Nadir şah Əfşarın məqbərəsi (farsca:آرامگاه نادرشاه) — Məşhəd şəhərində Nadir şah Əfşarın xatirəsi üçün ucaldılmış və Huşəng Seyhun tərəfindən dizayn edilmiş məqbərə.[3][4][5][6]
Nadir şah Əfşarın məqbərəsi | |
---|---|
farsca:آرامگاه نادرشاه | |
Ölkə | İran |
Yerləşir | Məşhəd |
Material | qranit[1] |
Saxlanıldığı yer | |
Vikianbarda əlaqəli mediafayllar |
Nadir şah Əfşar Xorasanda yaşayan və türk tayfası olan Əfşarların Qırxlı tirəsindən sıravi ailədə dünyaya gəlmiş, Səfəvi imperiyasının Əfqan işğalına məruz qaldığı zaman Səfəvi şahı II Təhmasibin xidmətinə girmiş və Təhmasibqulu xan adlandırılmışdır. Bacarıqlı fəaliyyəti nəticəsində qısa müddət ərzində əfqanları, osmanlıları və rusları mğlub edərək bütün Səfəvi torpağından qovmuşdur. Bu proses zamanı öz mövqesini gücləndirmiş, 1732-ci ildə II Təhmasibi taxtdan endirib yerinə azyaşlı oğlu III Abbası şah elan etmişdir. 1736-cı ildə isə Muğanda qurultay çağıraraq III Abbası da taxtdan salaraq, özünü şah elan edəərk 235 illik Səfəvi sülaləsi hakimiyyətinə son qoymuşdur.[7]
Nadir şah özünün Hindistana qarşı həyata keçirmiş olduğu yürüşü uğurla tamamlayıb, öz imperiya mərkəzinə böyük var-dövlətlə geri döndü. Onun Hindistandan gətirdiyi var-dövlətin siyahısına Tovuz quşu taxtı və Kuh-i Nur da daxil idi. Yerdə qalan qiymətli daş-qaşları daşımaq üçün 700 fil, 4 min dəvə və 12 min ata ehtiyyac olmuşdu. Hindistandan gətirilən qiymətli daş-qaşlar Kəlat yaxınlığında gizlədildikdən sonra Nadir özü ilə gətirmiş olduğu moğol memarlara onun üçün möhtəşəm bir məqbərə tikməyi əmr etdi. Bu məqbərə moğol üslubunda olmalı idi.[8]
Nadir şahın 1747-ci ildə sui-qəsd nəticəsində öldürülməsi nəticəsində məqbərə onun sağlığı dövründə tamamlanmadı. Bu dövrdə Nadir şah tərəfindən yenə Məşhəd şəhərində moğol üslubunda tikdirilmiş bir digər memarlıq nümunəsi də Günəş sarayı[a] və ya Kax-e Xurşid adlandırıldı. Bu məqbərə müxtəlif qəbilə liderləri tərəfindən iqamətgah sarayına çevrildi və Nadir şahın cənazəsi 1960-cı illərdə Məşhəddə çox çirklənmiş nəqliyyat kəsişməsinin yaxınlığında onun üçün beton abidə ucaldılana qədər xatırlanmadı.[12]
Natamam xarici görünüşünə baxmayaraq, Xurşidin daxili hissəsi tam zərifdir: hər bir qapı miniatür rəsmlər və moğol freskaları ilə bəzədilib.[13]
Mehman Süleymanov. Nadir şah (PDF). Tehran. 2010. 740.