Nasist yevgenikası

1935-ci ildə Berlindəki Həyatın Möcüzələri sərgisindəki Yevgenika afişası. Afişada göstərilir ki, “aşağı” (Minderwertige) irq gələcəkdə “üstün” (Höherwertige) irqə nisbətən nisbətən daha yüksək doğuş dərəcəsi ilə cəmiyyətə hakim olacaqdır.

Nasist yevgenikası (alm: Nationalsozialistische Rassenhygiene, “Milli Sosialist İrqi Gigiyena”, həmçinin “Erbpflege Yevgenikası” kimi də tanınır) nasist Almaniyasında sağlam elementləri artırmaq və qeyri-sağlam elementləri azaltmaqla insan irqini təkmilləşdirməyə yönəlmiş siyasətlər məcmusudur. Alman xalqının bioloji inkişafını hədəfləyən üstün və təmiz bir alman irqi yaratmağı qarşısına məqsəd qoyan irqi ideologiyadır[1] .

Nasist dövründən əvvəl və nasizm dövründə Almaniyada aparılan Yevgenika tədqiqatları böyük miqyasda ilham aldığı Birləşmiş Ştatlar (xüsusilə Kaliforniya) və Böyük Britaniyadakı tədqiqatlara bənzəyirdi. Bununla belə, bu proqramların əhəmiyyəti xüsusilə Adolf Hitlerin rəhbərliyi altında kəskin şəkildə artmışdır, çünki varlı nasizm tərəfdarları yevgenika tədqiqatlarına böyük sərmayə qoymuşdular. Proqramlar daha sonra nasistlərin irqi siyasətini tamamlamaq üçün təkmilləşdirilmişdir[2].

Nasistlərin yevgenika siyasətlərinin hədəfi; əsasən məhbuslar, degenerativlər, dissidentlər, anadangəlmə əqli və fiziki qüsurlu insanlar (almanca: erbkranken), irsi xəstəlikləri olanlar, epilepsiya, şizofreniya, manik-depressiv, serebral iflic, əzələ xəstəlikləri, kar, kor, homoseksual, dəli və zəif insanlar daxil olmaqla 400.000-dən çox insan öz iradəsinin əleyhinə olaraq sterilizasiya edildi (qısırlaşdırılmaq), kütləvi qətliam proqramı olan T4 əməliyyatı çərçivəsində, 300.000-ə yaxın insan öldürüldü[3][4][5][6]. 1935-ci ilin iyununda Hitler və onun kabineti yeddi yeni fərmandan ibarət siyahı verdi. 5 saylı fərman sterilizasiya tədqiqatlarını sürətləndirməkdən ibarət idi[7].

Nasist Almaniyasında yevgenika anlayışı tez-tez Rassenhygiene (“İrqi gigiyena”) termini kimi adlandırılırdı. Alternativ termin Volksaufartung (irqi inkişaf) kimi adlandırıla bilər[8].

Nasist yevgenikasının əsasları

[redaktə | mənbəni redaktə et]

Erkən Alman yevgenika hərəkatına Vilhelm Şalmayer və Alfred Ploetz rəhbərlik etmişdirlər[9][10]. Henri Fridlander yazırdı ki, alman və amerikan yevgenika hərəkatları oxşar olsa da, alman hərəkatı daha mərkəziləşmişdir və Amerika hərəkatı qədər müxtəlif ideyaları ehtiva etməmişdir. Amerika hərəkatından fərqli olaraq, Alman İrqi Gigiyenası bütün cəmiyyəti əhatə edirdi.

Edvin Blek yazırdı ki, nasist yevgenika hərəkatı Birləşmiş Ştatlarda kifayət qədər möhkəmləndikdən sonra Almaniyaya da yayılmışdır[11]. Kaliforniyalı yevgeniklər yevgenika və sterilizasiyanın təbliği məzmunlu əsərlər nəşr etməyə və onu alman alimlərinə və tibb mütəxəssislərinə göndərməyə başladılar[12]. 1933-cü ilə qədər Kaliforniya ABŞ-nin bütün digər ştatlarının cəmindən daha çox insanı məcburi sterilizasiyaya məruz qoymuşdu. Nasistlər tərəfindən hazırlanmış məcburi sterilizasiya proqramı qismən Kaliforniyadan ilhamlanmışdır.

1927-ci ildə insan genetikasından əlavə fiziki və sosial antropologiya sahəsində tədqiqatlar aparan təşkilat olan Kaiser Wilhelm Antropologiya İnstitutu (KWIA)[13] Amerika xeyriyyə qrupu olan Rokfeller Fondunun[14][15] əhəmiyyətli maliyyə dəstəyi ilə Berlində yaradılmışdır. Alman tibb, antropologiya və yevgenika üzrə professor olan Eugen Fischer Kayzer Vilhelm Antropologiya İnstitutunun direktoru olmuşdur[16][17].

Adolf Hitlerin yevgenika haqqında fikirləri

[redaktə | mənbəni redaktə et]

Adolf Hitler inanırdı ki, irqin genlərinə tənəzzülə uğramış elementlər daxil olmaqla, millət zəifləyir və pozulur[18]. Fiziki və ya əqli qüsuru olanları cəmiyyət üçün faydalı olmayan bir genetik təhlükə kimi görürdü[19]. Landsberq həbsxanasında həbsdə olarkən Hitler Eugen Fişerin “İnsan irsiyyəti və irqi gigiyenanın prinsipi” kitabını oxumuşdu[20].

1944-cü ildə sosial darvinizm adlandırılan irqçilik və rəqabət ideyası 1920-ci illərdə Avropa alimləri vətəndaş Vyana mətbuatı tərəfindən müzakirə edilmişdir. Hitlerin bu fikirləri haradan əldə etdiyi naməlumdur. Təkamül nəzəriyyəsi o dövrdə Almaniyada ümumiyyətlə qəbul edilmişdi, lakin bu cür ekstremizm nadir idi[21].

Nasistlər dövründə çap olunmamış ikinci kitabında Zweites Buch Hitlerin, Spartaya təriflər yağdırdığını bildirirdi. O əlavə edirdi ki, Hitler Spartanı ilk “Völkisch (İrqçi) Dövlət” kimi görür. O, Hitlerin Spartada yeni doğulmuş körpələrin müayinəsini və irsi problemlə doğulanların seçilməsini dəstəkləyərək bunu erkən yevgenika təcrübəsinin nümunəsi kimi gördüyünü bildirirdi:

“Sparta ilk Völkisch dövləti kimi qəbul edilməlidir. Xəstə, zəif, deformasiyaya uğramış körpələrin müəyyənləşdirilməsi, bir sözlə, belə uşaqların cəmiyyətdən uzaqlaşdırılması, əslində, nəyin bahasına olursa olsun indiki müdafiəçi səfil çılğınlıqlardan, daha yaxşı və min dəfə daha humanist addım idi. Doğuşa nəzarət və ya abort nəticəsində yüz min sağlam uşağın həyatını alırıq, sonra isə xəstəlik yükü ilə degenerasiyaya uğramış irqi yetişdiririk[22][23]”.

25 iyul 1933-cü il tarixində nəşr olunan Reich qəzeti: İrsi Xəstəlikli Uşaqların Qarşısının Alınması Haqqında Qanun.

Nasist yevgenikası (proqram)

[redaktə | mənbəni redaktə et]
Nasist Almaniyasında T-4 Evtanaziya Proqramının Təbliğatı: “İrsi qüsurlardan əziyyət çəkən bu şəxs həyatı boyu cəmiyyətə 60.000 Reyxsmarka başa gəlir. Alman dostum, bu sənin pulundur” İrqçilik Siyasəti İdarəsi

Nasistlər öz yevgenika proqramlarını hazırladıqları vaxt ABŞ-nin məcburi sterilizasiya proqramlarından, xüsusən də Kaliforniyada qəbul edilmiş yevgenika qanunlarından ilham almışdırlar[11].

14 iyul 1933-cü ildə qəbul edilmiş “İrsi xəstəliklərin qarşısının alınması haqqında qanun” hər hansı bir İrsi Sağlamlıq Məhkəməsinin hesabatına əsasən, genetik pozğunluqlar siyahısından pozğunluğu olan hər bir vətəndaşın məcburi sterilizasiyasına icazə verirdi[24].

1933-cü il qanununun əsas müddəalarında deyilirdi[25]:

1. Əgər tibbi təcrübə irsi xəstəliyi olan istənilən şəxsin övladının ciddi fiziki və ya əqli irsi xəstəliklərlə doğulma ehtimalının yüksək olduğunu göstərirsə, cərrahi əməliyyatla (sterillik) həmin şəxs çoxalmadan (nəsil artımı) məhrum edilə bilər.

2. Bu qanunun müəyyənləşdirdiyi qanunlar çərçivəsində aşağıdakı xəstəliklərdən hər hansısa birinin daşıyıcısı olan hər bir şəxs irsi xəstə hesab edilir:

  • Anadangəlmə əqli qüsur,
  • Şizofreniya,
  • Manik-depressiv dəlilik,
  • İrsi epilepsiya,
  • Huntington xəstəliyi
  • İrsi korluq
  • İrsi karlıq,
  • Hər hansı ciddi irsi deformasiya.

2.Bu yasanın amaçları doğrultusunda, aşağıdaki hastalıklardan herhangi birinden engelli olan herhangi bir kişi kalıtsal olarak hasta kabul edilecektir:

3. Şiddətli alkoqolizmdən əziyyət çəkən hər hansı bir şəxs də çoxalma qabiliyyətindən məhrum edilə bilər.

Qanunun qüvvəyə mindiyi birinci il olan 1934-cü ildə 4000-ə yaxın insan sterilizasiya orqanlarının qərarlarına etiraz etdi. Ümumilikdə 3559 müraciət nəticəsiz qaldı. Nasist rejimi dövründə 200-dən çox İrsi Sağlamlıq Tribunalları (Erbgesundheitsgerichte) yaradılmışdır və onların qərarları ilə 400.000-dən çox insan öz iradəsinin əleyhinə olaraq sterilizasiya edilmişdir.

Nasist Yevgenika İnstitutları

[redaktə | mənbəni redaktə et]
Hadamarda bir qaz otağı

Hadamar Klinikası Almaniyanın Hadamar şəhərindəki ruhi xəstəxana idi və nasistlərin nəzarətində olan Almaniya hökuməti T4 əməliyyatını həyata keçirmək üçün buradan istifadə edirdi. Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsiliyi və Yevgenika İnstitutu 1927-ci ildə yaradılıb. Hartheim Evtanaziya Mərkəzi nasistlərin əlil kimi gördükləri insanları öldürdüyü evtanaziya proqramının bir hissəsi idi. İstifadə olunan ilk üsul xəstələrin avtobuslarla daşınması idi, burada mühərriklərin işləməsi nəticəsində əldə edilmiş tullantı qazlarının avtobusların içərisinə ötürülməsi və bununla da avtobusdakı sərnişinlərin öldürülməsindən ibarət idi. Qaz kameraları sonradan hazırlanmışdır. Karbonmonoksit qazı əlilliyi və irsi xəstəlikləri olan insanları öldürmək üçün istifadə olunurdu[26].

İrsi xəstəliyi olanları yığan avtobus

1934-cü il iyul tarixli “Sağlamlıq Sisteminin Sadələşdirilməsi Aktı” genetik və irqi gigiyena üçün məlumat mərkəzləri və səhiyyə şöbələri yaratdı. Qanun, həmçinin sterilizasiyanın qərara alındığı İrsi Sağlamlıq Məhkəməsinə göndərilən şəxslərin “məlumatlandırılması” və “qiymətləndirilməsi” prosedurlarını da müəyyən etmişdir[27].

Kimin “genetik xəstə” hesab edildiyini müəyyən etmək üçün məlumatlar, ilk növbədə, həkim müayinəsi klinikalarına və səhiyyə xidmətlərinə verilən müntəzəm məlumatlardan əldə edilmişdir. Nasist rəsmiləri tərəfindən əldə edilmiş məlumatların sürətli çeşidlənməsi və sayılması üçün Hollerith perfokartlarına asanlıqla kodlaşdırmaq mümkün olsun deyə Dehomagın (1930-cu illərdə IBM-in törəmə şirkəti) köməyi ilə xüsusi proqram hazırlanmışdır ki[28][29].

Evliliyə dair nasist yevgenika siyasətləri

[redaktə | mənbəni redaktə et]

Nasistlər 1935-ci ildə Nürnberq qanunlarını qəbul etdikdən sonra alman irqinin irqi təmizliyinin müdafiəsi üçün hər iki cütlüyündə irsi xəstəliklərə görə müayinədən keçməsi məcburi olmuşdur. Hər kəs potensial həyat yoldaşını yevgenika olaraq diqqətlə nəzərdən keçirməyə təşviq edildi. SS üzvlərinə həyat yoldaşları ilə evlənməzdən əvvəl evlənəcəkləri xanımların ailələrində irsi xəstəliklərin olmadığından əmin olmaları üçün xəbərdarlıq edilmişdi[30]..

Nasist yevgenikasının abort siyasətləri

[redaktə | mənbəni redaktə et]

Nasistlərin abort siyasəti ümumi nasist yevgenika proqramı ilə birlikdə formalaşdırılmışdı[31]. Nasistlər hakimiyyətə gəldikdən sonra kontraseptiv həblərin (hamiləliyin qarşısını almaq üçün hazırlanmış xüsusi dərmanlar) satışı ilə bağlı reklamları məhdudlaşdırdılar[31]. 1933-cü ilin mayında abort hüququnu və abortların ictimaiyyətə açıqlanmasını qadağan edən qanunları geri qaytarmaq üçün ilk qaydaların yaradılmasına başlanıldı[31]. Elə həmin ilin sentyabrında Berlin Tibb Şurası öz üzvlərinə, “müqəddəs sağlam irqimizə zərər verməyə cəsarət edən hər bir pis əməl sahibinə qarşı tədbir görüləcək” deyə xəbərdarlıq etmişdir. Abort prosedurları ciddi siyasi nəzarət altına alındı. Böyük mübarizələrlə qazanılan “abort hüququ”nun geri alınması üçün ilk tədbirlər görüldü. Yevgenika səbəblərinə görə abort da bu dövrdə qadağan edilmişdi, lakin, bəzi irsi sağlamlıq məhkəmələrində belə məcburi abortlar cəzadan azad edilmişdirlər[31]

  1. Peter Longerich. Holocaust: The Nazi Persecution and Murder of the Jews. Oxford University Press. 15 April 2010. səh. 30. ISBN 978-0-19-280436-5.
  2. Justice and the Human Genome Project (ingilis dili). University of California Press. 1 yanvar 1994. səh. 18. ISBN 978-0-520-08363-9. 26 oktyabr 2020 tarixində arxivləşdirilib.
  3. "Close-up of Richard Jenne, the last child killed by the head nurse at the Kaufbeuren-Irsee euthanasia facility". United States Holocaust Memorial Museum. July 1, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2019.
  4. Ian Kershaw, Hitler: A Profile in Power, Chapter VI, first section (London, 1991, rev. 2001)
  5. Snyder, S. & D. Mitchell. Cultural Locations of Disability. University of Michigan Press. 2006.
  6. Proctor, Robert. Racial Hygiene: Medicine Under the Nazis (ingilis). Harvard University Press. 1988-01-01. ISBN 9780674745780. Racial Hygiene: Medicine under the Nazis.
  7. ""New Limitations Further limit liberty of citizens who are told what they can do: Strengthens Nazi Control" The Evening Independent Newspaper. June 27 1935". 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  8. Petra Jaeckel, "Rassenhygiene in der Weimarer Zeit. Das Beispiel der »Zeitschrift für Volksaufartung« (1926-1933)", Vokus, volkskundlich-kulturwissenschaftliche Schriften, Heft 1, 1/2002. Cornelia Schmitz-Berning: Vokabular des Nationalsozialismus, Walter de Gruyter, Berlin 2000, p. 382.
  9. Weiss, Sheila. Race Hygiene and National Efficiency: The Eugenics of Wilhelm Schallmayer. University of California Press. 1987. 2018-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04. Wilhelm Schallmayer (1857-1919) who, along with Alfred Ploetz (1860-1940), founded German eugenics.
  10. Friedlander, Henry. The Origins of Nazi Genocide: From Euthanasia to the Final Solution. Univ of North Carolina Press. 2000. səh. 13. ISBN 978-0807846759. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04. Although the German eugenics movement, led until the Weimar years by Alfred Ploetz and Wilhelm Schallmayer, did not differ radically from the American movement, it was more centralized. Unlike in the United States, where federalism and political heterogeneity encouraged diversity even with a single movement, in Germany one society, the German Society for Race Hygiene (Deutsche Gesellschaft fue Rassenhygiene), eventually represented all eugenicists, while one journal, the Archiv fur Rassen- und Gsellschafts Biologie, founded by Ploetz in 1904, remained the primary scientific publication of German Eugenics.
  11. 1 2 Edwin Black. "Eugenics and the Nazis -- the California connection". San Francisco Chronicle. November 9, 2003. June 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2017.
  12. Murphy & Lappé, 1994: p. 18 Arxivləşdirilib 2022-01-18 at the Wayback Machine
  13. Gretchen E. Schafft, From Racism to Genocide: Anthropology in the Third Reich (Urbana and Chicago: University of Illinois Press, 2004), pp. 48-54.
  14. Robert S. Wistrich, Who's Who In Nazi Germany (New York: Routledge, 2001), p. 60.
  15. In 1933, Adolf Hitler appointed Fischer rector of Frederick William University of Berlin, now Humboldt University. See: "Rektoratsreden im 19. und 20. Jahrhundert – Online-Bibliographie" Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine, der ehemalige Friedrich-Wilhelms-Universität Berlin.
  16. Lombardo, Paul A. Three Generations, No Imbeciles: Eugenics, the Supreme Court, and "Buck v. Bell". JHU Press. 2008. 211–213. ISBN 9780801890109.
  17. Jackson, John P. & Weidman, Nadine M. Race, racism, and science: social impact and interaction. Rutgers University Press. 2005. səh. 123. ISBN 978-0-8135-3736-8. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  18. Friedman, Jonathan C. The Routledge History of the Holocaust. Taylor & Francis. 2011. 49. ISBN 978-0-415-77956-2. 23 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2011.
  19. Evans, Richard J. The Third Reich in Power. Penguin Press. 2005. 429. ISBN 978-1-59420-074-8. İstifadə tarixi: 1 August 2011.
  20. O'Mathúna, Dónal P. "Human dignity in the Nazi era: implications for contemporary bioethics". BMC Medical Ethics. 7. 2006: E2. doi:10.1186/1472-6939-7-2. PMC 1484488. PMID 16536874.
  21. In 1876 Haeckel had discussed the selective infanticide policy of the Greek city of ancient Sparta.Haeckel, Ernst. "The History of Creation, vol. I". New York: D. Appleton. 1876. səh. 170. 2019-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04. Among the Spartans all newly born children were subject to a careful examination or selection. All those that were weak, sickly, or affected with any bodily infirmity, were killed. Only the perfectly healthy and strong children were allowed to live, and they alone afterwards propagated the race.
  22. Hitler, Adolf. Hitler's Secret Book. New York: Grove Press. 1961. 17–18. ISBN 978-0-394-62003-9. OCLC 9830111.
  23. Hawkins, Mike. Social Darwinism in European and American Thought, 1860-1945: nature as model and nature as threat. Cambridge University Press. 1997. səh. 276. ISBN 978-0-521-57434-1. OCLC 34705047. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  24. facinghistorycampus.org – The Law for the Prevention of Hereditarily Diseased Arxiv surəti 7 fevral 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-02-07 at the Wayback Machine
  25. Robert Proctor, Racial Hygiene: Medicine Under the Nazis (Cambridge, Massachusetts: Harvard University Press, 1988): 108.
  26. Knittel, S. "Remembering Euthanasia: Grafeneck in the Past, Present, and Future." B. Niven & C. Paver [eds]. Memorialization in Germany since 1945 Arxivləşdirilib 2021-12-04 at the Wayback Machine. New York: Palgrave MacMillan, 2010: 124-133.
  27. See IBM and the Holocaust by Edwin Black, 2001, Crown / Random House, pg 93-96 and elsewhere
  28. The Nazi census: identification and control in the Third Reich Arxivləşdirilib 2022-09-18 at the Wayback Machine, By Götz Aly, Karl Heinz Roth, Edwin Black, Assenka Oksiloff, 2004, Temple University Press, p104-108
  29. The Nazi census: identification and control in the Third Reich Arxivləşdirilib 2022-09-18 at the Wayback Machine, By Götz Aly, Karl Heinz Roth, Edwin Black, Assenka Oksiloff, 2004, Temple University Press, p104
  30. Padfield, Peter Himmler New York:1990--Henry Holt
  31. 1 2 3 4 David, Henry P.; Fleischhacker, Jochen; Hohn, Charlotte. "Abortion and Eugenics in Nazi Germany". Population and Development Review. 14 (1). 1988: 81–112. doi:10.2307/1972501. ISSN 0098-7921. JSTOR 1972501. PMID 11655915. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.