən qızı Ağazadə
Doğum tarixi
Doğum yeri Gəncə, Yelizavetpol quberniyası
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Əliheydər Orucov
Atası Həsən bəy Ağayev
Anası Xədicə Ağayeva
Elm sahəsi filologiya
Elmi dərəcəsi professor
İş yerləri Azərbaycan Dövlət Xarici Dillər İnstitutu kafedra müdiri (1942-1961), Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun prorektoru (1966-1968)
Təhsili Moskva Xarici Dillər İnstitutu

Nəzakət Ağazadə 13 fevral 1910-cu ildə Gəncə şəhərində Həsən bəy Ağayevlə Xədicə xanım Ağayevanın ailəsində dünyaya gəlmişdir. O, ailəsnin 3-cü qız övladı idi. 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olan Nəzakət xanımı 1932-də “Müsavat Parlamanı başçısının qızı” olduğu üçün 2-ci kursdan çıxarmışdılar. Daha sonra Moskva Xarici Dillər İnstitutunun alman dili fakültəsini bitirmişdi. 1948-də Moskvada namizədlik, 1966-da Bakıda doktorluq dissertasiyası müdafiə etmiş, professor adını almışdır. [2]

"Azərnəşr"də tanış olduğu Əliheydər Orucovla evlənən Nəzakət xanımın 1942-ci ildə Elxan adlı bir oğlu dünyaya gəlmişdir. Onun həyat yoldaşı da özü kimi professor, EA-nın müxbir üzvü, görkəmli Azərbaycan dilçilərindən biri olmuşdur.

Nəzakət xanım uzun illər Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1966-cı ildən 1968-ci ilə qədər isə Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun prorektoru olmuşdur. Alimin araşdırmaları əsasən azərbaycan və alman dillərinin müqayisəli öyrənilməsinə aiddir. Bunda başqa onun Azərbaycan məktəbləri üçün alman dili dərslikləri yaradılmasında böyük xidmətləri olmuşdur.

Nəzakət Ağazadə 1979-cu ildə səfərdə olarkən vəfat edib. Sonradan onun tabutu Bakıya gətirilib.

  1. Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.
  2. Hüseynov, Rafael. Millətin zərrəsi. Bakı: Azərbaycan nəşriyyatı. 2001.