Olqa Belyayeva

Olqa Belyayeva (1985[1], Volqodonsk, Rostov vilayəti) — Rusiyanı təmsil edən su poloçusu.[2]

Olqa Belyayeva
Şəxsi məlumatlar
Tam adı Olqa Belyayeva
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi (39 yaş)
Boyu 172 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2008—2016Rusiya Rusiya

Olqa Belyayeva, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.

Daha sonra Olqa Belyayeva, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.

Olqa Belyayeva, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.

  1. Olga Belyayeva // Sports-Reference.com (ing.).
  2. "Olqa Belyayevanın tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.