Natterer şəbpərəsi

Natterer şəbpərəsi (lat. Myotis nattereri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü.

Natterer şəbpərəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Orta ölçülüdür (kütləsi 6,5 -8,1 q, bədəninin uzunluğu 42, 8 – 48,1, bazusu 39,0-42,5 mm). Başqa şəbpərələrdən omaarası pərdənin diş-diş, sərt açıq rəngli kənarı ilə fərqlənir. Bədən və kəllənin ölçülərinə görə Azərbaycanda yaşayan heyvanlar M.n.tschuliensis Kuzyakin yarımnövünə uyğun gəlir.

Avropada, Şimali AfrikadaAsiyada yaşayır. Azərbaycanda yalnız Böyük Qafqazın cənub yamaclarında (Qəbələ rayonunun Xəzrə kəndi) və Dağlıq Qarabağda (keçmiş Hadrut rayonu) aşkar edilmişdir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Tapıntıları meşələrə, dağətəklərinə və dağ çöllərinə uyğun gəlir. Sığınacaqları rəngarəng olub tikililərdən qaya yarıqlarına və ağac koğuşlarına qədər dəyişir.

Nadir, azsaylı və az öyrənilmiş növdür. Yığınlarda heyvanların sayı 10 – dan artıq olmamışdır. Yalnız yayda və payızda aşkar edilmişdir.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0