Natalya Buksa

Natalya İqorevna Buksa (ukr. Ната́лія Ігорівна Букса; doğ. 6 noyabr 1996, Lvov) — Ukrayna şahmatçısı, 20 yaşa qədər qızlar arasında dünya çempionu (2015). Qadınlar arasında qrosmeyster (2015).

Natalya Buksa
Ната́лія Букса
Natalya Buksa 2015-ci ildə
Ölkə Ukrayna Ukrayna
Doğum tarixi (26 yaş)
Doğum yeri Lvov, Ukrayna
Titulu qadınlar arasında qrosmeyster (2015)
Son reytinqi 2264 (dekabr 2016)
Maksimal reytinqi 2310 (mart-aprel 2016)
FİDE nömrəsi 14123622
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, FİDE-nin 2016-cı ilin dekabr ayına olan reytinq siyahısında 2264 xalla 269-cu yerdə qərarlaşıb (Ukrayna şahmatçıları arasında 13-cü yer).

Məşqçiləri Vladimir Qrabinski ilə Yuri Privalovdur. Atası şahmat kateqoriyasına malikdir, Buksanı şahmata məhz o həvəsləndirib. İvan Franko adına Lvov Milli Universitetinin tələbəsidir.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

2018-ci ilin may ayında azərbaycanlı şahmatçı Rauf Məmmədovla nişanlanıb.[1]

İdman nailiyyətləri[redaktə | mənbəni redaktə et]

  • 2004  — 8 yaşa qədər qızlar arasında Ukrayna vitse-çempionu.
  • 2006  — 10 yaşadək qızlar arasında Ukrayna çempionu.
  • 2010  — 14 yaşa qədər qızlar arasında Ukrayna vitse-çempionu.
  • 2012  — 16 yaşadək qızlar arasında Ukrayna çempionatının bürünc mükafatçısı.
  • İyun 2014  — qadınlar arasında blits üzrə Ukrayna vitse-çempionu.
  • Yanvar 2015  — 20 yaşa qədər qızlar arasında Ukrayna çempionu.
  • Mart 2015  — kişilər arasında beynəlxalq "Lviv Tradition" master turnirində 2-ci yer.[2]
  • İyun 2015  — qadınlar arasında blits üzrə Ukrayna vitse-çempionu.
  • Sentyabr 2015  — 20 yaşa qədər qızlar arasında dünya çempionu (Xantı-Mansi).[3][4][5]
  • Dekabr 2015  — qadınlar arasında 75-ci Ukrayna çempionatı (Lvov)  — 4-cü yer.[6]
  • Dekabr 2016  — qadınlar arasında 76-cı Ukrayna çempionatı (Rivne)  — 2-ci yer.[7][8]

Ukrayna çempionatlarındakı nəticələri[redaktə | mənbəni redaktə et]

İl Şəhər Turnir + = Nəticə Yer
2015 Lvov 75-ci Ukrayna çempionatı 3 2 4 9-dan 5 4
2016 Rivne 76-cı Ukrayna çempionatı 5 2 2 9-dan 6 Silver

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Рауф Мамедов женится на украинской шахматистке: Свадьба планируется после Олимпиады". Azerisport.com. 2018-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2018.
  2. March Lviv Tradition (IM-group) Arxivləşdirilib 2016-04-16 at the Wayback Machine (ing.)
  3. "Українка в Росії стала чемпіонкою світу з шахів". 2015-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-08.
  4. "Львів'янка Наталія Букса перемогла на чемпіонаті світу зі шахів серед дівчат до 20 років (оновлено, відео)". 2016-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-08.
  5. "FIDE World Junior U20 Championship 2015 (Girls)". 2017-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-08.
  6. "Фінал 75 чемпіонату України серед жінок". 2015-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-08.
  7. "Підсумки чемпіонату України 2016". 2016-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-08.
  8. "Ukrainian Women Chess Championship 2016". 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-08.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]