Natiq Əliyev (şəhid)

Natiq Sevindik oğlu Əliyev (20 yanvar 1971, Sırxavənd, DQMV6 may 1994, Sırxavənd, Ağdam rayonu) — I Qarabağ müharibəsinin şəhidi.

Natiq Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1971(1971-01-20)
Doğum yeri
Vəfat tarixi 6 may 1994(1994-05-06) (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Atası Sevindik Əliyev
Anası Mukafat Əliyeva
Hərbi fəaliyyəti
Qoşun növü Daxili işlər Nazirliyi
Rütbə Polis Baş Serjantı
Vəzifəsi taqım komandiri
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "İgidliyə görə" medalı

Həyatı və Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Natiq Sevindik oğlu Əliyev 20 yanvar 1971-ci il tarixində Ağdərə rayon Sırxavənd kəndində anadan olub.

Natiq Rusiyanın Amur vilayətində hərbi xidmət keçib. Vətənə qayıtdıqdan sonra, Qarabağ müharibələri başlanan zaman Sırxavənd batalyonuna qoşulur. 1992-ci il martın 5-də Qazançı kəndinin ermənilərdən təmizlənməsində Natiq döyüşün önündə gedərək ermənilərin bir tankını və bir neçə silahlısını məhv etdi. Cəsur döyüşçü Naxçıvanik, Xramord, Aranzəmin, Pircamal, Ağbulaq kəndlərində şücaət göstərir. Fərrux kəndi uğrunda gedən döyüşlərin birində həmişə ön xətti olan Natiq ağır yaralandı. Hərbi hospitalda bir müddət müalicə olunduqdan sonra yenidən düşmənlə üzbəüz səngərə qayıdır. 1993-cü ilin fevralında Daşbaşı yüksəkliyi uğrunda gedən qanlı savaşda dörd nəfər silahdaşı ilə birlikdə gizli yollarda düşmən qüvvələrinin arxası ilə keçərək onlara sarsıdıcı zərbələr endirirlər. Natiq Daşbaşı yüksəkliyinə birinci qalxaraq Azərbaycan milli bayrağını əlçatmaz mövqeyə taxdı. Göstərdiyi igidliyə görə batalyon taqım komandiri seçildi.

1993-cü ilin mart ayında Natiq könüllü olaraq Ağdərə RPŞ-də işə qəbul olunur. Marquşevan, Lelinavan, Çaylı, Madakis, Çardaxlı, Akop Kamari, Ortakənd, Dəmirli, Mehmanə, Drombon, Qızılqaya, Çıldıran, Külyataq, Çanyataq, Dovşanlı, Ballıqaya, Aterk, Qozlu, Umuddu və bir sıra başqa kəndlərin erməni quldurlarından təmizlənməsində, əsl qəhrəmanlıq göstərdi.

Ağdərənin azad edilməsində də Natiqin böyük əməyi olmuşdu. 1994-cü ilin may ayının 6-da düşmən böyük qüvvə ilə Ağdərə rayonunun 3 N-li Savxozuna hücumuna keçmişdi. Döyüş ərzində o öz pulemyotu ilə düşmənin 35 döyüşçüsünü və bir texnikasını məhv etmişdi. Bu faktı girovlar dəyişdiriləndə düşmən tərəf bildirib. O, Ağdərənin Həsənqaya kəndi uğrunda gedən döyüşlərdə şəhid olur. Məzarı Bərdə rayonunun Şəhidlər xiyabanındadır.

Təltifləri[redaktə | mənbəni redaktə et]

30 iyun 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

X.Rzaquliyev, R.Quluzadə. "Ağdərədə nələr oldu". 1995.