Nahid Rza oğlu Bağırov (4 aprel 1979, Bakı) — İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı.
Nahid Bağırov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 aprel 1979 (45 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Nahid Bağırov 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb.
1998–2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. 2000–2001-ci illərdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olub. 2001–2005-ci illərdə "Sir" hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib.
Ailəlidir, iki övladı var.
2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub. 2011–2013-cü, 2013–2015-ci və 2015–2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilib.
2018-ci ildə Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) idarə heyətinin üzvü seçilib.
2018-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai şuranın sədr müavini təyin edilib.[1]
Nahid Bağırov 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində müstəqil namizəd olaraq 62 saylı Saatlı seçki dairəsindən "Vədlər sözdə qalmayacaq" şüarı ilə deputatlığa namizəd olmuşdur.[2] O, seçkilərdə 3640 səs toplasa da, 62 saylı Saatlı seçki dairəsindən Yeni Azərbaycan Partiyası namizədi Əziz Ələkbərli seçkiləri birinci sırada tamamlayaraq deputat seçilmişdir. Nahid Bağırov isə seçkiləri ikinci sırada tamamlamışdır.[3]
Nahid Bağırov Azərbaycan Prezidentinin 5 mart 2020-ci il tarixli Sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[4]
2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə "Fəxri Turizm İşçisi", 2018-ci ildə Mülki Aviasiya Administrasiyası tərəfindən "Fəxri Aviasiya İşçisi" adına layiq görülüb.
2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.