Namiq Cırıyev (4 noyabr 1980, İsmayıllı) — ilahiyyatçı, ərəbşünas
Namiq Cırıyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR İsmayıllı rayonu, Qalacıq |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
Namiq Zeynəddin oğlu Cırıyev 4 noyabr 1980-ci ildə İsmayıllı rayonu Qalacıq kəndində anadan olub. 1987-98-ci illərdə İsmayıllı rayonu Taryel Xanadanov adına orta məktəbdə oxuyub.
1998-99-cu illərdə Türkiyənin İzmir şəhərindəki Doqquz Eylül Universitetində İlahiyyat fakültəsində təhsil alıb. 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsilini davam etdirib.
2003-cü ildə M.Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasına qəbul olunub, elə həmin il institutda əmək fəaliyyətinə başlayıb. 2005-2007-ci illərdə müxtəlif mətbu orqanlarında çalışıb, 2008-ci ildən isə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışır.
100-ə yaxın elmi, publisist və tədqiqat əsərlərinin müəllifidir.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |