Natural Frequencies

VMF Natural Frequencies ― 2018-ci ildə Vahid Mustafayev tərəfindən yaradılmış Azərbaycanın ilk saat fabriki[1]

Natural Frequencies
Ümumi məlumatlar
Məhsulu Saat
Təsis tarixi 2018
Struktur
Ana şirkət ANS Şirkətlər Qrupu
Rəhbərlik
Təsisçi Vahid Mustafayev
vmfwatches.com

VMF şirkəti 1997-ci ildə ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev tərəfindən yaradılıb. VMF-in Azərbaycanda təmsil etməyə başladığı ilk saat markası "Swatch Group"a daxil olan "Longines" saat markası olub.[2] Şirkət elə həmin ildə hazırda fəaliyyət göstərən ilk satış məntəqəsi olan "Longines" butikini açıb. Şirkət həmçinin "Swatch Group"a daxil olmayan, İsveçrə markalarından "Ulysse Nardin", "Raymond Weil", "Maurice Lacroix", "Versace", "Versus", "Ferragamo" kimi dünyanın tanınmış şirkətləri ilə öz biznesini daha da genişləndirib.

Azərbaycan saat bazarının pioneri olaraq, məşhur İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətininin yaradılmasının təməlində durur.[3] İsveçrənin məşhur "Longines" saat şirkəti ilə uğurlu əməkdaşlığından sonra VMF "Swatch Group"a daxil olan "Breguet", "Blancpain", "Glashütte Original", "Omega", "Rado", "Hamilton", "Tissot", "Swatch", "Flik-Flak", "Certina", "Calvin Klein" kimi dünyanın tanınmış şirkətlərilə öz biznesini daha da genişləndirdi. Artıq 20 ildən çoxdur VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir. 2001-ci ildə "Raymond Weil", 2004-cü ildə "Versace" saat və zinət əşyalarını, 2005-ci ildən "Maurice Lacroix"nı Azərbaycan alıcısına təqdim edib. VMF İsveçrə markaları ilə yanaşı, bazarda Yaponiyanın məşhur saat markalarını da təmsil edir. İlk təcrübə 2005-ci ildə "Casio" saat markası ilə başlayıb.

2010-cu ildə "Seiko", "Pulsar", 2015-ci ildə "Lorus" və 2017-ci ildə əfsanəvi "Citizen" VMF salonlarının piştaxtalarına çıxarıldı. Bununla da dünyaca məşhur olan üç yapon brendinin Azərbaycanda rəsmi təmsilçisi oldu. 2017-ci ilin ortasında "G-Shock" butiki istifadəyə verilib.

VMF şirkəti 2018-ci ildə öz saat markası olan "Natural Frequencies" şirkətini yaradıb.

2018-ci ildə 20 ildən çox Azərbaycan bazarında saat markalarını təmsil edən və 20-dən çox satış məntəqəsi olan VMF öz saat markasını istehsal etdi. Düz 2 ildən çox vaxt saatların ideya və dizayn həllərinin araşdırılmasına sərf olundu.

Dünyaca məşhur saat mütəxəsislərinin dizaynlarına praktiki və estetik cəhətdən cəlbedici olması üçün bir sıra dəyişikliklər edildi və bu araşdırmalar uğurla nəticələndi. Vahid Mustafayev bu saatları uğur yolunda ilk addımlarını atanlara həsr edərək onun bütün dillərdə rahat, səlis səslənməsi, yadda qalması, saatın mexanizmində və sferblatın üzərində gözəl görsənməsi üçün ona elə VMF adını verdi.

VMF Natural Frequencies saatlarının istehsalında yüksək keyfiyyətli paslanmayan polad, əllə naxışlanmış siferblatdan, təbii yolla aşılanmış dəridən hazırlanmış kəmərdən, sapfir kristal şüşədənYaponiyanın tanınmış Seiko mexanizmlərindən istifadə olunub.

VMF saatları Klassik, Ənənə, Miras, İdman, Şəhər Qələbə vaxtı, Mini, Nano, Aviator, Mina, Admiral və Avtomatik saat kolleksiyalarından ibarətdir.

Bu kolleksiyalar özündə Muğam, Ulduz, Miras, İrs, Tor, Eleqant, İlmə, Mirvari, Bulvar, Azman, Balans ailələrini birləşdirir.

  1. VMF. "VMF Saat Markası Oldu". vmfwatches.com. 2021-11-30 tarixində arxivləşdirilib.
  2. "Azərbaycanın ilk saat markası təqdim olundu". fed.az. 2021-12-17 tarixində arxivləşdirilib.
  3. "Azərbaycanın "VMF" saat fabriki və Yaponiyanın "CİTİZEN" korporasiyası Daşkənddə sərgi-satış salonu açıb". ovqat.com. 2021-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.