Rahid Ələkbərli

Rahid Zahid oğlu Ələkbərli (22 fevral 1977) — Azərbaycanlı rabitəçi-mühəndisi, idarəetmə üzrə fəlsəfə doktoru. 2023-cü ildən Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir və nazir səlahiyyətlərini icra edir[1].

Rahid Ələkbərli
bayraq
Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini – nazir səlahiyyətlərini icra edən
bayraq2
Vəzifədədir
31 oktyabr 2023-cü ildən
ƏvvəlkiVəzifə təsis edildi.
bayraq
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri
bayraq2
8 sentyabr 2023 – 31 oktyabr 2023
SonrakıVəzifə ləğv edildi.
7 may 2018 – 15 mart 2021
SonrakıHeydər Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi 22 fevral 1977(1977-02-22) (47 yaş)
Təhsili
Fəaliyyəti informasiya texnologiyaları
Elmi fəaliyyəti
Elm sahəsi Kompüter Elmləri və Mühəndisliyi, Telekommunikasiya, Kompüter təhlükəsizliyi, fəlsəfə doktoru
Elmi dərəcəsi idarəetmə üzrə fəlsəfə doktoru

Təltifləri "Tərəqqi" medalı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı

Bundan əvvəl Naxçıvan MR-in rabitə və yeni texnologiyalar naziri (sentyabr–oktyabr 2023), "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş informasiya direktoru (2022–2023); Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının idarə heyətinin sədri (2022); Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin (NRYTN) müşaviri (2021–2022); NRYTN-in Dövlət Radiotezliklər İdarəsinin rəisi (2018–2021) olub.

Həmçinin NRYTN yanında İnternetin İnkişafı üzrə Koordinasiya Şurasının üzvü; Azərbaycan İnternet Cəmiyyətinin (ISOC Azərbaycan) üzvü, ISOC İngiltərə üzvü və ISOC Yaponiyanın üzvüdür.

Volden Universitetinin İnformasiya Sistemləri İdarəçiliyi üzrə fəlsəfə doktorudur.

Ailəlidir, 2 övladı var.

1994–1998-ci illərdə Azərbaycan Texniki Universitetində Radioelektron vasitələrinin konstruksiyası və texnologiyası ixtisası üzrə bakalavr ali təhsili alıb.[2]

1998–2000-ci illərdə isə həmin ixtisas üzrə magistr təhsili alıb və fərqlənmə diplomu ilə bitirib.[3]

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2000–2002-ci illərdə Fotoelektronika İnstitutunda, 2002–2003-cü illərdə isə Fizika İnstitutunda elmi tədqiqat mühəndisi kimi "Fiziki proseslərin avtomatlaşdırılması" ixtisası üzrə aspirantura təhsili alıb.[3] 2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda müxtəlif mövzularda elmi araşdırmalarını davam etdirir.[4]

2017–2020-ci illərdə Birləşmiş Krallığın Liverpul şəhərində yerləşən Liverpul Universitetində "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə magistratura təhsili alıb.[3] 2020-ci ildə bu universitetdə "Developing A Data-Driven Radio Frequency Administration for Spectrum-Sharing, Strategic Utilization and Sharing-Readiness in Azerbaijan as a Case Example" adlı elmi iş müdafiə edərək[5] informasiya texnologiyaları üzrə magistr pilləsini yüksək nəticələrlə bitirib.

2021–2023-cü illərdə Amerika Birləşmiş Ştatlarının Volden Universitetində "Xəzər hövzəsi nəqliyyat qovşaqlarında Big Data İdarəçiliyi ilə korporativ idarəçilik arasında uyğunluğun tənzimlənməsi" mövzusunda "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə Fəlsəfə magistri elmi dərəcəsi qazanıb.

Hazırda Volden Universitetində Big Data və kibertəhlükəsizlik idarəçiliyi üzrə çərçivə prinsiplərinin hazırlanması istiqamətində elmi-tədqiqat fəaliyyəti ilə də məşğuldur. Həmin universitetin İnformasiya Sistemləri İdarəçiliyi üzrə fəlsəfə doktoru dərəcəsi alıb.[6]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycanın milli telekomminikasiya operatoru olan "Bakı Şəhər Telefon Rabitəsi" İstehsalat Birliyində mühəndis-texnik kimi başlayıb.

1997–1999-cu illərdə "İnam" tibb müəssisəsində kompüter proqramçısı, 2001-ci ildə Bakinternetdə aparıcı mühəndis olaraq ilk dövlət İnternet Servis Provayderinin formalaşmasında iştirak edib.

Azərbaycanın milli rabitə şirkəti olan Delta Telekomda mühəndis, 2002–2006-cı illərdə baş mühəndis, 2006–2013-cü illərdə texniki direktor[7][8][9], 2013-cü ildə isə kommersiya direktoru olaraq fəaliyyət göstərib.

Azərbaycanın ilk İnternet Magistralı, peyk rabitə şəbəkələri, regionun ən iri optik şəbəkə magistralının qurulub istifadəyə verilməsi kimi layihələri həyata keçirmişdir. 2011-ci ildən hazırlıq işlərinə başlanılan Europe-Persia Express Gateway (EPEG)[7][10] layihəsinin Azərbaycan seqmentinin layihələndirilməsi, tikinti-quruculuq və həyata keçirilməsinə rəhbərlik etmiş, Azərbaycanın ilk iri-tutumlu tranzit layihəsi uğurla həyata keçirilmişdir.[11]

2013–2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdindəki ADA Universitetində (Azərbaycan Diplomatik Akademiyası) informasiya texnologiyaları və sistemləri üzrə rəhbər olub.[12][13][14]

2018–2021-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəhbəri olub.[13][15][16]

2019-da Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Bürosunun Yerüstü Xidmətlər üzrə 5-ci Tədqiqat Qrupuna sədr müavini vəzifəsinə seçilib.[17][18][19] Həmin il Çexiyanın Praqa şəhərində Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransının (CEPT) hazırlıq qrupunun iclasında "Ümumdünya Radiorabitə Konfransı – 2019"un gündəliyinin 8-ci bəndi üzrə müzakirələrdə CEPT-də koordinatorluq edib.[20]

2021-ci ilin martından 2022-ci ilin yanvarına qədər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri olub.[21][22]

22 fevral 2022-ci ildə təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) idarə heyətinin sədri kimi fəaliyyətə başlayıb.[23][24][25] Assosiasiyanın fəaliyyəti kibertəhlükəsizlik sahəsinin inkişafı, əlaqədar tərəflərin vahid bir platforma olan AKTA vasitəsilə birləşdirilməsi təşəbbüsləri, təhsil sahəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik proqramlarının inkişaf etdirilməsi, ictimai fəaliyyətin gücləndirilməsi və digər fəaliyyətlər illik ümumi yığıncaqda müsbət qiymətləndirilmişdir.[26][27][28]

2022-ci il 14 noyabr tarixindən etibarən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş informasiya direktoru vəzifəsində fəaliyyət göstərib.

2023-cü il 8 sentyabr tarixində Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar nazir təyin edilib.[29]

2023-cü il noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında NMR-in Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yaradılıb. A. İbrahimovun digər bir sərəncamı ilə də R. Ələkbərli NMR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilib. Həmçinin Rəqəmsal inkişaf və nəqliyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası nazir müavini Ələkbərliyə həvalə edilib.[30]

Mükafatları və təltifləri

[redaktə | mənbəni redaktə et]
  • 2005 — "İntellekt — 2005" mükafatı
  • 2007 — Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Fəxri Rabitə Ustası"
  • 2009 — Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmişdir[31][32]
  • 2012 — Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Fərqlənmə diplomu": "Eurovision-2012 tədbiri üçün internetin və beynəlxalq rabitənin təşkilinə görə"
  • 2017 — Netty Mükafatı: İnformasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə fəxri mükafat[33][34]
  • 2019 — "Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi" medalı ilə təltif olunmuşdur.
  • 2023 — "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı ilə təltif edilmişdir.
  1. "Rahid Ələkbərli: "Sədərəkdən Ordubada fiber-optik magistralın inşasının I mərhələsi yekunlaşıb"". Report İnformasiya Agentliyi (az.). 2024-06-06. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  2. "Nazir təyin edilən Rahid Ələkbərli kimdir? - DOSYE". sulh.info.az (az.). 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  3. 1 2 3 "Texniki Dəstək: Rahid Ələkbərli". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  4. "İnformasiya Texnologiyaları İnstitutunda İnternetskopiya ilə bağlı araşdırmalar davam edir". ikt.az (az.). 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  5. "Developing a Data-Driven Radio Frequency Administration for Spectrum-Sharing, Strategic Utilization and Sharing-Readiness in Azerbaijan as a Case Example - ProQuest". www.proquest.com (ingilis). İstifadə tarixi: 2024-09-23.
  6. "Integrating Big Data Governance and Corporate Strategies in Small and Medium Caspian Basin Seaports". ProQuest LLC (ingilis). Walden University Library. 2023-10-30.
  7. 1 2 "Azərbaycan "Europe Persia Express Gateway (EPEG)" layihəsinə qoşulub". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  8. "Bakıda İnternet texnologiyalarının təhsil sahəsindəki rolu müzakirə olunub". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  9. "İnternet qiymətlərinin aşağı salınması provayderləri qane edirmi?". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  10. "Bakıda EPEG Konsorsiumunun üçüncü iclası keçirilmişdir". http://old.xalqqazeti.com/az/news/economy/16684. 02 noyabr 2011. Archived from the original on 2022-09-26. İstifadə tarixi: 10 yanvar 2018.
  11. "EPEG kabel magistralının Azərbaycan seqmentinin yoxlanılması başa çatıb". 21 dekabr 2012.
  12. "ADA" Universiteti SAP Universiteti Alyansının üzvü oldu [ölü keçid]
  13. 1 2 Dövlət Radiotezliklər İdarəsinə yeni rəhbər təyin olundu
  14. "ADA Universiteti SAP Universiteti Alyansının üzvü oldu". 2016-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  15. "Dövlət Radiotezliklər İdarəsinin yeni rəhbəri təyin olunub". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  16. "Nazirdən yeni rəis - Təyinatı". 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
  17. "Azərbaycan Ümumdünya Radiorabitə Konfransında iştirak edir". 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  18. "Ümumdünya Radiorabitə Konfransı öz işini davam etdirir". 2020-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  19. "Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsi BTİ-də rəhbər vəzifələrə seçilib (FOTO)". 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  20. Azərbaycan Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransında koordinatorluq edir
  21. "Dövlət Radiotezliklər İdarəsinin rəisi dəyişib". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  22. "Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri işdən çıxarılıb". 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
  23. "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılıb". https://sitat.info (az.). 22 aprel 2022. Archived from the original on 2022-09-26. İstifadə tarixi: 22 aprel 2022.
  24. "Azərbaycan Kibetəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimatı olub". https://qafqazinfo.az/news/detail/eli-nagiyev-akta-nin-teqdimat-merasiminde-fotolar-361179 (az.). 22 aprel 2022. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2022.
  25. "Azərbaycan Kibetəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimatı olub". azertag.az (az.). 22 aprel 2022. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2022.
  26. Azərbaycan Texniki Universiteti. "AKTA və AzTU kibertəhlükəsizlik sahəsində yeni layihəyə başladı". aztu.edu.az (az.). İstifadə tarixi: 12 sentyabr 2022.[ölü keçid]
  27. banker.az. ""Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"nın sədri dəyişib". banker.az (az.).
  28. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası. "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Ümumi Yığıncağının iclası keçirilib". akta.az (az.). İstifadə tarixi: 10 noyabr 2022.[ölü keçid]
  29. "Rahid Ələkbərli nazir TƏYİN EDİLDİ". 2023-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
  30. "Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılıb, nazir müavini təyin edilib". Apa.az (az.). 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  31. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında". 2018-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  32. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-24.
  33. "Milli İnternet Mükafatının qalibləri açıqlandı". 2018-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  34. "İlin qalibləri elan olundu". 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]