Qalacıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Qalacıq | |
---|---|
40°57′33″ şm. e. 48°03′09″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.689 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3117[1] |
Qalacıq İsmayıllı rayonundan 30 km Şimal Qərbdə dağ ətəyində yerləşir. Əhalisi əkinçilik, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandalıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana vardır. Qalacıq yaxınlığında çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd eyniadlı turizm zonasında yerləşir. «Qasımxan» qalasının qalıqlarını görmək üçün kənddən qalaya qədər olan 8 km məsafənin 5 km-ni avtomobillə, 3 km-ni isə piyada və ya atla getmək olar. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə il boyu fəaliyyət göstərən yeməkxana vardır. İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutu kənddən keçir. Kəndə il boyu avtomobillə getmək olar.[2]
Kənd müəyyən tarixi abidələrilə fərqlənir. Bunlardan biri Qalacıq yaxınlığında Səngər çayının sahilində IX-XIV əsrlərə aid olduğu ehtimal olunan “Qasım xan” qalası, yerli əhali içərisində “Səngər qalası” adlanan qalanın xarabalıqlarıdır. Qalanın kim tərəfindən tikilməsi məlum deyil. Sadəcə o məlumdur ki, qala müdafiə istehkamı xarakteri daşımışdır. XVIII-ci əsrin sonlarında Şamaxı xanı Mustafa xanla əmisi Qasım xan arasında baş verən ədavət zamanı Qasım xan dağ yolları ilə hal-hazırda xarabalıqları mövcud olan Səngər qalasına gəlmiş və buranı bərpa etdirmişdir. Kəndin yuxarı hissəsində yerləşən və xalq arasında “Pirdavud” adlanan qəbiristanlıq dövlət tərəfindən qorunur.[3]
Əhalisi ləzgilərdən ibarətdir. Rayonun şimal-qərb istiqaməində sonuncu yaşayış məntəqəsi olan Qalacıq kəndinin əhalisi 1689 nəfərdir ki onunda 818 nəfəri kişi, 871 nəfəri qadındır.Əhali əsasən bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıq, xalçaçılıqla məşğul olur.
İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |