Nağdəli Tapdıq oglu Zamanov (13 avqust 1961, Keşdək, Kəlbəcər rayonu) — Tibb üzrə fəlsəfə doktoru (1994), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2012), "Qızıl qələm" mükafatı laureatı (2012).[1]
Nağdəli Zamanov | |
---|---|
Nağdəli Tapdıq oğlu Zamanov | |
Doğum tarixi | 13 avqust 1961 (63 yaş) |
Doğum yeri | |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | Tibb üzrə fəlsəfə doktoru (1994) |
Elmi adı | dosent |
İş yeri | Azərbaycan Tibb Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Sayalı Tağıyeva |
Tanınır | terapevt-kardioloq- |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nağdəli Zamanov 13 avqust 1961-ci ildə Kəlbəcər rayonunun Keştək kəndində müəllim ailəsində anadan olmuşdur. 1967–1975-ci illərdə Keştək kənd 8-illik, 1975–1977-ci illərdə isə Kəlbəcər 1 saylı orta məktəbdə oxumuşdur.
1979-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuş, 1985-ci ildə ATİ-nin II müalicə profilaktika fakultəsini bitirmişdir.
1986–1990-cı illərdə Neftçala rayonunda terapevt işləmiş, 1990–1993-cü illərdə Pediatriya fakultəsi "Daxili xəstəliklər" kafedrasında aspirantura təhsili almışdır.
1993-cü il oktyabr ayından 2010-cu ilədək ATU-nun I Daxili xəstəliklər və reanimatologiya kafedrasının assistenti, 2010-cu ildən isə dosentidir. 2011-ci ildən Tədris Terapevtik Klinikanın III terapiya şöbəsinin müdiridir.
1994-cü ildə professor Sayalı xanım Tağıyevanın elmi rəhbərliyi ilə "Xəzər gəmiçiliyi üzgüsü heyəti arasında ürəyin işemik xəstəliyinin erkən diaqnostikası və mümkün profilaktika yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Tibb üzrə fəlsəfə doktorudur.
2004-cü ildən əməkdar elm xadimi, professor A. Ə. Axunbəylinin elmi məsləhətçiliyi ilə "Revmatoid artritli xəstələrdə ürəyin koronar xəstəliyinin erkən diaqnostikası və differensial müalicə xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
1 metodik vəsaitin, 2 monoqrafiyanın, 100-ə yaxın elmi işin müəllifidir.
Dövri mətbuatda mütəmadi olaraq elmi, bədii, publisistik məqalələri çap olunur. Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin nitq və çıxışlarını tədqiq edir.
2012-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 2012-ci ildən isə "Qızıl qələm" mükafatı laureatıdır.