Yekaterina Prokofyeva (13 mart 1991, Volqodonsk, Rostov vilayəti) — Rusiyanı təmsil edən su poloçusu.[1]
Yekaterina Prokofyeva | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||
Tam adı | Yekaterina Prokofyeva | |||||||||||
Vətəndaşlığı | Rusiya | |||||||||||
Doğum tarixi | ||||||||||||
Boyu | 176 sm. | |||||||||||
Su poloçusu məlumatları | ||||||||||||
Mövqeyi | Oyunçu | |||||||||||
Karyerası | ||||||||||||
| ||||||||||||
Medallar
|
Yekaterina Prokofyeva, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
Daha sonra Yekaterina Prokofyeva, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.
Yekaterina Prokofyeva, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.