Natəvan Osmanlı

Natəvan Rahim qızı Osmanlı (Şabran) — AzTV-nin Həmkarlar İttifaqı Konfederasiyasının sədri; teleaparıcı, redaktor, jurnalist.

Natəvan Osmanlı
Natəvan Rahim qızı Osmanlı
Doğum yeri Dəvəçi rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Təfəkkür Universiteti
Fəaliyyəti jurnalist

Həyatı[redaktə | mənbəni redaktə et]

Orta məktəb təhsilini Dəvəçi şəhərində almışdır. İlkin ali təhsilini Təfəkkür universitetinin Jurnalistika fakültəsində almış, sonra həmin universitetin magistr pilləsinin məzunu olmuşdur. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına ədəbiyyat institunun aspirantura pilləsini bitirib. Elmi-tədqiqat fəaliyyəti üzərində işləyir. İkinci ali təsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirməklə almışdır. Ailəlidir.İki qız övladı var.

Peşə fəaliyyəti və karyera[redaktə | mənbəni redaktə et]

Peşə fəaliyətinə hələ tələbələlik illərindən müxtəlif qəzetlərdə sosial-iqtisadi, mədəni mövzularda çıxış etməklə başlayan Natəvan Osmanlı, Lider TV-də "Əsgər Salamı", "Xeyli Xəbər", "Sabahın xeyir vətən" (2002-2006) proqlamlarında çalışıb, daha sonra fəliyyətini Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Səhər musiqi-informasiya" proqramları baş redaksiyasında "AzTV Səhər" proqramının uzun müddət (2006-2015) aparıcı kimi davam etdirib "1", "2". 2014-cü ildən paralel olaraq həmin proqramın baş redaktoru (2014-2017) vəzifəsində çalışıb. O, 2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında mətbuat katibinin rəhbəri seçilib və 2011-ci ilə kimi uğurla davam etdirib. Natavan Osmanlı, həm də Azərbaycan Televiziyasında "İctimai-Siyasi" proqramlar baş redaksiyasında baş redaktor müavini, "Günün Nəbzi" ictimai-siyasi proqramının aparıcısı vəzifəsində çalışıb "3". Müxtəlif illərdə (2007, 2011 "5", 2015 "6" , 2017 "7" ) AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"nin aparıcısı olub. Bir sıra dövlət eləcə də kütləvi tədbirlərin və bayramların aparıcılığını edib. 2009, 2011, 2013-cü illərdə Bakıda keçirilən "Beynəlxalq Muğam Festivalı"nın aparıcısı olub. Hazırda, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışır.

Pedoqoji fəaliyyət[redaktə | mənbəni redaktə et]

Bakı Qızlar Universitetində "Jurnalistika" fakültəsində Jurnalistikanın hüquqi tənzimlənməsi, Jurnalistikaya giriş (2002-2004), Azərbaycan Dövlət İqtisad Universitetinin xarici tələbələr şöbəsində "Nitqin elmi üslubu" fənnini tədris edib (2008-2011). Müxtəlik vaxtlarda, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib. Hazırda AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında aparıcı-müxbir, redaktor peşələrinə yiyələnmək istəyən müdavimlərə jurnalistikanın sirlərini, bilik və bacarıqlarını bölüşür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • [1] AzTV "Səhər" proqramı (27.02.2012)
  • [2] AzTV-in "Səhər" proqramı, mövzu: "İRƏLİ" İctimai Biliyinin fəaliyyəti (20.11.2010)
  • [3] AzTV "Səhər" proqramı, mövzu: Qəhrəman qadınlar (24.11.2009)
  • [4] AzTV "Səhər" proqramı, mövzu: Kompüter biliklərinin artırılması (28.08.2008)
  • [5] AzTV "Səhər" proqramı, mövzu: XXI əsrdə sevgi (22.10.2012)
  • [6] AzTV "Səhər" proqramı, mövzu: II Türk xalqları Uşaq Ədəbiyyatı konqresi (12.10.2012)
  • [7]
  • [8] AzTV "Səhər" proqramı, mövzu: Azərbaycan Gənclər Fondu (14.09.2012)
  • [9]