Yekaterina Lisunova

Yekaterina Lisunova (6 oktyabr 1989, Lvov) — Rusiyanı təmsil edən su poloçusu.[1]

Yekaterina Lisunova
Şəxsi məlumatlar
Tam adı Yekaterina Lisunova
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi (35 yaş)
Boyu 175 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2008—2016Rusiya Rusiya

Yekaterina Lisunova, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.

Daha sonra Yekaterina Lisunova, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.

Yekaterina Lisunova, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.

  1. "Yekaterina Lisunovanın tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.