Anna Uşenina (ukr. Анна Юріївна Ушеніна; 30 avqust 1985, Xarkov) — 2012-ci ilin noyabrında Qadınların Dünya Şahmat Çempionatının qalibi olmuş və bu adı 2013-cü ilin sentyabrına kimi qoruyub saxlamış Ukraynalı qrosmeyster.
Anna Uşenina | |
---|---|
ukr. Анна Юріївна Ушеніна | |
Ölkə | Ukrayna |
Doğum tarixi | |
Doğum yeri | Xarkov, Ukrayna SSR SSRİ |
Yaşadığı yer | Xarkov |
Titulu | Qrosmeyster |
Son reytinqi |
|
FİDE nömrəsi | 14110911 |
Dünya çempionluğu | (2012-2013) |
Mükafatları | |
ushenina.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Uşenina doğulduğu şəhər olan Xarkovda yaşayır. 7 yaşı olanda anası musiqi və rəssamlıqla yanaşı onu şahmatla tanış etdi.[2] O, düz 15 ildən sonra (20 yaşında) Ukraynada qızlar arasında keçirilən çempionatda çempion oldu. 2000–2002-ci ildə Xarkov idman məktəbində şahmat öyrənməsinə baxmayaraq, o, şahmat bacarıqlarının çoxunu özü öyrənmişdi. Bu idman məktəbində onun məşqçisi Beynəlxalq Usta Artem Tsepotan idi.[3]
2012-ci il Qadınların Dünya Şahmat Çempionatının finalında Antoaneta Stefanova üzərində tay-brekdə qələbə qazandı. Bu çempionluq ona qrosmeyster adını almaq hüququnu verdi.
O, 2013-cü ildə Qadınların Dünya Şahmat Çempionatında Hou Yifana uduzaraq, bu adı itirdi.[4]