Nadejda Qlızina

Nadejda Qlızina (20 may 1988[1], Kirişi, Leninqrad vilayəti) — Rusiyanı təmsil edən su poloçusu.[2]

Nadejda Qlızina
Şəxsi məlumatlar
Tam adı Nadejda Qlızina
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi (35 yaş)
Boyu 175 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2008—2016Rusiya Rusiya

Karyerası[redaktə | mənbəni redaktə et]

Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.

Daha sonra Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.

Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nadezhda Glyzina-Fedotova // https://www.olympedia.org/athletes/114133.
  2. "Nadejda Qlızinanın tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.