Namiq Aslanov

Aslanov Namiq İkram oğlu (5 fevral 1965, Sığırlı, Kürdəmir rayonu30 aprel 2022, Bakı) — "Qüsursuz xidmətə görə" medalının I, II və III dərəcələri ilə ilə təltif olunmuş polis polkovniki, Azərbaycan Respublikası Daxili Təhqiqatlar İdarəsinin Təşkilati-analitik bölməsinin baş inspektoru.

Namiq Aslanov
Aslanov Namiq İkram oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 5 fevral 1965(1965-02-05)
Doğum yeri
Vəfat tarixi 30 aprel 2022(2022-04-30) (57 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Xəstəliklə əlaqədar
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Daxili İşlər Nazirliyi
Xidmət illəri 1985-2022
Rütbə Polkovnik
Təltifləri "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Aslanov Namiq İkram oğlu 1965-ci ildə fevral ayının 5-də Kürdəmir rayon Sığırlı kəndində anadan olmuşdur. 1971–1981-ci illərdə Kürdəmir rayon Sığırlı kəndi tam orta məktəbində təhsil almışdır. 1983–1985-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 30 aprel 2022-ci ildə vaxtsız vəfat etmişdir. Ailəli idi. İki oğlu var.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1985-ci ildə Polis (keçmiş milis) orqanlarında işə başlamış və 1988-ci ilə qədər Bakıda DİN-nin Mühüm Dövlət Obyektlərinin Mühafizəsi İdarəsində sıravi polis əməkdaşı olmuşdur.[2]
  • 1988–1992-ci illərdə SSRİ DİN-nin Volqoqrad Ali İstintaq Məktəbində (indiki Rusiya Federasiyasi DİN-nin Volqoqrad Akademiyası) ali hüquq təhsil almışdır. Ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1992–2002-ci illərdə Azərbaycan Respublikası Ağdam rayon Polis İdarəsində müstəntiq vəzifəsində çalışmışdır.
  • Müxtəlif vaxtlarda Daxili İşlər NazirliyindəSumqayıt şəhər Polis İdarəsində Mühüm işlər üzrə təşkil olunmuş istintaq-tədqiqat qruplarına cəlb olunmuşdur.[3]
  • 18 sentyabr 2002-ci il tarixindən Zaqatala rayon Polis Şöbəsində təhqiqat bölməsinin rəisi, Lənkəran şəhər Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin Nəzarət-əlaqəndirmə şöbəsinin, daha sonra isə Katibliyinin rəisi işləmişdir.
  • Son iş yeri Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin Təşkilati-analitik bölməsinin baş inspektoru, polis polkovniki olmuşdur. 2017-ci ilin aprelin 1-ində öz ərizəsi ilə daxili işlər orqanlarından polis polkovniki kimi əmək təqaüdünə çıxmışdır[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

  • 2007-ci ildə DİN-in "Qüsursuz xidmətə görə" medalının I, II və III dərəcələri ilə;
  • 2013-cü ildə DİN-nin "Əla xidmətlərə görə" döş nişan ilə;
  • 2016-cı ildə DİN-nin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • "Daxili işlər orqanlarının pokovniki". https://azxeber.com. İstifadə tarixi: 17 may 2022.
  • "Namiq Aslanov- DİN-nin polis polkovniki". qaynarinfo.az. İstifadə tarixi: 17 may 2022.
  • "Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə çalışmış N.Aslanov". big.az. İstifadə tarixi: 17 may 2022.
  • "Müxtəlif vəzifələrdə çalışmış N.Aslanov". sonxeber.az. İstifadə tarixi: 17 may 2022.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Polis polkovniki vəfat etdi". publika.az. İstifadə tarixi: 17 may 2022.[ölü keçid]
  2. "Polis polkovniki vəfat etdi". news.milli.az. 1 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2022.
  3. "Polkovnik Namiq Aslanov". yenigundem.az. 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2022.
  4. "Polis polkovniki Namiq Aslanov". https://oxu.az. 5 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2022.