Orucov Əliheydər Əliabbas oğlu (25 noyabr 1905 və ya 1905[1], Quba – 26 oktyabr 1988, Bakı) — filologiya elmləri doktoru, professor (1966). Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1968), Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Terminologiya Komitəsi sədrinin müavini işləmişdir.[2]
Əliheydər Orucov | |
---|---|
Əliheydər Əliabbas oğlu Orucov | |
Doğum tarixi | 25 noyabr 1905 və ya 1905[1] |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 1988 |
Vəfat yeri | |
Həyat yoldaşı | |
İş yerləri | «Gənc İşçi» qəzetinin məsul katibi, 1926-1931-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatının Gənclər ədəbiyyatı şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyəti yanında Terminologiya Komitəsinin sədr müavini |
Təhsili | |
Üzvlüyü |
Orucov Əliheydər Əliabbas oğlu noyabrın 25-i 1905-ci ildə Quba şəhərində anadan olmuşdur. İlk təhsilini Quba şəhərində alan Ə.Orucov, 1922-ci ildə Bakı şəhərinə gəlmiş və burada əmək fəaliyyətinə başlamışdır. 1923-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış, 1926-cı ildə oranı bitirmişdir. Həmin dövrdə o, "Gənc İşçi" qəzetində məsul katib vəzifəsində çalışmışdır.[3] Görkəmli alim 1931-1933-cü illərdə Moskva şəhərində Redaksiya-Nəşriyyat İnstitutunda təhsil almışdır. Ə.Orucov 1940-cı ildə ekstern olaraq S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
Ə.Orucov 1947-ci ildə «İlk Azərbaycan qəzeti «Əkinçi»nin dili» mövzusunda namizədlik, 1962-ci ildə “Azərbaycan dilinin izahlı lüğətinin nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1966-ci ildə professor elmi adını almış, 1968-cil ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
O, ictimai siyasi xadim, Azərbaycan Demokratik Respublikası parlamentinin sədr müavini Həsən bəy Ağayevin kiçik qızı Nəzakət xanım Ağayeva ailə həyatı qurmuş, cütlüyün bu evlilikdən 1942-ci ildə Elxan adlı övladları dünyaya gəlmişdir.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil aldığı illərdə Əliheydər Orucov «Gənc İşçi» qəzetinin məsul katibi, 1926-1931-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatının Gənclər ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
1940-cı ildən sonrakı dövrü Ə.Orucovun elmi-əməli fəaliyyətinin lüğətçilik dövrü adlandır olar. lüğətçilik fəaliyyətinə Ruhulla Axundovun rəhbərliyi ilə başlamış, sonra isə görkəmli akademik Heydər Hüseynovun bilavasitə başçılığı altında işlərini davam etdirmişdir. O, 1940-cı ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Lüğətçilik İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1942-ci ildə isə baş elmi işçi vəzifəsinə yüksəlmişdir. 1944-cü ildən başlayaraq lüğətlər şöbəsinin müdiri vəzifəsində işləmişdir.
O, 1940-1946-cı illərdə Heydər Hüseynov və Yusif Mirbabayevlə birlikdə dördcildlik "Rusca-azərbaycanca lüğət"in tərtibçilərindən biri olmuşdur. Həmin lüğətə görə Ə.Orucov akademik H.Hüseynov və tanınmış filoloq Y.Mirbabayevlə birlikdə 1948-ci ildə Dövlət mükafatına layiq görülmüşdür.
Mükəmməl lüğət sayılan dördcildlik "Rusca-azərbaycanca lüğət" öz dövründə elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.
Ə.Orucov, "Azərbaycan dilinin izahlı lüğəti"nin A-Q hərflərini əhatə edən I cildinin tərtibi üzərində 14 il işləmişdir. Gərgin və uzun elmi tədqiqat nəticəsində yaranmış "Azərbaycan dilinin izahlı lüğəti" lüğətçilərin və leksikoqrafların fikrincə, türkdilli xalqların izahlı lüğətlərinin yaranması yolunda atılan ilk addım və gözəl bir nümunədir.
Əliheydər Orucov 27 oktyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.
Ə.Orucov müxtəlif vaxtlarda medal və fəxri fərmanlarla təltif olunmuşdur.
Ə.Orucov görkəmli lüğətçilər Soltanməcid Qənizadə, Ruhulla Axundov, Heydər Hüseynov, Yusif Mirbabayev və başqa alimlərin yolunu və ənənələrini şərəflə davam etdirmiş və öz davamçılarını da yetişdirmişdir. Onun rəhbərliyi altında Nərgiz Rəhimzadə, Zərrintac Tağıyeva, Müzahirə Paşayeva, Gəray Yusifov, Şərqiyə Paşayeva, Nigar Xəlifəzadə, Nadir Məmmədli və digər lüğətçi mütəxəssislər yetişmişdir.