Daşbaşı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1708,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən 3,5 km qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər, cənub yamacı sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Daşbaşı asimmetrik antiklinalın tağ hissəsində yerləşir. Zirvəsindən antiklinalın tağını yaran şimal-qərb istiqamətli əks-fay qırılması keçir.[1]
Daşbaşı dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1708,8 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |