Mariya Muzıçuk

Mariya Oleqovna Muzıçuk (ukr. Музичук Марія Олегівна; 21 sentyabr 1992[2][3][…], Lvov) — Ukrayna şahmatçısı, qadın şahmatı tarixində 15-ci, ukraynalı qadın şahmatçıları arasında isə ikinci (Anna Uşeninadan sonra) dünya çempionu (6.4.2015–14.3.2016). İkiqat Ukrayna çempionu (2012, 2013). Ukraynanın qadınlardan ibarət yığmasının heyətində komandalar arası dünya (2013)Avropa çempionatının (2013) qalibi. Qadınlar arasında qrosmeyster (2007), beynəlxalq usta (2008), qrosmeyster (2015).[4]

Mariya Muzıçuk
ukr. Марія Музичук
Mariya Muzıçuk 2022-ci ildə
Mariya Muzıçuk 2022-ci ildə
Ölkə Ukrayna Ukrayna
Doğum tarixi (32 yaş)
Doğum yeri Lvov, Ukrayna
Titulu qrosmeyster (2015)
Son reytinqi
  • 2.508 (iyun 2024)[1]
Maksimal reytinqi 2.563 (mart 2016)
FİDE nömrəsi 14114550
Mükafatları 3-cü dərəcəli "Xidmətlərinə görə" ordeni (Ukrayna) (Ukrayna)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahmat karyerası

[redaktə | mənbəni redaktə et]

Mariya 2010-cu ilin noyabrında dünyanın beşinci ən yüksək əmsallı qadını oldu. O, 2010-cu il qadınlar arasında dünya çempionatında 16-cı oldu, amma əsas matç taybreykindən sonra Harika Dronavalliyə məğlub oldu.

2015-ci il qadınlar arasında dünya çempionatının ilk raundunda əsas oyunlarda Yuanlinq Yuan ilə heç-heçə etdi, sonra isə taybreykdə onu məğlub etdi. İkinci raundda Polşalı rəqibi Monika Sotsko ilə görüşdə də eyni mənzərə müşahidə olundu, əsas oyun heç-heçə bitdi, taybreyklərdə isə Mariya qələbə qazandı. Üçüncü raundda qadınlar arasında keçmiş dünya çempionu Antoaneta Stefanovanı klassik oyunlarda 1½–½ hesabı ilə məğlub etdi. Dörddə-bir finalda bir nömrəli Kampi Koneru, sonra isə yarımfinalda Harika Dronavalli üzərində qələbə qazandı. Finalda isə 2½–1½ hesabı ilə Nataliya Poqonina üzərində qələbə əldə etdi. Bu qələbənin nəticəsi olaraq o, qrosmeyster titulunu aldı və 2015-ci il Bakıda keçiriləcək Dünya Kubokuna vəsiqə qazandı. Gələcək dünya çempionunu turnirin gedişində beynəlxalq qrosmeyster Aleksandr Belyavski çalışdırıb.[5]

Mariya dünya çempionatında qələbəyə görə, 2015-ci il aprelin 8-də III dərəcəli "Xidmətlərinə görə" ordeni ilə təltif edilib.[6]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Mariya Ukrayna şahmatçısı Anna Muzıçukun kiçik bacısıdır. Hər iki bacı şahmatdan başqa stolüstü tennis də oynayır.[7]

İdman nəticələri

[redaktə | mənbəni redaktə et]
İl Şəhər Turnir + = Nəticə Yer
2013 Kiyev Ukrayna çempionatı 6 0 3 9-dan 7½ Gold
2015 Soçi Dünya çempionatı 10 3 11 24-dən 15½ Gold
İl Şəhər Turnir + = Nəticə Yer (komanda) Yer (şəxsi)
2010 Xantı-Mansi 24-cü Olimpiyada 5 1 3 9-dan 6½ 9 Gold
2012 İstanbul 25-ci Olimpiyada 3 0 6 9-dan 6 Bronze Silver
2014 Tromse 26-cı Olimpiyada 3 1 6 10-dan 6 Bronze 8
İl Şəhər Turnir + = Nəticə Yer (komanda) Yer (şəxsi)
2009 Ninbo 2-ci dünya çempionatı TBD TBD TBD TBD Bronze TBD
2011 Mardin 3-cü dünya çempionatı TBD TBD TBD TBD TBD TBD
2013 Astana 4-cü dünya çempionatı TBD TBD TBD TBD Gold TBD
2015 Çendu 5-ci dünya çempionatı 3 0 5 8-dən 5½ 5 Bronze
İl Şəhər Turnir + = Nəticə Yer (komanda) Yer (şəxsi)
2011 Porto Karras 9-cu Avropa çempionatı 4 1 3 8-dən 5½ 4 5
2013 Varşava 10-cu Avropa çempionatı 6 1 1 8-dən 6½ Gold Gold
2015 Reykyavik 11-ci Avropa çempionatı 6 2 0 8-dən 7 Silver Gold
  1. FİDE FIDE Standard Ratings as of 30 jun 2024. 2024.
  2. http://ratings.fide.com/toparc.phtml?cod=338.
  3. http://chess-db.com/public/pinfo.jsp?id=14114550.
  4. GM norm certificate Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine FIDE
  5. Алексей Кузнецов. "Шахматная королева Мария". www.svoboda.org. 2015-04-06. 2015-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-07.
  6. "УКАЗ ПРЕЗИДЕНТА УКРАЇНИ № 204/2015 «Про нагородження М.Музичук орденом „За заслуги"»" (ukrayna). www.president.gov.ua. 2015-04-08. İstifadə tarixi: 2015-04-08.[ölü keçid]
  7. ""We are not the Ukrainian 'Kosintseva Sisters'! We are the Muzychuk Sisters!"". Chess Daily News. 22 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Dec 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]