Naxçıvan Dövlət Rəsm Qalereyası

Naxçıvan Dövlət Rəsm Qalereyası — 1982-ci ildə Naxçıvan şəhərində açılmışdır.[1][2]

Naxçıvan Dövlət Rəsm Qalereyası
Fəaliyyəti Əsərlərin bərpası və qorunması
Yaranma tarixi 1982
Yarandığı yer Naxçıvan, Azərbaycan
Fəaliyyət göstərdiyi yer Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti 1, Heydər Əliyev Sarayı, 3-cü mərtəbə

Naxçıvan Dövlət Rəsm Qalereyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə 1982-ci ildə ulu öndərin təşəbbüsü ilə yaradılan qalereya 2000-ci ildən fəaliyyətinə Heydər Əliyev Sarayında davam edib. 2009-cu ildə binada aparılan əsaslı bərpa və yenidənqurma işlərindən sonra sarayın 3-cü mərtəbəsində qalereya üçün inzibati otaqlar və geniş ekspozisiya zalı istifadəyə verilib. Əsasən muxtar respublika rəssamlarının əsərləri nümayiş etdirilən muzeytipli müəssisənin fondunda 70-dən çox rəssamın 400-ə yaxın əl işi mühafizə olunur. Bunlardan 80-i ekspozisiya zalında nümayiş etdirilir.[3]

Qalereyanın fondu

[redaktə | mənbəni redaktə et]

Qalereyanın fondunda Azərbaycan və xarici rəssamların əsərlərindən ibarət 450-dən çox eksponat mühafizə olunaraq nümayiş etdirilir. Qalereyadakı rəsm əsərləri mövzu, üslub və janr müxtəlifliyi ilə seçilir. Burada portret, peyzaj, qrafika, natürmort, məişət, tarixi və başqa janrlarda çəkilmiş rəsm əsərləri vardır.[4]

Muzeydə Azərbaycanın görkəmli təsviri sənət ustalarının əsərləri mühafizə olunur, təbliğ və nümayiş etdirilir. Qalereyada Azərbaycanda, onun Naxçıvan diyarında yaşayıb, fəaliyyət göstərən rəssamlarla yanaşı, əcnəbi rəssamların da rəsm əsərləri qorunub saxlanılır, nümayiş olunur.Muzeyin ekspozisiyasında B. Kəngərlinin, xalq rəssamları M. Abdullayev, Tahir Salahov, O. Sadıqzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya, yerli rəssamlardan Ş. Qazıyev, H. Əliyev, Ş. Mustafayev, S. Qədimov, M. İsmayılov, M. Seyidov və başqalarını boyakarlıq, qrafika, tematik tablo, portret və s. janrlarda yaratdıqları əsərlər əsas yer tutur. Qalereya Azərbaycanın müxtəlif şəhərlərində və İran İslam Respublikasında sərgilər təşkil etmişdir.[1] 

Rəssamların əsərləri

[redaktə | mənbəni redaktə et]

Rəfael Qədimovun müəllifi olduğu, 1998-ci ildə kətan üzərində yağlı boya ilə işlənmiş "Ümidimiz sənədir" adlı rəsm əsəridir. Burada ulu öndərə həsr olunmuş digər dəyərli sənət əsərlərindən Telman Abdinovun "Zamanın atəşfəşanlığı", Nəriman Əliyevin "Heydər Əliyevin portreti", Abbas Yaycılının "Zirvədə", Şəmil Mustafayevin "Heydər Əliyev" əsərləri də guşəni zənginləşdirən maraqlı rəsmlərdir.

Ekspozisiya zalları

[redaktə | mənbəni redaktə et]
  • Müxtəlif guşələrdən ibarət olan zalın birinci guşəsi ulu öndərimizə həsr olunmuş rəsm əsərləri və büstlərdən ibarətdir.
  • Zalın 2-ci guşəsində yer alan əsərlər 2012-ci il 18–20 iyun tarixlərində keçirilən "Naxçıvan – bəşəriyyətin beşiyi" adlı Beynəlxalq Rəsm Festivalında qalib gələn rəsm əsərləri sərgilənir. Naxçıvan şəhərindəki Açıq Səma Altında Muzeydə təşkil olunan festivalda dörd ölkədən 24 tanınmış rəssam iştirak edib. Yurdumuzun gözəllikləri, tarixiliyi, yüzilliklərə şahidlik edən Haçadağ və Möminə xatın türbəsi, daş qoç heykəllər, həmçinin insanlarda milli dəyərləri formalaşdıran, onu vətənpərvərlik duyğuları ilə zənginləşdirən bir çox əsərlər bu guşədə nümayiş etdirilir.
  • Üçüncü guşədə Naxçıvanın gözəl təbiət təsvirlərinə həsr olunmuş mənzərə janrına aid rəsm əsərləri özünə yer alıb. Burada Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovun, Qədirulla Bağırovun, Hamlet Pənahovun və digər görkəmli rəssamların mənzərə janrında işlədikləri rəsm əsərləri nümayiş olunur.
  • Ekspozisiyanın son hissəsində Azərbaycanın, eləcə də Naxçıvanın qədim mədəniyyətini, xalqımızın dini-ideoloji və fəlsəfi dünyagörüşünü, yüksək bədii təfəkkürünü özündə əks etdirən sənət nümunələri – Naxçıvan xalçaları nümayiş etdirilir. Bu xalçalar ornamentlərinin obrazlı və ifadəli olması ilə yanaşı, yüksək estetik keyfiyyətləri ilə də Azərbaycanda, eləcə də Naxçıvanda xalçaçılıq sənətinin qədim dövrlərdən mövcud olduğunu, yerli istehsala əsaslandığını və müasir dekorativ-tətbiqi sənətin məhz bu möhkəm təməl üzərində inkişaf etdiyini göstərir.[5]
  1. 1 2 Naxçıvan Dövlət Rəsm Qalereyası// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 77. — ISBN 5-8066-1468-9
  2. "Naxçıvan Dövlət Rəsm Qalereyasının zəngin ekspozisiyası var". www.anl.az. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2021.
  3. "Naxçıvan Dövlət Rəsm Qalereyası". nmn.az. İstifadə tarixi: 10.03.2021.[ölü keçid]
  4. "Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi". http://nmn.az. 2020-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10.03.2021.
  5. "Naxçıvan Dövlət Rəsm Qalereyası qədim diyarımızın təbliğində böyük rol oynayır". serqqapisi.az. 2019-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10.03.2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]