Keşdək və ya Keştək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keşdək kənd inzibati ərazi dairəsində kənd.[1]
Keşdək | |
---|---|
40°04′10″ şm. e. 46°00′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Keşdək Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII əsrin sonlarında keçmiş Dərələyəz mahalından gəlmiş Türk ailələri salmışlar. Yerli əhali kəndin adını "keçid, keçid olan yer" kimi izah edir. Tədqiqatçılar isə oykonimi "elat düşərgəsi", "koc", "sıldırım eniş", "hündür yer", "cox da böyük olmayan dik" mənaları ilə bağlayırlar.[2]
Daşınbaşı yurd, Bağırxan yaylağı, Dəlihəsən yurdu, Dərəyurdu, Məsimqalası yurdu, Keçibeli yurdu, Əyriyurd, Şişqaya yurdu, Əlidaşları yurdu.
Kərbəlayı Hüseyn bulağı, Ağ bulaq, Yanıq bulaq, Sifanqayıran bulaq, Bol bulaq, Daş bulaq, Zəhravurulan bulaq, Tamaşalı bulağı, Qaraqaya bulağı, Novçalı bulaq, Məşədi Xələfdə Baş bulaq.
Ağyal, Kolludaş, İtlərqırılan yer, Qancıquçan, Alçalı yal, Gendərə, Cəfərbiçən, Yanıq, Taruçan, Misirbiçən, Çəvlik, Payız yurdu, Ənvərbiçən, Keçəltəpə, Əligötürən daş, Qırmızıqaya, Qaraqayalar, Otdaşı, Həmərsinli, Armudlu, Məşə Xələf, Ellaz ayı tutan qaya, Arıxana, Kığlıq, Tostanlar, Gülüdüzü, Bəşirin damı, Kərbəlayi Hüseyn gölü.[3]
Xamməd binəsi, Hümbətin damı binə, Məşədi Xələf binəsi.[3]