Navarralı Janna (ing. Joan of Navarre) (təq. 1368[1] – 10 iyul 1437) — İngiltərə kralı IV Henrinin xanımı, İngiltərə kraliçası. Bretan hersoqu IV Conla baş tutan ilk nigahı səbəbilə Bretan hersoqinası olan Janna Navarra kralı II Çarlzın qızıdır.
Navarralı Janna | |
---|---|
isp. Juana de Navarra fr. Jeanne de Navarre ing. Joan of Navarre | |
2 oktyabr 1386 – 1 noyabr 1399 | |
7 fevral 1403 – 20 mart 1413 | |
Əvvəlki | Valualı İzabella |
Sonrakı | Valualı Ketrin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1368[1] |
Vəfat tarixi | 10 iyul 1437 |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Anası | Valualı Janna |
Həyat yoldaşları |
IV Con IV Henri |
Vikianbarda əlaqəli mediafayllar |
İlk ərinin vəfatından sonra oğlunun azyaşlı olması səbəbilə 1399-1403-cü illərdə naib olaraq hersoqluğu idarə etdi. Daha sonra İngiltərə kralı IV Henriylə evlənsə də, bu evlilikdən övladı olmadı. Ərinin ölümündən sonra İngiltərə kralı olan ögey oğlu V Henriylə münasibətləri yaxşı olsa da, daha sonra bu münasibəti pisləşdi və bütün mal-dövləti əlindən alınaraq həbs edildi. 3 illik həbsin ardından Janna V Henrinin ölümündən qısa müddət öncə azadlığa buraxıldı.