NUO

Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir.

Üzən naməlum obyektlər

[redaktə | mənbəni redaktə et]

Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur.

Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir:

"Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur. Yaxın zamanlarda bölgədə, təyyarə olmadıqları müəyyənləşdirilən hava cisimləri və dənizaltı gəmi olmadığı müəyyənləşdirilən cisimlər müşahidə olunmuşdur."

NÜO müşahidələrinin keçmişi çox əvvəldən – 1800-cü illərə qədər uzanır. 1800-cü illərin ortalarında tez-tez görülməyə başlayan NÜO-lar, 1845-ci ildə Türkiyədə Antalyada, 1875-ci ildə Meksikada, 1879–1890-cı illərdə Basra körfəzindəÇin dənizində ortaya çıxıblar. XX yüzillikdə NUO müşahidələrinə dair məlumatların artmasıyla birikdə, dənizlərdəki bu qeyri–adi cisimlərə dair müşahidələr də artmışdır.

30 iyun 1967-ci ildə bir Argentina gəmisi olan Navieroda olan bir qrup insan, dənizdə silindr şəklində bir cismin üzdüyünü görürlər. Təxminən 33 metr uzunluğundakı bu cisim mavi-ağ işıq saçırdı. Cismin heç bir səs çıxartmaması və suda sürətlə hərəkət etməsinə baxmayaraq dalğa yaratmaması müşahidəçiləri çox təəccübləndirmişdi. İnsanlar əsrarəngiz dəniz cismini seyr edərkən, cisim birdən-birə yönünü Navieroya doğru çevirmiş, sürətlənərək gəmiylə toqquşmasına tamamilə cüzi məsafə qaldıqda suya baş vurub gözdən itmişdi.

1972-ci ilin avqust, sentyabr, oktyabr ayları ərzində Karib Dənizindəki adalardan tez-tez NUO və NÜO müşahidə raportları gəlmişdir. 1974-cü ildə tez-tez təkrarlanan bu müşahidələr, bizə Veneseullada bir sualtı NÜO-nun idarə edildiyi bir mərkəz olduğunu düşünməyə əsas verir. 26 iyul 1980-ci ildə, Braziliya gəmisi "Caioba-Seahorse" ilə səyahət edən dənizçilər, suda üzən, təxminən 10 metr diametrdə yuvarlaq, boz rəngli bir cisim gördülər. Elə bu halda üfüqdə parlaq bir işıq əmələ gəldi və gəmiyə doğru yaxınlaşmağa başladı. İşıq gəminin yanındakı boz rəngli cismə yaxınlaşarkən gəmidəki bütün texnikada problemlər əmələ gəldi. Boz cisim yaşıl, qırmızı, mavi və sarı ışıqlarla aydın sezilirdi. Yaxınlaşdıqca çox parlaq, disk şəklində bir cisim olduğu görünən bu işıq, dənizin altına baş vuraraq metalik NÜO-ya doğru yönəldi və onunla birləşdi. Bundan sonra bu iki cisim birlikdə su üzərinə çıxdılar və bir müddət burada durdular və bunu ardınca da böyük bir sürətlə göy üzünə yüksələrək gözdən itdilər.

NÜO-lar sadəcə okeandamı görülməkdədir? Xeyr, çaylarda, hətta göllərdə müşahidə edilən bu tip əsrarəngiz cisimlərə aid məlumatlar vardır. 30 aprel 1976-cı ildə nəməlum bir cisim İsveçdəki donmuş Silijan çayının buzlarını böyük bir güclə qıraraq su üzərinə çıxmışdır. Buzun qalınlığının 20 sm olmasına baxmayaraq, şahidlər cismin ancaq 9 metr uzunluğunda olduğunu bildiriblər. Bəhs edilən NÜO suyun dibindən gəlmiş; buzlaşmış sahəyə doğru təxminən 100 km/saat sürətlə yaxınlaşaraq 800 metr uzunluğunda və 4 metr genişliyində bir kanal açmışdır. Bu cisim sonra heç bir zədə almadan göy üzünə qalxmış və gözdən itmişdir.

Yadplanetlilər onları öyrənən alimləri öldürür?

[redaktə | mənbəni redaktə et]

Yadplanetlilər sahəsində araşdırma ilə məşğul olan alimlər müəmmalı şəkildə dünyalarını dəyişirlər[1].

İlk belə hal 1986-cı ildə baş verib. Uçan naməlum obyektlərin araşdırılması ilə məşğul olan professor Arşad Şarif müəmmalı şəkildə "intihar" edib. Lakin onun intihar etmək üçün yaşadığı yerdən 100 kilometr uzağa getməsinin səbəblərini heç kim müəyyənləşdirə bilməyib. Bundan cəmi bir neçə gün sonra Londonda eyni işlə məşğul olan daha bir professor — Vimal Dazibay da təxminən 100 kilometr məsafə qət edərək, özünü körpüdən atıb[1].

Araşdırmalar göstərib ki, bu müəmmalı ölümlər yeganə deyil. UNO sahəsində araşdırma aparan bir çox alimlərin taleyinə nəzər saldıqda həqiqətən təəccüblənməmək olmur:

  • 1987-ci ilin yanvarında Avtar Sinq-Qida itkin düşüb və sonda onun öldüyü elan edilib.
  • 1987-ci ilin fevralında Piter Pippel özünə məxsus qarajda avtomobilin içərisində dünyasını dəyişib.
  • 1987-ci ilin martında Devid Sends avtomobilini yüksək sürətlə kafe binasına çırparaq, "intihar edib".
  • 1987-ci ilin aprelində Mark Vizer özünü asıb.
  • 1987-ci ilin aprelində Styuart Qudinq qətlə yetirilib.
  • 1987-ci ilin aprelində Devid Qrinhalq körpüdən yıxılaraq ölüb.
  • 1987-ci ilin aprelində Şani Uoren suda boğularaq ölüb.
  • 1987-ci ilin mayında Maykl Beyker yol qəzasında dünyasını dəyişib[1].

Ümumilikdə UNO sahəsində araşdırma aparan və müəmmalı şəkildə dünyasını dəyişən alimlərin sayı 23-dür. Görəsən bu həqiqətən təsadüfdürmü?[1][2]

Əkin tarlalarındakı geniş ərazilərdə UNOlar bircə gecə içində böyük geometrik modellər və ya şəkillər yaradırlar. Onların ölçüləri 5–220 metr arasında dəyişir. Hətta ən böyüyünün uzunluğu 280-ə metrə çatır və 10000 kvadrat metr ərazini əhatə edir. İngiltərənin Stounhenc bölgəsi bu çevrələrin vətəni kimi tanınsa da, dünyanın demək olar ki, bir çox ölkəsində bu işarələrə rast gəlinib. Onlara əsasən, İngiltərə, Rusiya, Kanada, Almaniyada rast gəlinir.

İlk meydana gəldikləri dövrdə işarələrin sadə olmaqlarına baxmayaraq, indiki dövrdəki "əkin çevrələri" riyazi baxımdan qüsursuz qrafikləri özündə birləşdirən spirallar şəklində ortaya çıxırlar. Şəkillər zamanala geometrik, riyazi və qrafiki baxımdan mürəkkəbləşmişdir.

Əkin çevrələrinin xüsusi cəhəti odur ki, əkinlər yerə yatmış vəziyyətdədir, yerdən 1 qarış yüksəklikdədir, onlar qətiyyən qırılmamışdır və bu halda böyüməyə də davam edə bilirlər. Bu özü çevrələrin insanlar tərəfindən düzəldilmədiyinə sübut kimi göstərilir, çünki insanların düzəltdiyi çevrələrdə riyazi xətaların sayı-hesabı olmamaqla yanaşı, əkinlər də qırılmış, zədələnmiş olurlar. Bəzi çevrələrdə isə əkin bitkiləri inanılmaz nizamla hörülmüşdür.

Əkin çevrələrinin keçmişi 1670-ci illərədək uzansa da, varlıqlarına aid sübutlar son zamanlarda əldə edilməyə başlamışdır. Qeydə alınan ilk əkin çevrəsi 1966-cı ildə İngiltərənin Hertfordshire qəsəbəsi sakinləri tərəfindən görülmüşdür. 1972-ci ildə Warminister bölgəsində əvvəlcə bir UNO (Uçan naməlum obyekt) görülmüş, daha sonra buğda tarlasında əsrarəngiz şəkillər tapılmışdır. 1976-cı ildə Langenburglu Edwin Fuhr, tarlası üzərində uçan qübbə şəkilli obyektlər görmüş, elə o gecə, tarlasını araşdırarkən burada 4 əkin çevrəsi ilə rastlaşır. 3 gün ərzində o UNO-ları görmüş və çevrələrin sayı da müvafiq olaraq artmış, 7-yə çatmışdır.

1994-cü ildə Stonehengenin üzərində uçan və yerdə heç bir qeyri-adi şeyə rast gəlməmiş bir pilot təxminən 45 dəqiqə sonra eyni yerdən keçərkən Stonehengenin cənubunda olduqca geniş və geometrik baxımdan qüsursuz, qrafika baxımdan əsrarəngiz bir əkin çevrəsi ortaya çıxdığını görmüşdür. Birdən-birə ortaya çıxan 134 metrlik bu "əsər" bunun insan gücü və qabiliyyəti tərəfindən yaradılması ehtimalını olduqca zəiflətsə də, bəzi qruplar tərəfindən gecələr belə çevrələrin yaradılması cəhdinin aşkarlanması insanlarda suallar doğurur.

  1. 1 2 3 4 Yadplanetliləri öyrənən alimlərin müəmmalı sonu Arxivləşdirilib 2018-07-27 at the Wayback Machine. libre.az, 25.07.2018  (az.)
  2. "Yadplanetlilər onları öyrənən alimləri öldürür?". 2010-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]