İsrailin dövlət quruluşu

İsrail - parlamentli respublika.

İsrail
מדינת ישראל
Medinat Yisrā'el
دولة إسرائيل‎
Daulat Isrāʼīl
Bayraq Gerb
Bayraq Gerb
Himn: İsrail himni - "Hatikvah" ("Ümid")
Tarixi
 • Deklarasiya 14 may 1948
Paytaxt Yerusəlim (mübahisəli)- 840 min nəfər ( 2015-ci il).
İdarəetmə forması Parlament respublikası
Prezident Reuven Rivlin
Baş nazir Benjamin Netanyahu
Knesset spikeri Yuli-Yoel Edelstein
Sahəsi Dünyada 151-ci
 • Ümumi 22072 km²
 • Su sahəsi (%) ~2%
Əhalisi
 • Əhali 8,051,200 nəfər (95-ci)
 • Sıxlıq 365.3 nəf./km² (30-cu)
ÜDM (AQP)
 • Ümumi 206.430 milyard dollar  (49-cu)
 • Adambaşına 28,393 dollar  (29-cu)
ÜDM (nominal)
 • Ümumi (2009) 194.825 milyard dollar  (40-cı)
 • Adambaşına 26,796 dollar  (28-ci)
İİİ (2007) 0.935 (artış; 27-ci)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

İsrail parlament formasında idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1948) 14 mayda qeyd olunur. Ölkədə rəsmi Konstitusiya mövcud deyil, "Dövlətin Yaranması haqqında Deklarasiya" (1948-ci il), Parlamentin əsas qanunları və İsrail vətəndaş hüququ adlı sənədlərlə idarəçilik funksiyaları müəyyən edilir. Qanun sisteminə gəldikdə, ölkədə ümumi Britaniya qanunları və Britaniya Mandatının qarışığından, habelə xüsusi işlərdə yəhudi, xristian və müsəlman qanunlarından istifadə olunur. İsrail qanunvericilik, icra və məhkəmə hakimiyyətinə söykənən parlament formalı demokratik ölkədir. Onun institutları Knesset (Parlament), Hökumət (Nazirlər Kabineti) və ədliyyə sistemindən ibarətdir. Dövlətə Prezident başçılıq edir. İsrailin siyasi quruluşu hakimiyyətin qollarının bölünməsi, qarşılıqlı nəzarəti və tarazlığı prinsipinə əsaslanır. Hökumət Knessetə tabedir, məhkəmənin müstəqilliyi qanunla təmin edilir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
Israilin siyasi xəritəsi

50 dairədən ibarət olan 6 rayona (Mərkəz, Hayfa, Qüds, Şimal, Cənub, Tel-Əviv) bölünür [1][2][3] (qeyd: İsrail 1950-ci ildə Qüdsü özünün paytaxtı elan etmişdir, lakin ABŞ və başqa ölkələrin səfirlikləri Tel-Əvivdə yerləşir).

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Knesset tərəfindən 7 illik müddətə seçilən Prezidentdir. Prezident dövlət başçısı olaraq millətin birliyini təmsil edir və dövlət maraqlarını partiya maraqlarından uca tutur. Prezident, irəli sürülən namizədlər sırasından, onların şəxsi keyfiyyətləri və dövlət qarşısında xidmətləri əsasında, Knessetin sadə səs çoxluğu ilə yeddi illiyə seçilir; o, öz vəzifəsini iki müddətdən çox tuta bilməz. Prezidentin vəzifələri əsasən formal və rəsmi qanunla müəyyən edilib. Onların sırasına yeni tərkibli Knessetin birinci sessiyasının açılışı; xarici səfirlərin etimadnamələrinin qəbul edilməsi; Knessetin qəbul etdiyi müqavilə və qanunların imzalanması; münasib təşkilatların tövsiyəsi ilə hakimlərin, Dövlət Bankının direktorunun və xaricdə İsrail diplomatik missiyaları başçılarının təyin edilməsi; ədliyyə nazirinin zəmanəti ilə məhkum olunmuş şəxslərin əfv edilməsi və habelə saxlanma müddətinin qısaldılması daxildir.

Prezident, həmçinin ictimai funksiyaları və qeyri-formal vəzifələri də icra edir: vətəndaşların müraciətnamələrini qəbul edir; bir sıra ictimai təşkilatların fəxri üzvü olur və cəmiyyətin güzəranını yaxşılaşdırmağa yönəldilən tədbirləri dəstəkləyir.

Qanunverici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Ölkədə ali hakimiyyət ümumxalq səsverməsi yolu ilə proporsional sistem üzrə 4 il müddətinə (bu müddət ərzində Parlament buraxıla bilər) seçilən bir palatalı Parlamentə - Knessetə (120 yer, son seçkilər 22 yanvar 2013-cü ildə keçirilmişdir) məxsusdur. Onun adı Böyük Məclis – “Knesset xa – Qdola”dan iqtibas edilmişdir.

Parlamentə seçkilər konkret şəxsiyyətə deyil, bu və ya digər siyasi partiyaya səsvermədir və Knessetdə təmsil olunmaq istəyən partiyaların çoxsaylılığı əqidə və məramların geniş spektrindən xəbər verir.

Seçkilər ərəfəsində hər partiya öz platformasını və Knessetə namizədlərinin siyahısını dərc etdirir; bu siyahı daxili partiya seçkilərində və digər daxili tədbirlərdə müəyyənləşdirilir.

Knessetdə təmsil edilən partiyalar avtomatik şəkildə yenidən seçilməyə namizəd olaraq saxlanılırlar, qalan partiyalar, səsvermə hüququ olan vətəndaşlardan ən azı 2500 imza topladıqda və beh verdikdə seçkilərdə səs qoya bilərlər. Partiyalar minimal səs sayından artıq, lakin əlavə yer almaq üçün yetərli olmayan səs topladıqda, bu səslər qalan partiyalar arasında onların təmsilçiliyinə, yaxud seçkiqabağı razılaşmalara mütənasib olaraq bölüşdürülür.

Yeni tərkibli Knesset onun tərkibini müəyyənləşdirən ümumi seçkilərdən sonra işə başlayır. İlk iclasda deputatlar prosedur qaydalarına uyğun olaraq Knesset sədrini və onun müavinlərini seçirlər.

Ölkədə ali qanunverici hakimiyyət orqanı ümumxalq səsverməsi yolu ilə proporsional sistem üzrə 4 il müddətinə seçilir, lakin bu müddət tamam olmadan da öz-özünün buraxılmasını elan edə və Baş nazir tərəfindən buraxıla bilər. Seçkilərin keçirilməsinə və yeni Knessetin təşkil edilməsinə qədər bütün səlahiyyətlər əvvəlki Knesset tərkibinin əlində qalır.

Parlament öz funksiyalarını ümumi iclaslarda və 14 daimi fəaliyyət göstərən komissiyalarda icra edir. Qanun layihələrinin qanuna çevrilməsi üçün o, Knesset tərəfindən üç oxunuşda qəbul edilməlidir. Üçüncü oxunuşda əksəriyyət “səs” verdikdən və sədrlik edən onu imzaladıqdan sonra qanun layihəsi rəsmi olaraq dövlət mətbuat orqanında dövlət Prezidenti, Baş nazir, Knesset sədri və həmin qanunun icrasına cavabdeh olan nazirin imzası ilə dərc edilir. Son nəticədə Ədliyyə naziri sənədi dövlət möhürü ilə nişanlayır və qanun layihəsi qanuni qüvvəyə minir.

İcraedici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Nazirlər Kabineti ümumi seçkilərdə 4 illik müddətə seçilən Baş nazir tərəfindən formalaşır və Knesset tərəfindən təsdiq olunur. İcra hakimiyyəti daxili və xarici işlərin, o cümlədən müdafiə məsələlərinin həlli üçün səlahiyyətlər həvalə edilmiş hökumətə mənsubdur. Hökumətin funksiyaları olduqca genişdir: o, başqa bir inzibati quruma qanunla həvalə edilməmiş hər bir məsələyə müdaxilə etmək hüququna malikdir. Hökumət öz işini və qərar qəbuletmə qaydasını özü müəyyənləşdirir. Adətən, iclaslar həftədə bir dəfə keçirilsə də, zəruri hallarda əlavə iclaslar da keçirilir. İndiyədək bütün hökumətlər bir neçə partiyanı təmsil edən nümayəndələrdən ibarət olurdu, çünki heç bir partiya hökuməti təkbaşına formalaşdırmaq üçün Knessetdə kifayət qədər mandat ala bilmirdi. Hökuməti formalaşdırmaq üçün yeni seçilən Baş nazir seçkilərin nəticələri dərc olunandan sonra 45 gün müddətində nazirlərin siyahısını və əsas məsələlər üzrə hökumət fəaliyyətinin proqramını Knessetin təsdiqinə təqdim etməlidir.

Baş nazir vəzifəsinə namizədlər cari çağırış Knessetdə ən azı on yer tutan partiyalar və ya 50 min seçici tərəfindən irəli sürülə bilərlər. Seçici səslərinin yarıdan çoxunu almış namizəd Baş nazir olur. Namizədlərdən heç biri səslərin yarısından artıq ala bilmədikdə iki həftədən sonra seçkilərin ikinci turu keçirilir; bu mərhələdə ən çox səs toplamış iki namizəd iştirak edir. İkinci turda iştirak edən namizədlərdən hər hansı biri öz namizədliyini geri götürdüyü təqdirdə, onun yerini topladığı səslər üzrə ardınca gələn namizəd tutur.

Nazirlər öz vəzifələrinin icrasına görə Baş nazir qarşısında cavabdehdirlər və fəaliyyəti üzrə parlamentə hesabat verməlidirlər. Nazirlərin ən azı yarısı Knessetin üzvü olmalı, eyni zamanda hamısı Parlamentə seçilmək hüququna malik olmalıdır. Hökumətin səlahiyyət müddəti dörd ildir; Baş nazirin istefası və ya vəfatı səbəbindən, habelə Knessetin etimadsızlıq qərarı çıxardığı halda bu müddət azaldıla bilər.

Knessetə seçkilər Baş nazirin seçilməsi ilə eyni zamanda keçirilir. Bütün ölkə vahid seçki dairəsi sayılır; səsvermə prosedurası gizli keçir; seçicilər iki bülletendə Baş nazir vəzifəsinə namizədlərdən birinə və hər hansı siyasi partiyaya səs verməklə - öz mövqelərini ifadə edirlər.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Yerusəlimdə yerləşən Ali Məhkəmə İsrailin ən yüksək məhkəməsi sayılır və onun yurisdiksiyası dövlətin bütün ərazisinə yayılır.

  1. "Introduction to the Tables: Geophysical Characteristics" (doc) (ingilis). Israel Central Bureau of Statistics. 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 июля 2008.
  2. http://www1.cbs.gov.il/shnaton57/st02_15.pdf%7Ctitle=Localities[ölü keçid], Population, and Density|accessdate=2 июля 2008|lang=en
  3. http://www.cbs.gov.il/hodaot2006n/11_06_106e.pdf%7Cpublisher=Israel Central Bureau of Statistics|title=Press Release: Jerusalem Day|datepublished=24 мая 2006|accessdate=10 марта 2007|lang=en}}
  • Abadi, Jacob (2004), «Israel’s Quest for Recognition and Acceptance in Asia: Garrison State Diplomacy», Routledge, ISBN 0714655767

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]